Enriko Fermi

Yusifdragon (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:01, 9 may 2020 tarixli redaktə

Enriko Fermi (d. 29 sentyabr 1901, Roma – ö. 28 noyabr 1954, Çikaqo) — müasir nəzəri və ekspremental fizikaya böyük töhfələr vermiş dahi italyan fiziki.

Enriko Fermi
it. Enrico Fermi[2]
Doğum tarixi 29 sentyabr 1901(1901-09-29)[3][2][…]
Doğum yeri
Vəfat tarixi 28 noyabr 1954(1954-11-28)[4][3][…] (53 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədə xərçəngi[2]
Elm sahələri Nüvə fizikası, kvant mexanikası, fizika[1], Nüvə reaksiyası[1], hissəciklər fizikası[1], nəzəri fizika[1]
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Tanınmış yetirmələri Tsanq-Dao Li, Emilio Gino Segre, Ouen Çemberlen
Üzvlüyü
Mükafatları Fizika üzrə Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Fermi 1938-ci ildə faşist İtaliyasından emiqrasiya edərək ABŞ-a yollanmışdır. 1939-1945-ci illərdə Kolumbiya Universitetinin professoru kimi çalışmış, ABŞ-in nüvə enerjisi sahəsində apardığı tədqiqatlara rəhbərlik etmişdir.

Fermi – kvant fizikasının banilərindən biridir. 1925-ci ildə Dirakla birgə Pauli prinsipinə tabe olan və sonralar fermion adlandırılacaq hissəciklərin statistikasını işləyib hazırlamışdır.

1933-cü ildən sonra Fermi özünü bütövlüklə kvant fizikası məsələlərinə həsr edir. 1934-cü ildə o beta-parçalanma nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki,  -parçalanma zamanı elektrondan savayı neytrinolar adlanan hissəciklər də ayrılır. Ferminin bu nəzəriyyəsi elementar hissəcikərin qarşılqlı təsirinin müasir nəzəriyyəsinin prototipi kimi göstərilir.

1934-cü ildə Enriko Fermi elementlərin neytronların təsirinə mərzu qoymaqla nüvə fizikası sahəsində ilk mühüm ekspremental tədqiqatı həyata keçirir. Jolio-Kürinin süni radiaktivlik hadisəsinin kəşfindən sonra Fermi neytronların yüksüz olmaqları və nüvənin təsirinə məruz qalmamaları səbəbindən radiaktov elementlərin alınmasında daha efefektiv vasitə – hissəcik olması qənaitinə gəlir. Bu elmi mülahizə sonralar özünü doğruldur və nəticədə 60-dan artıq yeni radioaktiv izotoplar alınır ve netronların ləngiməsi hadisəsi müəyyən olunur.

Ferminin rəhbərlik etdiyi tətqiqat qrupunun gördüyü işlər elm aləmində olduqca yüksək qiymətləndirlir və neytron fizikikası elminə giriş rolunu oynayır. Radiaktiv elementlərin neytron bombardmanı ilə alması və ləng neytronların təsiri altında nüvə reaksiyaların müəyyən etmısinə görə Fermi 1938-ci il fizika üzrə Nobel mükafatına layiq görülür. Stokholma mükafatın təqdim olunamsı mərasiminə ailəsi ilə birgə qatılan Fermi vətəni İtalyaya baş çəkmir. Belə ki, o vaxtlar İtalya Mussolinin faşist diktaturası altında inildəyir və ölkədə faktiki olaraq elmi tətqiqatlar ləğv olunur. Fermi mükafatı aldıqdan sonra yenidən ABŞ-yollanır və burada ona bir neçə universitetdən professorluq təklif olunur. Fermi Nyu-Yorkdakı Kolumbiya universitetini seçir.

1939-cu ilin yanvar ayında Fermi uranın parçalanması zamanı sürətli neytonların ayrılması və ayrılan neytronların sayının udulmuş neytronların sayından çox olduğu halda zəncirvarı reaksiyaya gedən yolun açıq olmasının mümkünkünlüyü fikrni irəli sürür.

Aparılmış eksprementlər sürətli neytonların mövcüdluğunu təsdiq edir, lakin bir parçalanma hadisəsi çərçivəsində ayrılan neytronların sayını dəqiq təyin etmək mümkün olmur. Bu dövrdə Fermi uran-qrafit sistemində zəncirvarı rekasiyalar nəzəriyyəsi üzərində çalışmalara başlayır. 1941-ci ilin yazında bu nəzəriyyə işlənilib hazırlanır və elə həmin ilin yayında eksprementlər seriyasına başlanılır. Bu tətqiqatlarda əsas məqsəd neytron axının hesablanaması olur. Otuza yaxın təcrübə sınaqdan keçirilir və 1942-ci ilin iyun ayında neytronların artma əmsalının vahiddən böyük qiyməti əldə olunur. Bu təcrübənin praktiki əhəmiyyəti uran və qrafitdən daha böyük çərçivədə zəncirvari reakiyaların alınmasının mümkünlüyü və nüvə reaktorunun işlənilməsi demək idi.

Fermi neytronla, demək olar ki, əksər kimyəvi elementdə çevirmə aparmış və 60-dan çox radioaktiv izotop almışdı. 100-cü kimyəvi element Ferminin şərəfinə adlandırılıb.[8]

Elmdə Fermi həmişəgənc və enerjili olaraq qalırdı. Əlli yaşına yaxın nüvə enerjisi sahəsində zəngin bilik və təcrübəsi və yeni tədqiqatlar üçün gözəl imkanlarının olmasına baxmayaraq elmi fəaliyyətnin istiqamətini dəyişir və yüksək enerjili hissəciklər və astrofizika sahələrində işləməyə başlayır. Bu sahələrdə də möhtəşəm elmi nailiyyətlər əldə edə bilir.

Enriko Fermi 28 noyabr 1954-cü ildə ömrünüün cəmi 53-cü ilində mədə xərçəngindən vəfat edir. Dahi alim daha 15-20 il yaşasaydı hansi nailiyyətlə çata bilməsini təsəvvür etmək olduqca çətindir. Amma nail olduğu elmi nailiyyətlər belə Pontekorvonun dediyi kimi 6-8 Nobel mükafatına layiqdir. Bundan da vacibi Fermi dünya fizika tarixində müstəsna istedadlı alim-fizik kimi yaşayır.

1956-cı ildə dahi alimin şərəfinə ABŞ-da enerji sahəsində tədqiqat, enerjidən istifadə və onun istehsalı üzrə istifadəyə dəyərli töhvələr vermiş alimlərə verilən Enriko Fermi mükafatı təsis olunur.

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 https://www.biography.com/people/enrico-fermi-9293405.
  3. 1 2 Enrico Fermi // Nationalencyklopedin (швед.). 1999.
  4. 1 2 3 Понтекорво Б. М. Ферми Энрико // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1977. Т. 27 : Ульяновск — Франкфорт. С. 306.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  6. 1 2 NNDB (ing.). 2002.
  7. http://link.springer.com/content/pdf/10.1007%2F978-3-662-07791-7_11.pdf.
  8. Görkəmli fiziklər → Enriko Fermi