Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri.
O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur.
Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır.
Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur.
Nəsli ağsaqqallar idarə edirdilər. Onlar dünyəvi və dini funksiyalar daşıyırdılar. O, nəslin və ya qəbilənin adət-ənənələrinə ciddi riayət olunmasına nəzarət edirdi. Qəbilə rəhbərinin funksiyası ondan ibarət idi ki, o, təsərrüfata başçılıq edir, nəsillər arası ixtilafları həll edir, hərbi işə rəhbərlik edirdi. Nəsli şura – nəslin tam bərabər hüquqlu üzvlərinin ümumi yığıncağı idi.