Boqdan Xmelnitski

Boqdan Xmelnitski (ukr. Богдан Зиновій Михайлович Хмельницький; ən tezi 30 oktyabr (9 noyabr) 1595ən geci 27 dekabr 1595 (6 yanvar 1596)27 iyul (6 avqust) 1657[1], Çigirin, Kazak Hetmanlığı) — Kazak Hetmanlığının rəhbəri.

Boqdan Xmelnitski
ukr. Богдан Зиновій Михайлович Хмельницький
Doğum tarixi
Doğum yeri Çigirin,  Ukrayna
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Çigirin, Ukrayna
Vəfat səbəbi insult
Həyat yoldaşları Anna Somko, Yelena Çaplinski, Anna Zolotarenko
Uşaqları Yuri, Timofey, Qriqori, Yekaterina, Stepanida, Yelena, Mariya
Atası Mixail Xmelnitski
Milliyyəti Kazak
Fəaliyyəti siyasətçi, diplomat
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Polşa tarixçisi Osip Senkovskinin "Collectanea z dziejopisów tureckich" (1824-cü il) əsərində qəribə bir qravür vardır. Qravürdə getman Boris Xmelnitski tatar xanı ilə birlikdə namaz qılır. Bu illüstrasiyanı Vasili Smirnovun "Krım xanlığının tarixi" əsərinin səhifələrində də görmək olar. Bu qəribə illüstrasiyanın öz izahı vardır. Tarixçilərə çoxdan məlumdur ki, XVII əsr türk salnaməçisi Mustafa Naimin "Hüseynin gül bağçası Şərq və Qərb hadisələri işığında" əsərində Xmelnitskinin İslamı qəbul etməsi barədə fraqment vardır. Bunun da tarixi 1648–1654-cü illər Böyük azadlıq müharibəsindən çox-çox əvvələ, XVII əsrin əvvəllərinə gedib çıxır.

1620-ci ilin oktyabrında hələ gənc olan Xmelnitski öz atası Mixail ilə birlikdə Podolda, Tsetsoroy kəndi yaxınlığında polyak-osmanlı döyüşündə iştirak etmişdi. Bu döyüşdə atasının tatarlar tərəfindən öldürülməsinin şahidi olan Boqdan qəzəblə düşmən qılınclarının üzərinə atılır və əsir düşür.

Gələcək getman İstanbulun Qasım Paşa məhəlləsində iki il əsirlikdə olur. Təəssüf ki, məşhur sərkərdənin həyatının bu dövrü haqqında geniş məlumat yoxdur, sadəcə bu məlumdur ki, Xmelnitski kapudan-paşa (dəniz donanmasının kapitanı) yanında tərcüməçi idi.

Mustafa Naim öz xronikasında digər islam mənbələrinə əsaslanaraq, Xmelnitskinin həyatının o dövrü haqqında xatirələri qələmə almışdır. Hakimiyyətdə olduğu bütün müddət ərzində Boqdan Xmelnitski Osmanlı dövləti ilə fəal danışıqlar aparmışdır.

Osmanlı qasidinin ifadələri çox gözlənilməz idi. Onun söylədiklərinə görə belə çıxırdı ki, Xmelnitski, hətta ərəb dilini də bilirdi və təcvidlə Quran oxuyurdu. Doğrudanmı qədim salnaməçilər və onların xronikalarının üzünü köçürən Mustafa Naim tarixi hadisələri təhrif etmiş və həyasızca uydurmalar yazmışdır? Daha bir qədim mətn bu şübhələri yox edir. Krım-tatar salnaməçisi Mehmed Senainin yazdığına görə Melniska adlı getman "qəlbdən islamla şərəflənmək istəmişdi". Eyni zamanda, hər iki tarixi salnamədə Xmelnitskinin islamı qəbul etmə tarixçəsi onun Krım xanı İslam Gireyi ziyarət etmə kontekstində verilir. İslam Gireylə getman Xmelnitski arasındakı digər tarixi mənbələrdə də keçən xüsusi etimad və dostluq əlaqələri məhz bununla izah edilə bilməzmi? Axı 1651-ci ildə Beresteçek yaxınlığındakı faciəli hadisələrdən sonra kazaklarla polyaklar arasındakı döyüşdə tatar qoşununun qaçmasına baxmayaraq, Xmelnitski İslam Gireylə olan dostluq əlaqələrini kəsməmiş, 1654-cü ildə Krım xanının vəfatı haqqında xəbəri aldıqda isə, həqiqətən, çox kədərlənmişdi.

