Qaracallı (Ucar)
Qaracallı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.[1]
Qaracallı | |
---|---|
40°25′55″ şm. e. 47°51′34″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3431 (2009) nəfər |
Tarixi
redaktəUcar rayonunun Qaracallı kəndi XIX əsrin sonlarında yaranmışdır. Bu kəndin əsas sakinləri Cəbrayıl rayonunun Qaracallı kəndindən gələnlər olmuşlar. Belə ki, həmin kənddən gələnlər maldarlıqla məşğul olduqlarından bu yeri əlverişli bir yer seçərək burada məskunlaşmışlar.
Toponimikası
redaktəYaşayış məntəqəsi kəngərlilərin qaracallı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Xanlar rayonu ərazisində bu nəslin adı ilə bağlı Qaracallı təpəsi (Əli Bayramlı kəndi) və Qaracallı dərəsi (Bolçalı kəndi) adlı iki obyekt qeydə alınmışdır.[2]
Mədəniyyəti
redaktəKənddə bir mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə kəndin 2 orta məktəbi vardır.
Coğrafiyası və iqlimi
redaktəKənd Göyçay çayının sahilində, Şirvan düzündə, Bakı-Tbilisi əsas magistral yoluna və dəmir yolu xəttinə yaxın yerdə yerləşir.
Əhalisi
redaktəƏhalisi 4500 nəfər. 2009-cu ildə isə əhalisinin sayı 3431 nəfər olub. [3]
İqtisadiyyatı
redaktəKənd əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğul olur.