Vukan Nemaniç
Vukan Nemaniç (serb. Вукан Немањић; təq. 1165, Raşka dövləti – təq. 1207) — 1196-cı ildən Duklya və Dalmatsiya kralı; 1202-2104-cü illərdə Raşkanın (Serbiyanın) böyük jupanı; 1204-1208-ci illərdə Zeta knyazı. Nemaniçlər sülaləsinə mənsub idi.
Vukan Nemaniç | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1165 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 1207 |
Fəaliyyəti | siyasətçi |
Atası | Stefan Nemaniç |
Anası | Anna Nemaniç |
Ailəsi | Nemaniçlər |
Dini | Serb Pravoslav Kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat
redaktəVukan Raşkanın böyük jupanı (hökmdarının) Stefan Nemanyanın oğlu idi, 1195-ci ildə ata Vukanı Duklyanın jupanı təyin etdi. Vukanın sahib olduğu ərazilərə Zeta, Travuniya, Toplitsa və Hvsno daxil idi.
1199-cu ildən sonra Vukan Roma papası və Macarıstan krallığı ilə siyasi əlaqələr qurmağa başladı. Vukan danışıqlarını Antivariya arxiyepiskopu I İvanın vasitəsilə həyata keçirirdi. Onun məqsədi Papadan Serbiya üzərində hüququ əldə etmək idi. Bunun qarşılığında Vukan Serbiya knyazlığını Romaya tabe edəcəyinə söz verdi.
Eyni zamanda, Vukan Macarıstan kralı İmre ilə ondan dəstək alacağına dair razılıq əldə etdi. İmre, öz növbəsində, Serbiyanın bütün ərazisi üzərində protektorat qurmağı ümid edirdi. 1202-ci ildə Vukan hərəkətə keçdi. Macarıstan ordusunun köməyi ilə qardaşı II Stefanı taxtdan qovmağı bacardı. Lakin tezliklə Bolqarıstan çarı Kaloyan Macaristanın müdaxiləsinə qarşı çıxdı. 1203-cü ildə o, Niş şəhəri yaxınlığında Vukanın ordusunu məğlub etdi. Bu vəziyyətdən yararlanan II Stefan böyük jupaniya üzərində hakimiyyətini bərpa etdi. Stefan və Vukanın kiçik qardaşı Savva (Rastko) qardaşlar arasında barışdırıcı rolu öz üzərinə götürdü. Nəticədə Vukan ölkənin cənubunda yerləşən Zeta knyazı oldu.
Mənbə
redaktə- Georges Castellan. Histoire des Balkans, XIVe-XXe siècle, éditions Fayard. — ISBN 2-213-60526-2.