Bakı real məktəbi

Bakı real məktəbi[1] — 1874-cü ildə Bakı real gimnaziyasının (1867) əsasında yaradılmışdır. Məktəbdə 1876-cı ildə 431 (44 az-lı), 1899-cu ildə 658 (67 az-lı) şagird təhsil alırdı. Burada hazırlıq sinifləri də açılmışdır. 1890-cı ilin məlumatına görə Bakı real məktəbində oxuyanların 4.6 % kəndli uşaqları idi. Şagirdlərin müəyyən qismi dövlət hesabına təhsil alırdı. Bakı milyonçusu Musa Nağıyev məktəbə maliyyə yardımı edirdi. N. Nərimanov, H. Zərdabi Bakı real məktəbində dərs demişdir.

Bakı real məktəbi
Əsası qoyulub 1874
Şəhər Bakı
Ölkə
Ünvan Bakı şəhəri

İstinadlar

redaktə
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 78. ISBN 978-9952-441-07-9.