Hind okeanı

okean
(Hind Okeanı səhifəsindən yönləndirilmişdir)

Hind Okeanı — dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən AfrikaƏrəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adalarıAvstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dənizFars körfəzi ilə birlikdə 70,560,000 km2-dir. Bu okean dünyada sahəsinə görə 3-cü yeri tutur. Ekvatora yaxın ərazilərdə sahəsi kiçikdir. Burada suyun orta temperaturu 17°C-dir. Bunun səbəbi, dalğaların Şimaldan gələn küləklərin qarşısını kəsməsidir. Ən dərin hissəsi Zond çökəkliyidir.

Hind okeanı
Koordinatlar 20° c. e. 80° ş. u.HGYO
Etmologiyası Hindistan
Hissəsidir Dünya okeanı
Səthinin sahəsi
  • 76.174.000 km² (1982)
Maksimum dərinliyi 7.450 m, 3.711 m
Su həcmi 282.650.000 km³
[[Fayl:|280px|Hind okeanı xəritədə]]
Hind okeanı
Hind okeanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi təsviri

redaktə

Dənizləri Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dəniziFars körfəzidir (dəniz hesab olunur).

Körfəzləri Benqal, İran, Ədən, Oman, Böyük Avstraliya, Karpentariya, Spenser, körfəzidir.

BoğazlarıMozambik boğazı, Səkkizinci Dərəcə boğazı, Doqquzuncu Dərəcə boğazı, Onuncu Dərəcə boğazı, Dunkan boğazı, Polk boğazı, Qubal boğazı, Ekvatorial keçidi (boğaz), Huvadu boğazı, Cohor boğazıdır. Bu okean dünyanın ən böyük 3-cü okeanıdır. Eyni zamanda burada Kergelen adaları və Krakatau vulkanı yerləşir. Buradan Cənubi Passat, Somali, Qərb küləkləri cərəyanları keçir.