Söz birləşməsi

Söz birləşməsi — Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir.Müstəqil söz dedikdə əsas nitq hissələri nəzərdə tutulur . Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi söz birləşməsi sayılmır.

Söz birləşmələri və sözlər

redaktə

Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var.

Oxşar cəhətlər

redaktə
  1. Söz birləşmələri də sözlər kimi ad bildirir. Məsələn: bağ, küçə, məktəb, meşə, göl və s. sözləri əşyaların adlarını bildirir. Nar bağı, enli küçə, peşə məktəbi, palıd meşəsi, duzlu göl kimi söz birləşmələri də əşyaların adlarını bildirir.
  2. Həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Məsələn: boşqab – boş qab, Ağdaş – ağ daş, günəbaxan – günə baxan və s.
  3. Hər ikisi də cümlə üzvü olur.
  4. Hər ikisinin də başlanğıc forması olur.

Fərqli cəhətlər

redaktə
  1. Sözlər səslərdən, söz birləşmələri isə sözlərdən düzəlir. Məsələn: dərs, kitab, vətən, torpaq, azad, ölkə sözlərini əlaqələndirib söz birləşməsi düzəltmək olur: dərs kitabı, vətən torpağı, azad ölkə və s.
  2. Söz ümumiyyətlə ad bildirir. Məsələn: daş, ağac, su və s. Söz birləşməsinin tərkibində isə sözlərin mənası konkretləşir, dəqiqləşir. Məsələn: çay daşı, alma ağacı, bulaq suyu və s.
  3. Söz birləşmələrinin mürəkkəb sözlərdən iki əsas fərqi var:
a) Söz birləşmələrinin tərəfləri müstəqil leksik mənasını saxlayır və onlara ayrılıqda sual vermək olur. Məsələn: incə (necə?) sənət (nə?), üç (neçə?) bucaq (nə?) və s. Mürəkkəb sözlərin tərəfləri isə bütövlükdə bir anlayışı bildirir və onlara ayrılıqda sual vermək olmur. Məsələn: incəsənət (nə?), üçbucaq (nə?) və s.
b) Söz birləşmələrində tərəflərin hər birinin öz müstəqil vurğusu olur. Məsələn: qara göz, uzun saç və s. Mürəkkəb sözlər isə bir vurğu ilə deyilir. Məsələn: qaragöz (inək), uzunsaç (qız) və s.

Söz birləşməsi və cümlə

redaktə

Söz birləşmələri ilə cümlələr arasında da bir neçə oxşar və fərqli cəhət var.

Oxşar cəhətlər

redaktə
  1. İstər söz birləşmələri, istərsə də cümlələr sözlərin birləşməsi yolu ilə yaranır. Məsələn: Yazın gəlişi – Yaz gəldi. Gözəl vətən – Vətən gözəldir və s.
  2. İstər söz birləşmələrində, istərsə də cümlələrdə sözlərin müəyyən sıralanma qaydası var. Məsələn: Sular durulanda – Sular duruldu. Maraqlı kitab – Maraqlı kitabdır. Fəhlələrin iş günü – Fəhlələrin iş günüdür və s.

Fərqli cəhətlər

redaktə
  1. Söz birləşmələri bitmiş fikir ifadə etmir və onda intonasiya bitkinliyi olmur. Məsələn: uşaqların səsi, qarlı dağlar, şagirdlərin oxuması və s. Cümlələrdə isə hökmən bitmiş fikir və intonasiya bitkinliyi olur. Məsələn: Uşaqlar gəlirlər. Dağlar qarlıdır. Şagirdlər oxuyurlar və s.

Söz birləşmələrində əsas və asılı tərəflər

redaktə

Söz birləşməsinin tərkib hissələrindən biri əsas söz, o biri isə asılı söz olur. Asılı söz əsas sözə tabe olur və onu müxtəlif cəhətdən izah edir. Dilimizdə, bir qayda olaraq, əvvəl asılı söz, sonra isə əsas söz işlənir. Məsələn: çalışqan şagird, məktəb həyəti, vətənini sevən birləşmələrindəki birinci tərəflər asılı tərəflərdir. Həmin tərəflər ikinci tərəfə tabe olaraq onları müxtəlif cəhətdən izah edir. Bu xüsusiyyətinə görə asılı söz əvəzinə daha çox birinci tərəf, əsas söz əvəzinə isə ikinci tərəf ifadələri işlənir. Bəzən birinci tərəf əvəzinə tabe tərəf, ikinci tərəf əvəzinə tabeedici tərəf terminləri işlənir.

