Arzu Səmədbəyli

siyasətçi

Səmədbəyli Arzu Həbib oğlu (10 may 1962, Zərkənd, Basarkeçər rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, (2005–2010) Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) qurucu üzvü kimi fəaliyyət göstərir.

Arzu Səmədbəyli
bayraq
Müsavat Partiyası Məclisinin sədri
bayraq2
27 dekabr 2010[1] – 27 dekabr 2014[2]
ƏvvəlkiSülhəddin Əkbər
SonrakıNüşabə Sadıxlı
bayraq
Müsavat Partiyası başqanının müavini
bayraq2
2004 – 2010
Başqanİsa Qəmbər
2005 – 2010
Seçki dairəsi2005 — 8 saylı Binəqədi birinci
Əvvəlkivəzifə təsis edildi
SonrakıOqtay Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi 10 may 1962(1962-05-10) (62 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Arzu Səmədbəyli 1962-ci il mayın 10-da Ermənistan SSR-nin Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 1979-cu ildə Zərkənd orta məktəbini qızıl medalla bitirib.[3]

1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olmuş, 1984-cü ildə sənaye və mülki tikinti fakültəsini bitirmişdir.[4]

1984-cü ildən Azərbaycan Üzümçülük və Şərabçılıq Komitəsində mühəndis, böyük mühəndis, aparıcı mühəndis, birinci dərəcəli mühəndis işləyib.[4]

Ailəsi

redaktə

Arzu Səmədbəyli ailəlidir. 2 övladı var. Atası Həbib Səmədov 3 noyabr 2011-ci ildə, anası Nabat xanım isə 21 iyun 2015-ci ildə Bakı şəhərində vəfat ediblər.

Siyasi fəaliyyəti

redaktə

Arzu Səmədbəyli 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsinin şöbə müdiri, 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası müdafiə nazirinin baş referenti, 1993–1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin, 1995–2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının İnformasiya və mətbuat mərkəzinin direktoru, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.[5]

1998-ci ildə Əbülfəz Elçibəyin sədrlik etdiyi Bütöv Azərbaycan Birliyində (BAB) sədrin təşkilat məsələləri üzrə müavini təyin edilmişdir (Əbülfəz Elçibəyin sərəncamı ilə).

2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başladı. Klassiklər qanadında narazı olan qüvvələr Elçibəy-Rəsulzadə fraksiyası yaratmışdır. Bu fraksiyaya Arzu Səmədbəyli, İsa Bağırov, Novella Cəfəroğlu, Oqtay Qasımov, Qubad İbadoğlu başda olmaq üzərə ümumi 22 nəfər daxil idi. Fraksiya daha sonra Müsavat Partiyasına birləşmişdir. Arzu Səmədbəyli 2004-cü ildən Müsavat Partiyasının üzvüdür. Müsavat Partiyası başqanının müavini (2004–2010), Müsavat Məclisinin sədri (2010–2014), həmçinin Müsavat Partiyası Ali Məclisinin və Divanının üzvü olmuşdur.[5]

2005–2010-cu illərdə millət vəkili olmuş, Milli Məclisdə isə İnsan hüquqları komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir.[5]

Hal-hazırda Müsavat Partiyası Məclisinin üzvüdür. Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) qurucu üzvü kimi fəaliyət göstərir.[6]

İstinadlar

redaktə
  1. Müsavat Məclisinə yeni sədri seçildi
  2. "Müsavat Məclisinin yeni sədri seçildi". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  3. Qurban Göyçəli, Tacir Səmimi. Zərkənd. Bakı: AKE NPM. 2013. 328.
  4. 1 2 "Arzu Səmədbəyli Müsavat partiyasının məclis sədrliyinə namizəd oldu" (az.). Media forum. 20 dekabr 2010. 2021-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-07.
  5. 1 2 3 "ARZU SƏMƏDBƏYLİNİN 48 YAŞI TAMAM OLDU" (az.). musavat.com. 11.05.2010. 2017-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-07.
  6. "Arzu Səmədbəyli" (az.). msdm-az.org. 2016. 2017-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-08.