Redaktə İran

İran İslam Respublikası və ya qısaca İran (fars. جمهوری اسلامی ايران‎) — Sivlizasiyyaların qovşağında yerləşən, özünə məxsus coğrafi xüsusiyyətləri və təbiəti etibatilə İran tarix boyu böyük imperiyalar və mədəniyyətlər qurmuş dünya mədəniyyətini zənginləşdirən və əbədiyyət iftixar ediləcək misilsiz dühalar yetişdirmişdir. İslam dini İranda tam bərqərar olandan sonra ümummilli İran mədəniyyəti islam nuru ilə yoğrularaq özünün yüksək zirvəsinə çatmışdır.

İrandakı xalqlar o cümlədən farslar, türklər, kürdlər, ərəblərbəluclar mədəni xüsusiyyətlərinə görə bir-birindən seçilsələr də, eyni xüsusiyyətlərə, eyni tarixə və dinə malik olmaları, eləcə də müştərək adət-ənənələri etibarilə bu xalqları bir-birindən ayırmaz etmişdir. İran cəmiyyətinin digər səciyyəvi xüsusiyyətlərindən biri də məsihilərin, zərdüştlərin və yəhudilərin öz müsəlman həmvətənləri ilə bir yerdə mehriban yaşamalarıdır. Bu dini etniklər tam azad surətdə özlərinin dini mərasim və ayinlərini yerinə yetirir və İranın İslami Şura Məclisi kimi yüksək dövlət orqanlarında təmsil olunurlar. İran elə bir ölkədir ki, ilin hər bir vaxtında onun müxtəlif yerlərində dörd fəsli müşahidə etmək olar. Qarla örtülmüş uca dağlardan tutmuş ucsuz bucaqsız səhralara və meşələrə malik olan iqlim şəraiti İranı daha da rəngarəng etmişdir.

Redaktə Seçilmiş məqalə
Zərdüştilikİslamdan əvvəl İranAzərbaycanda ən geniş yayılmış monoteist din.

Dünyanın ən qədim etiqadlarından biri olan Zərdüştilik Güney Azərbaycan ərazisində meydana gəlmişdir. Zərdüşt dini onun banisi Zərdüştün adı ilə bağlıdır.

Bu yeni dini etiqad yalnız Azərbaycan ərazisində yaşayan tayfalar tərəfindən qəbul edilmədi. O, eyni zamanda İran, Orta Asiya, Hindistan və digər ölkələrdə yaşayanların da dininə çevrildi. Zərdüştün həyat və fəaliyyəti haqqında indi də tədqiqatçılar arasında mübahisələr davam edir. Uzun illər ərzində bu barədə külli miqdarda tədqiqatlar aparılmasına baxmayaraq hələ də Zərdüştün nə vaxt və harada yaşayıb, yaratmasıyla bağlı dəqiq fikir yoxdur.

Zərdüşt dini məzdəizm, eləcə də digər dinlərin tarixində baş vermiş daxili təhəvvülata məruz qalmışdır. Bu baxmdan da Zərdüşt peyğəmbər tərəfindən yaradılmış və ilkin maqlar tərəfindən qəbul edilmiş Zərdüşt dini və onun dünya görüşünü Sasanilər dövründəki məzdəizm – daha dəqiqi atəşpərəstlik ilə eyniləşdirmək olmaz. Bu sahədə nüfuzlu tədqiqatçı Girşmanın göstərdiyi kimi, məzdəizmin ilkin dövründə əsas fövqəlbəşər qüvvə Hörmüzd Mehr (Mitra) və Nahid idisə, sonralar onları əvəz edən Hörmüzd və onun barışmaz düşməni olan Əhrimən görüşü həqiqi dualizmdir. Ona görə ki, onlar iki – biri digərinə zidd olan qüvvəyə (xeyir-şərə) və yaxud substansiyaya inanır və bu mübarizədə Hörmüzdün (xeyirin) qalib gəlməsinə əmin idilər. Məzdəizmə görə Hörmüzd ilə Əhrimən nur ilə zülmət, xeyir ilə şər və sülh ilə müharibə arasında gedən mübarizə kimi iki ictimai və təbii kökə malikdir.

(Davamı...)

Redaktə Seçilmiş şəkil

Nəsirülmülk məscidi, İran, Şiraz

Redaktə Bilirsinizmi ki...
Redaktə Necə kömək edə bilərəm
Redaktə Xəbərlər
Redaktə Seçilmiş şəxsiyyət

Abbas mirzə Fətəli şah oğlu (anası Asiyabəyim xanım Fətəli xan qızı Dəvəli) 1788-ci ildə Lаricаn mаhаlının Nəvа qəsəbəsində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi və təhsili almışdı. Ağaməhəmməd şahın göstərişi ilə vələhd seçilmişdi. Naibəssəltənə ləqəbi daşıyırdı.

Abbas mirzə dörd yaşında ikən bilinməz xəstəliyə tutulmuşdu. Onun müalicəsi üçün atasının əmisi Ağaməhəmməd şah ölkənin dörd bir tərəfindən məşhur həkimləri saraya dəvət etmişdi. Həkimlər onun xəstəliyinin çarəsini tapa bilmədilər. Şahzadə idman və bədən tərbiyəsinin köməyi ilə yeniyetmə yaşında xəstəliyini dəf etdi. Ancaq 30 yaşından sonra əsəbi gərginlik, psixoloji durğunluq onu yenidən əski xəstəliyinə qaytardı.

Abbas mirzə 1799-cu ildən Cənubi Azərbaycanın, 1831-ci ildən Kermanın və Xorasanın valisi olmuşdu.

Abbas mirzə 1832-ci ildə vəfat edib. Onu Məşhəddə Əli ibn Museyi-Rzanın məqbərəsinin yaxınlığında dəfn ediblər.

Redaktə Kateqoriyalar
Redaktə Yeni məqalələr
Redaktə Layihələr
Redaktə Yaxın portallar