Şeyx Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi.
Şeyx Kuleyni | |
---|---|
Əbu Cəfər Məhəmməd ibn Yəqub əl-Kuleyni ər-Razi | |
Doğum tarixi | |
Doğum yeri | Kuleyn, Rey, İran, Abbasilər xilafəti |
Vəfat tarixi | |
Vəfat yeri | Bağdad, İraq, Abbasilər xilafəti |
Elm sahəsi | Hədis |
Tanınır | Kuleyni, Siqatul-İslam |
Həyatı
redaktəKuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür.
Şeyx Kuleyni Rey və Bağdad şəhərlərində qaldığı üçün "Razi" və "Bağdadi" nisbələrin də almışdır. Kuleyni`nin digər ləqəbləri isə, onun elmi məqamını ifadə edir. Onlardan ən məşhuru "İslamın etibarlısı" mənasına gələn Siqatul-İslam ləqəbidir. Bu ləqəb onun, həm bütün İslam ümməti içərisindəki mövqeyini, həm də hədis nəqlindəki sədaqət və etibarlılığını bildirir.[1]
Atası Yəqub ibn İshaq fəzilətli bir şəxsiyyət idi və oğlunun təlim və tərbiyəsini şəxsən öz üzərinə götürmüş və ona İslami əxlaq, ədəb-ərkanı öyrətmişdi. Kuleyninin dayısı da böyük mühəddislərdən olmuşdur və "Allan" adını daşıyan bu şəxs həcc səfərində Beytullahın ziyarətinə gedərkən şəhid edilmişdir.[2]
M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir.[3][4] Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.[4]
Təhsili
redaktəİlk dərslərini anasından, atasından və böyük dayısından almışdır. İbtidai təhsilini başa vurduqdan sonra Reyə köçmüşdür. Hədis toplamaq və bununla da İslamın inkişafına töhfə vermək qərarına gəlmiş və sonra hədis toplamağa başlamışdır. Hədis yazmağı böyük ustadı Əbül-Həsən Məhəmməd ibn Əsədi Kufidən öyrənmişdir. Öz dövrünün hadisələrinə də diqqət yetirmiş və zərdüşt qatqılı əqidəli Qərmətilərin şiəlik üzərinə iddialar irəli sürdüyü zaman şiəliyi müdafiə edən "Qərmətilərə cavab" kitabını yazmışdır.
Təhsilini artırmaq və hədis toplamaq üçün Reydən Quma köçmüşdür. Qumda Məhəmməd ibn İsa əl-Əşəri kimi 35 böyük alimdən bəhrələnir. Qumda təhsilini artırdıqdan sonra Kufəyə köçmüşdür. Burada məşhur zeydi-carudi hədis alimi İbn Əqddən təhsil alır və hədis öyrənir. Daha sonra Kufədən Bağdada köçür. Kuleyni Bağdada köçəndə artıq tanınmış və məşhur İslam alimi idi. Alim burada "Siqatul-İslam" ("İslamın etibarı") ləqəbini qazanır.
Müəllimləri
redaktəBəziləri:
- Əbu Əli Əhməd b. İdris əl-Əşəri əl-Qummi
- Əhməd b. Abdullah b. Ümeyyə
- Əbul-Abbas Əhməd b. Məhəmməd b. Səid b. Əbdürrəhman əl-Həmədani
- Əbu Abdullah Əhməd b. Asim əl-Asimi əl-Küfi
- Əbu Cəfər Əhməd b. Məhəmməd b. İsa əl-Kufi
- Əhməd b. Mehran
- İshaq b. Yaqub
- Həsən b. Hafif
- Həsən b. Fəzl b. Yezid əl-Yəmani
- Hüseyn b. Həsən əl-Hüseyni əl-Əsvəd
- Hüseyn b. Əli əl-Ələvi
- Hüseyn b. Həsən əl-Hüseyni əl-Ələvi
Tələbələri
redaktəBəziləri:
- Əbu Abdullah Əhməd b. İbrahim İbn-i Əbu Rafi əs-Simyəri
- Əbul-Hüseyn Əhməd b. Əhməd b. əl-Katib-i əl-Küfi
- Əbu Hüseyn Əhməd b. Əli b. Səid əl-Küfi
- Əbul-Hüseyn Əhməd b. Məhəmməd b. Əli b. əl-Kufi
- Əbu Qalib Əhməd b. Məhəmməd ər-Razi
- Əbul-Qasım Cəfər b. Məhəmməd b. Cəfər b. Musa b. Qavləveyh əl-Qummi
- Əbul-Həsən Əbdülkərim b. Abdullah b. Nəsr əl-Bəzzar ət-Təbyisi
- Əli b. Əhməd b. Musa əd-Dəkkak
- Məhəmməd b. Əhməd Sinani
- Məhəmməd b. Məhəmməd b. Asim əl-Kuleyni
Dini fəaliyyəti
redaktəAlim İslam/Hədis elmində ilk dəfə ravilərinin məşhur olması və kitabın həcmini kiçiltmək üçün iddət terminini yaradmış və ondan istifadə etmişdir. İddət hədisin rəvilərdən ibarət olan silsiləsinin əvəzinə sənəddə istifadə edilir.
Əsərləri
redaktə- Kitab əl-Kafi
- əl-Rəddu aləl-Qəramitə (Qərmətilərə rəddiyə)
- Yuxu yozmaları
- Rical
Haqqında deyilənlər
redaktəƏbu Hüreyrə Rəsulullah s.ə.ə.’ın belə buyurduğunu rəvayət etdi: “Allah-u Təala hər əsrin başında, dinini ihya edəcək və yüksəldəcək bir şəxs seçər”
İbni Əsir: ... Üçüncü yüzilliyin alimlərindən: imamiyyədən Əbu Cəfər Məhəmməd b. Yəqub ər-Razi.
Məhəmməd b. Yəqub Əbu Cəfər əl-Kuleyni ər-Razi, məşhur, fəzilətli Şeyx, şiələrin başçılarından və məzhəblərinin (əsər) müəlliflərindəndir.
Xətib (əl-Bağdadi) siqa (güvənilən) görmüşdür.
İbni Abdun deyir:
"Onun məzarını Suratut-Tayi'də gördüm. Məzar daşına özünün ve atasının adı yazılmışdı. Hicri dördüncü əsrin sonlarına doğru məzar daşındaki yazılar silinmişdi. Bugün məzarı Dəclə çayının şərq sahilindəki ərazidədir.