Ola bilsin ki, hiyləgərliyi ilə məşhur olan getman tam təfərrüatı ilə aydın olmayan bu tarixçədə dəfələrlə öz diplomatik qabiliyyətlərini göstərmişdir, lakin bu faktı da unutmaq olmaz ki, Xmelnitski çox gənc yaşında və təcrübəsiz ikən əsir düşmüşdü. Getmanın bütün həyatı müxtəlif siyasi və ideoloji oriyentirlər seçimində onun bu və ya digər tərəfə meyil etməsindəki tərəddüdlərlə doludur. Eyni zamanda, ukraynalı türkoloq Aleksandr Qalenkonun dediyi kimi, o dövrün ukraynalı siyasətçiləri Osmanlı dövlətinə indikilərin ABŞ-yə baxdıqları kimi baxırdılar, İslam isə onlar üçün müsəlman cəmiyyətində möhkəmlənmək üçün "vəsiqə" idi. Odur ki, bir tərəfdən, kələkbaz və hiyləgər diplomat, digər tərəfdən, öz dövrünün qibtə ediləcək dərəcədə təhsilli insanı olan Xmelnitski türk əsirliyində olarkən İslam postulatları ilə yaxından tanış olmaya bilməzdi.

Bundan əlavə, Xmelnitskinin Osmanlı əsirliyinə dair bəzi mühüm tarixi sübutlar da maraq doğurur. O, İstanbuldan Ukraynaya, salnaməçilərin adlandırdıqları kimi, "Uca dövlət"in paytaxtında çoxlu dost-tanış qazanaraq dönmüşdü. Bütün bu tanışlıqlardan Xmelnitski daha sonralar Krım xanlığı və Osmanlı dövləti ilə diplomatik intriqalarında istifadə etmişdi. O dövr osmanlı cəmiyyətinin qaydalarına görə əsir deyil, yalnız azad olan bir şəxs çoxlu dost qazanacaq dərəcədə özünü müsəlmanların arasında əmin və rahat hiss edə bilərdi. Reç Pospolitadan olan əsirlər isə yalnız İslamı qəbul etdikdə azad edilə bilərdilər.

Yeri gəlmişkən, Mustafa Naimin "Şimal məsələləri" salnaməsinin bir fraqmenti Xmelnitskinin osmanlı dostlarından birinə – yeniçərilərin komandiri Bektaşağaya həsr olunmuşdur. Boqdanın "qəlbinin gizli sirri"ni bilən carçı getman tərəfindən müftinin yanına əbəs yerə göndərilməmişdi. Salnamədən aydın olur ki, doğrudan da, Bektaşağa Xmelnitskinin çoxdankı dostu idi və hətta onun edamına görə getman osmanlı müftisinə məhkəmə şikayəti ilə müraciət etmişdi. Eyni zamanda Bektaşağanın yeniçərilərin komandirliyinə məxsus olması getmanın İstanbuldakı tanışlıq dairəsinin necə olduğunu göstərir.

Beləliklə, Xmelnitskinin Osmanlı rəhbərliyi ilə danışıqlarına onun dini baxışlarının və əqidəsinin nə dərəcədə təsir göstərdiyini bu gün qətiyyətlə demək çətindir. Çox güman ki, getman özünü müsəlman kimi göstərərək Osmanlı rəhbərliyi ilə "oynayırdı". Bu da ola bilərdi ki, o, İstanbulda əsir olduğu dövrdə vəziyyətini yaxşılaşdırmaq və sağ-salamat vətənə qayıtmaq məqsədilə İslamı qəbul etmişdi, lakin orada əsl məqsədini heç vaxt açıqlamamışdı. İstənilən halda, şərq qonşuları ilə gözəl münasibətlər saxlamağı bacaran ukraynalı Boqdan Xmelnitski yalnız onların dilini, xarakter və adətlərini deyil, həm də… dinini bilirdi. Və yuxarıda adları çəkilən iki Osmanlı salnaməsi bunu parlaq şəkildə sübut edir.

İstinadlar

redaktə
  1. Deutsche Nationalbibliothek Record #118520504 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.