Söz birləşmələrinin növləri

redaktə

Söz birləşmələri ikinci (əsas) tərəfin ifadə vasitəsinə görə iki növə bölünür: ismi birləşmələr, feli birləşmələr.

İsmi birləşmələr

redaktə

İkinci (əsas) tərəfi adlarla (əsasən, isim, sifət, say və isimləşmiş başqa sözlərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir.

Məsələn: demokratik ölkə, azad seçki, insanların yaxşısı, uşaqların çoxu, gecənin istisi, şagirdlərin oxumağı,Azərbaycanın ordusu və s.

Dağlardan uca, hamıdan böyük, ürəyi qəmli, gözləri yaşlı və s. söz birləşmələri təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələrdir.

İsmi birləşmələrdə, adətən, birinci tərəflər ikinci tərəfləri təyin (izah) etdiyi üçün həmin birləşmələrə təyini söz birləşmələri də deyilir. Təyini söz birləşmələri formasına və məna xüsusiyyətlərinə görə üç növə bölünür. Birinci növ təyini söz birləşmələri, ikinci növ təyini söz birləşmələri və üçüncü növ təyini söz birləşmələri.

Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi adlarla ifadə olunur. Bu tipli söz birləşməsinin əsas tərəfi adətən adlarla ifadə olunur.Adlara feildən başqa bütün əsas nitq hissələrini aid etmək olar.İkinci tərəfi isə adətən isimlərlə və isimləşmiş digər nitq hissələrilə ifadə olunur. Birinci növ təyini söz birləşməsi adətən ayrı-ayrı təhlil olunur İstisna bu gün yeni il və s Məsələn:

gözəl qız, ağıllı oğlan və s.-ni aid etmək olar. Lakin Vəlizadə Zahid və s. tipli sözlər belə sözlər söz birləşmələri hesab olunmur, çünki bu tipli sözlər mürəkkəb adlardır.

İkinci növ təyini söz birləşməsinin asılı yəni birinci tərəfi qeyri müəyyən yiyəlik hallı isimlə, ikinci tərəfi isə üçüncü şəxsin mənsubiyyət şəkilçisi ilə ifadə olunur. Məsələn, məktəb direktoru, ağac yarpağı.

Bu sözlər cümlədə birgə təhlil olunur. Bir tərəf cəmlənəndə adətən digər tərəf təkdə qalır istisna elmlər namizədləri qocalar evləri və ilaxır . Əksər 2-ci növ təyini söz birləşmələrini 3-cü növə çevirmək mümkündür. Məsələn, insan əli - insanın əli. Bu söz birləşmələri istisnadır: atalar sözü,

Üçüncü növ təyini söz birləşmələrinin birinci tərəfi müəyyən yiyəlik halla ifadə olunur ikinci tərəfi isə mənsubiyyət şəkilçili söz ilə ifadə olunur.Hər iki tərəf eyni zamanda cəmlənə bilir. Məsələn: şagirdlərin kitabları, ölənlərin ailələri.Üçüncü növ təyini söz birləşmələrinin digərlərindən fərqli cəhəti tərəfləri arasında istənilən qədər sözün artırıla bilməsidir. Məsələn, məktəbin şagirdi - məktəbin 11-ciləri arasında ən fəal şagirdi.

Feili birləşmələr

redaktə

Əsas (ikinci) tərəfi feilin təsriflənməyən formaları (məsdər, feili sifət və feili bağlama) ilə ifadə olunan söz birləşmələrinə feili birləşmələr deyilir. Məsələn:

məktubu yazmaq, yaxşı oxumaq, vətəni sevmək (əsas tərəflər məsdərdir);
məktubu yazan, yaxşı oxuyan, vətəni sevən (əsas tərəflər feli sifətdir);
məktubu yazarkən, yaxşı oxuyanda, vətəni sevəndə (əsas tərəflər feili bağlamadır).

Feili birləşmələrin əsas (ikinci) tərəfləri feillə ifadə olunur, buna görə də hərəkət bildirir. Birləşmələrin asılı (birinci) tərəfləri isə hərəkəti müxtəlif cəhətdən izah edir və əsasən, aşağıdakı mənaları bildirir:

  1. Hərəkətin subyektini (iş s.
  2. Hərəkətin obyektini (üzərində iş görülən əşyanı): qonaqları qarşılamaq, sərgiyə baxmaq, kitabdan öyrənmək və s.
  3. Hərəkətin yerini: şəhərdə yaşamaq, kəndə getmək və s.
  4. Hərəkətin kəmiyyətini: çox oxumaq, dəfələrlə təkrar etmək və s.
  5. Hərəkətin tərzini: gülə-gülə demək, ucadan gülmək və s.


İstinadlar

redaktə