Məzarqazan (ing. Gravedigger) — Qəbiristanlıqlarda işləyən və məzarların qazılması ilə məşğul olan işçi. Məzarçı vəzifəsini icra edən şəxslər, adətən vəfat etmiş şəxslərin yaxınlarından olan könüllü şəxslərdən ibarət olur. Kilsə mülkləri yerləşən ərazilərdə dini mərkəzlərin öz məzarçılarınında olduğu məlumdur.

Viktor Vasnetsov tərəfindən 1871-ci ildə çəkilmiş məzarqazan rəsmi.

Məzarqazan bir vəzifə kimi orta əsr kilsələrində vəzifə hesab edilirdi və həmin şəxslərə aylıq maaş öndənilmişdir. Günümüz Avropasında məzarların qazılması işləri ilə özəl məzarlıq xidməti göstərən şirkətlər məşğul olmaqdadır. Bəzi qəbiristanlıqlarda saxlanılan texniki işçilər arasında məzarqazanlarda olur. Tarix boyunca məzarqazan kimi çalışan insanlara bir mənalı münasibət göstərilməyib.

Hindistanda məzarqazan olaraq işləmək aşağı sinfin gördüyü iş hesab edildiyindən kasta sistemində toxunulmazlar olaraq qəbul edilən insanlar bu işi görməkdədir. Ölüm mövzusu ədəbiyyatda çox işlənən mövzu olduğundan məzarqazan obrazlarıda müxtəlif bədii əsərlərdə öz yerini tapmışdır. Bunlardan ən tanınmışı Uilyam Şekspir tərəfindən yazılmış Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı faciəsində verilmişdir.

Tanınmış məzarqazanlar

redaktə