Anatoli Novoseltsev

Anatoli Petroviç Novoseltsev (26 iyul 1933, İrkutsk, SSRİ12 sentyabr 1995, Moskva) Görkəmli Sovet şərqşünası. Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür. Qafqaz, Zaqafqaziya, İran, Qədim Rusiya ölkələrinin orta əsrlər tarixi üzrə mütəxəssisdir.

Anatoli Novoseltsev
Anatoli Petroviç Novoseltsev
Doğum tarixi
Doğum yeri İrkutsk, SSRİ
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
Elm sahələri tarix[1], şərqşünaslıq[1]
Elmi dərəcəsi
Elmi adları
İş yerləri
Təhsili
Elmi rəhbərləri Mixail Dyakonov
Üzvlüyü

Bioqrafiyası

redaktə

Anatoli Novoseltsev 1933-cü ildə fəhlə ailəsində dünyaya gəlmişdir. Orenburq vilayətinin Medenqorsk şəhərində orta məktəbi bitirmiş, 1950-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin şərqşünaslıq şöbəsinə daxil olur. 1955-ci ildə universiteti əla qiymətlərlə bitirərək, SSRI EA-nın Tarix İnstitutunun aspiranturasının feodalizm bölməsinə daxil olur. Elmi rəhbəri L. V. Çerepninin təqdimatı əsasında 1958-ci il də Tarix İnstituna işə qəbul eilir. İnstitutda 1958–1968-ci illərdə kiçik elmi işçi, 1968–1984-cü illərdə böyük elmi işçi kimi çalışmışdır. 1959-cu ildə Cənubi Qafqaz tarixinə dair "XVII-XVIII əsrlərdə Azərbaycan və Şərqi Ermənistan şəhərləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1974-cü ildə "Zaqafqaziya ölkələrində feodalizm qurluşunun inkişaf yolları və xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1982-ci ildən institutun professoru, 1984-cü ildən SSRİ EA-nın müxbir üzvü seçilmiş, 1984–1988-ci illərdə Tarix Institunun SSRİ ərazisində qədim tarixi dövlətlər şöbəsinə rəhbərlik etmişdir. !985–1995-ci illərdə illik "SSRİ ərazisində qədim tarixi dövlətlər" (1994-cü ildən – "Şərqi Avropanın qədim dövlətləri") müəciməsinin məsul redaktoru; eyni zamanda da "SSRİ xalqlarına aid qədim mənbələr" (1993-cü ildən – "Şərqi Avropa tarixinə aid qədim mənbələr") külliyyatının məsul redaktor müavini olmuşdur. 1985–1988-ci illərdə Rusiya – Fələstin cəmiyyətinin sədri olmuş, ömrünün son illərinə qədər Rusiya Tarixinin Elmi Mərkəzinə rəhbərlik etmişdir.

Tədqiqat fəaliyyəti

redaktə

Dyakonov İ. M, Reysner İ. M-in tələbəsi, Rusiya şərqşünaslığının gözəl ənənələrinin davamçısı olmuşdur. Alim unikal linqvistik erudisiya fenomeninə malik olmuş, 20 artıq: fars, gürcü, ərəb, qədim yəhudi, erməni, Suriya, yunan, latın və s. dillərə mükəmməl yiyələnmişdir. Onun ilk tədqiqatlarının maraq dairəsi əsasən Zaqafqaziyanın tarixi olmuşdur.

Mənbə

redaktə
  • Т. М. Калинина, Е. А. Мельникова, И. И. Попов. Анатолий Петрович Новосельцев (1933–1995) // Древнейшие государства Восточной Европы, 1998. М., 2000.

Xarici keçidlər

redaktə
  1. 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.