Françayzinq
Françayzinq, kommersiya münasibətləri növü (fr. franchir, «azad etmək») — bazar subyektləri arasında münasibətlər növü, bir tərəf (françayzer) digər tərəfə (françayzi) müəyyən haqqa (royalti) öz biznez-modeli əsasında özünəməxsus biznes növü ilə məşğul olmağa icazə verir. Françayzinq - digərinin haqq əsasında kiminsə əmtəə nişanından istifadə edilməsinə rəsmi icazədir.
Filip Kotler françayzinqin aşağıdakı əlamətlərini qeyd edir [1]:
- françayzer onun əmtəə nişanından istifadəyə görə digərinin gəlirindən müəyyən faiz alır;
- françayzi biznes sisteminin bir hissəsi olmaqdan ötrü ilkin haqq ödəyir;
- françayzer françayziyə biznesin təşkili sistemini verir.
Françayzinq müqaviləsinin françayzer üçün aşağıdakı müsbət cəhətləri vardır:[2]
- Mehmanxana bazarında az investisiya qoymaqla biznesini genişləndirmək;
- Ödəmələrdən əlavə gəlir qazanmaq.
Françayzinq müqaviləsinin françayzer üçün mənfi cəhətləri:
- Gəlir ancaq françayzinin ödəmələri ilə məhdudlaşır;
- Françayzi müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etmədikdə françayzerin imici, nişanı nüfuzdan düşür.
İstinadlar
redaktə- ↑ Котлер Ф. Маркетинг менеджмент. — СПб.: Питер, 2004. — С. 575. — ISBN 5-94723-311-8.
- ↑ Н.В.Soltanova, M.M.Ağakərimov,S.İ.Babazadə. «Mehmanxana təsərrüfatı» (dərs vəsaiti). Bakı, «Parni İz Baku» Nəşriyyat evi, 2005
Mənbə
redaktə İqtisadiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |