Şam
Şam — işıqlandırma vasitəsi. Adətən yanan bərk maddədən silindr şəklində hazırlayırlar. Onu yandırmaq üçün fitil adlanan hissəni alova tuturlar. Yanan bərk maddə kimi əsasən parafindən istifadə olunur. Bundan başqa piy, mum, spermaset (kaşalotun kəllə sümüyündən çıxardılan, ətriyyat istehsalında və sənayedə işlədilən maddə) və s.-dən istifadə olunur.
Fitilə şora, ammonium-xlor, bor turşusu məhlulu hopdurulur.
İstinadlar
redaktəXarici keçidlər
redaktəBu məqalə qaralama halındadır. |