Bəəs Partiyası
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası.
Ərəb Sosialist Bəəs Partiyası حزب البعث العربي الاشتراكي | |
---|---|
Qurucu |
Mişel Əfləq və Səlahəddin Bitar (1947) Əfləq Bitar və Əkrəm Həvrani(1952) |
Baş katib | Mişel Əfləq |
Quruluş tarixi | 7 aprel 1947 |
Dağılma tarixi | fevral 1966 |
Baş qərargah | |
İdeologiya | Ərəb sosializmi |
Şüar | «Birlik, Azadlıq, Sosializm» |
Saytı | baath-party.org/index.ph… |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixçə
redaktəTarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm".[1]
İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir. Suriyada Mişel Əfləqə və onun yaxın silahdaşlarına 70-ci illərdə dövlət çevrilişi cəhdi ittihamı ilə qiyabi olaraq ölüm hökmü çıxarılır. 70-ci illərdə Bəəs-çilər kommunist partiyaları ilə müttəfiqlik əlaqələri yaratdılar. Hər iki qanad SİKP (Sovet İttifaqı Kommunist Partiyası) ilə əlaqələrə malik idilər. 1979-cu ildə İraqda Səddam Hüseyn iqtidara gələndən sonra kommunistlər qeyri-leqal vəziyyətə keçdilər. Səddam Hüseyn onları ordunu daxildən dağıtmaqda ittiham etdi. 1978-79-cu illərdə İraq və Suriya qanadı arasında münasibətlərin normallaşdırılması cəhdləri oldu. Suriya prezidenti Hafiz Əsəd və İraq prezidenti Əhməd Həsən əl Bəkir arasında iki ölkənin birləşdirilməsi məsələsi qaldırılmışdır. 1979-cu ildə Bəkrin iqtidardan kənarlaşdırılmasından sonra Suriyanın İraqda bəzi yerli partiya fəallarına əsaslanaraq çevriliş cəhd etməsi ittihamı ilə bir sıra partiyadaşları həbs və edam olundu. Suriya versiyasına görə partiyanın Baş katibi 10 iyun 2000-ci ildə ölümünə qədər Hafiz Əsəd olmuşdu. 2000-ci ildən Suriya regional rəhbərliyin katibi Bəşşar əl-Əsəddir.
İstinadlar
redaktə- ↑ Hamel, Ernest. "Histoire de Saint-Just Député de la Convention Nationale". Impr. et Librairie Poulet-Malassis et Broise. 1859.