Versal sarayı (fransızca: Le château de Versailles) - Fransanın paytaxtı Parisdə yerləşən tarixi saray. Versal sülh müqaviləsi burada imzalanmışdır.

Versal sarayı
Château de Versailles
Xəritə
48°48′17″ şm. e. 2°07′13″ ş. u.HGYO
Ölkə  Fransa
Şəhər Versal
Yerləşir Versal[1][2]
Memar Lui Levo
Tikilmə tarixi 1661-1789
Eni 600 m
Sahəsi 67,000 m2 (721,182 ft2)
Vəziyyəti yaxşı
Rəsmi sayt en.chateauversailles.fr
chateauversailles.fr
Rəsmi adı: Palace and Park of Versailles
TipiMədəni
Kriteriyai,ii,vi
Təyin edilib1979
İstinad nöm.83
DövlətFransa
RegionAvropa
Fransa tarixi abidələri
İstinad nöm.PA00087673
KateqoriyaSaray
ƏhəmiyyətiDünya əhəmiyyətli
Versal (Fransa)
Versal
Sarayın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanmış və daha sonra müxtəlif illərdə genişlətdirilmişdir. Hazırda saray muzey kimi fəaliyyət göstərir. Roma İmperatorluğundan sonra ilk dəfə böyük ölçülər bu sarayda tətbiq edimişdir. Bunun səbəbi sabit və mərkəzi monarxiya idarəsi idi. İtaliya, Almaniya, İngiltərədə siyasi şərait fərqli olduğundan uzun müddət oralarda belə saray tikilə bilməmişdir.

Sarayın maraqlı cəhəti tikilərkən tualet və ya vanna yerləşdirilməməsidir. Bunun səbəbi o dövrdə zadəgan anlayışına görə zadəganların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi.Bu səbədən Avropada Versal sarayının qoxusunu "Avropadaki bütün saraylardan fərqli" (Memoirs: Duc de Saint-Simon ) adlandırırdılar. 1768-ci ilə qədər sarayda tualet olmamışdır. 1789-cu ildə Fransa inqilabından sonra sarayda cəmi 9 tualet vardı və onlar da kral və ailəsinə məxsus idi.

İnşaat mərhələləri

redaktə

Sarayın tikintisinə 1661-ci ildə Kral XIII Luisin dövründə başlanmışdır. Sarayın tikilməsi və genişləməsi 4 mərhələdən ibarətdir:

  1. XIII Luis tərəfindən kərpic və daşdan tikilən kiçik ov köşkü.
  2. XIII Luis tərəfindən tikilən köşk Le Vau tərəfindən böyütüldü.
  3. XIV Luis sarayı dövrün məşhur memarı Jül Hardouin Mansart tərəfindən genişlətdirərək saraya indiki klassik görünüşünü verdi.
  4. XV Luisin dövründə memar Anqe-Jek Qabriel saraya əlavələr etdi.

Memarlığı

redaktə

Versal sarayı Luvr muzeyi kimi Fransanın ən əhəmiyyətli tarixi bölgələrindən biridir. Versal sarayənən bağça tərəfindəki fasadı La Vaunun son əsəridir və klassik Fransa memarlığının nümələrindən biridir. Mərmər həyət ətrafında 3 cür bina yerləşir. XIV Luis sarayı mühafizə etmək üçün mərmər həyətdə bəzi dəyişikliklər etmişdir. Memar J.H.Mansart Le Vaunun bağçadakı tikilisini tamamlamaq işini alınca Le Vaunun terrasını qaldırmışdır. Sarayın içi fasadından daha uğurlu tikilmişdir. Sarayın içindəki mərasim otaqları bir aks üzərində yerləşir. Bütün saray kralın yataq otağı ətrafında cəmlənmişdir. Sarayın ən məşhur yerləri Güzgülər Qaleriyası və Şapeldir.

Güzgülər Qaleriyası

redaktə

Qaldırılan mərkəzi terrasda tikilmişdir. Dekorasiyası isə Le Brun tərəfindən hazırlanmışdır. Bütün koridorun divarları güzgülərlə bəzədilmişdir. Adını da məhz buradan alır. Qaleriyanın döşəməsi isə yaşıl mərmər ilə örtülmüşdür. Salonun tavanındakı əsərlərdə Le Bruna aiddir. 1782-ci ildəki ABŞİngiltərə arasında, həmçinin Birinci Dünya müharibəsinin sonunda məğlub olan Almaniya ilə müttəfiqlər arasındaki müqavilə bu salonda imzalanmışdır.

Peyzaj və bağça

redaktə

Versal sarayının peyzaj memarı eyni zamanda Vau sarayının peyzaj memarı olmuş Andre Le Notrdır. Le Notrın planı Versal qəsəbəsinin qərbindən başlayır.

Qalereya

redaktə
  1. base Mérimée (fr.). ministère de la Culture, 1978.
  2. archINFORM (alm.). 1994.