İsim Tək Cəm
Adlıq halı enerji enerjilər
Yiyəlik halı enerjinin enerjilərin
Yönlük halı enerjiyə enerjilərə
Təsirlik halı enerjini enerjiləri
Yerlik halı enerjidə enerjilərdə
Çıxışlıq halı enerjidən enerjilərdən

  azərbaycanca: enerji [yun.]

  Mənalar :

  1. (Fizika) Materiyanın əsas xassələrindən biri – onun hərəkət ölçüsü, materiyanın işıq, istilik, elektrik, mexaniki hərəkət və s. şəklində olan hərəkət ehtiyatı. Atom enerjisi. Şüa enerjisi. – Enerjinin itməməsi və çevrilməsi qanunu təbiətin əsas qanunlarından biridir. “Fizika”. // Hər han- sı bir cismin, maddənin və s.-nin bir iş görmə, yaxud iş görə bilən qüvvənin mənbəyi olma qabiliyyəti. Suyun enerjisi. Akkumulyator enerjisi. – Nüvədaxili enerji ehtiyatları doğrudan da hədsiz-hüdudsuzdur. A.Qarayev.
  2. Qətiyyət, inad, coşqunluq, qüvvət, səy. ..[Firidunun] enerji və qüvvətlə dolu qəlbi susmaq, həyatdan küsmək nə olduğunu bilmirdi. M.İbrahimov. Mirzəyev böyük həvəs və enerji ilə çalışırdı. Ə.Sadıq.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə