Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 200.624 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Şeytanİbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıqİslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, "şərə meyllilik" və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda "Mastema" adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi

Mustafa Kamalın Samsuna gəlişi — 1919-cu ilin 19 may tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir. Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir. Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır. Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
İstanbulun mühasirələrinin siyahısı — hazırda Türkiyə sərhədləri daxilində yerləşən İstanbul tarix boyu dəfələrlə mühasirələrə məruz qalıb. Mərmərə dənizi ilə Qara dəniz arasındakı boğaza nəzarət nöqtəsində olan, AsiyaAvropanın quru əlaqəsi üzərində yerləşən, həmçinin Böyük İpək yolunun da keçdiyi bu şəhər strateji mövqeyinə görə dəfələrlə müxtəlif xalqlar tərəfindən ələ keçirilməyə çalışılıb. Şəhərin qeydə alınmış ilk mühasirəsi e.ə.510-cu ildə Otanisin komandanlığı ilə Əhəmənilər imperiyası tərəfindən həyata keçirilmişdir. Bu uğurlu mühasirədən sonra şəhər farsların hökmranlığına girsə də, gələcəkdə azadlığını bərpa etdi. E.ə.70-ci illərdə Roma imperiyasının sərhədlərinə daxil olmasına baxmayaraq, 193–196-cı illərdə vətəndaş müharibəsi dövründə Lusi Septimi Sever tərəfindən mühasirəyə alınaraq, qismən talan edilənədək azad idi. 324-cü ildə I Konstantin tərəfindən ələ keçirildikdən sonra Nova Roma adı ilə Bizans imperiyasının paytaxtına çevrilmiş, daha sonra "Konstantinopol" adlandırılmışdır. 1453-cü il mühasirəsi nəticəsində Osmanlı imperiyası tərəfindən tutulana qədər Bizans hakimiyyəti altında qalan şəhər bu tarixdən sonra heç bir mühasirə görməmişdir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli