Yuqoslaviya krallığı

Balkan yarımadasının şimal-qərb hissəsində dövlət

Yuqoslaviya krallığı (serb. Краљевина Југославија, xorv. Kraljevina Jugoslavija)[4] — 1929-1941-ci illərdə Balkan yarımadasının şimal-qərb hissəsində (formal olaraq 1945-ci ilə qədər) müasir Sloveniya, Xorvatiya, Serbiya, Monteneqro, Bosniya və HerseqovinaŞimali Makedoniya ərazisində dövlətin rəsmi adı.

monarxiya
Yuqoslaviya krallığı
serb. Краљевина Југославија
xorv. Kraljevina Jugoslavija
Bayraq Gerb
Bayraq Gerb
 
 

Paytaxt Belqrad
Ən böyük şəhər Belqrad
Dilləri Serb-xorvat dili
Rəsmi dilləri Serb-xorvat dili[1][2]
Dövlət dini xristianlıq, islam
Valyuta Yuqoslaviya kronu
Ərazisi 247,542 km2 (1941)[3]
Əhalisi bosniyalılar, slovenlər, xorvatlar, serblər, makedonlar, monteneqrolular
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Yuqoslaviya" adı 1929-cu il yanvarın 6-da kral I Aleksandr tərəfindən dövlət çevrilişi və diktaturanın qurulmasından sonra 4 oktyabr 1929-cu ildə qəbul edilib. Bundan əvvəl, 1918-ci il dekabrın 1-dən ölkə serblərin, xorvatların və slovenlərin Krallığı (serb. Краљевина Срба, Хрвата и Словенаца) adlanırdı. Qısaldılmış şəkildə SXS krallığı və SXSK adlanırdı.

Krallıq 1918-ci ildə müvəqqəti olaraq slovenlər, xorvatlarserblərin dövlətinin (keçmiş Avstriya-Macarıstan ərazilərindən, o cümlədən indiki Bosniya və Herseqovina, Xorvatiya, Sloveniyanın çox hissəsi), Banat, Baçka, Baranya (Avstriya-Macarıstan tərkibindəki Macarıstan Krallığının keçmiş hissəsi) və keçmiş müstəqil Serbiya krallığının birləşməsi nəticəsində yaranıb. Həmin il Monteneqro krallığı da Serbiya ilə birləşməsini elan etdi. Kosovo və Vardar Makedoniya bölgələri birləşmədən əvvəl Serbiyanın bir hissəsi oldu.[5][6]

Dövlət əvvəllər 1903-cü ildən (May inqilabından sonra) I Pyotrun rəhbərliyi ilə Serbiya krallığını idarə edən Serb Karacyorceviç sülaləsi tərəfindən idarə olunurdu. I Pyotr 1921-ci ildə ölümünə qədər Yuqoslaviyanın ilk kralı oldu. Onun yerinə atasının regenti olan oğlu I Aleksandr keçdi. O, "Birləşdirici Aleksandr" kimi tanınırdı və 1929-cu ildə krallığın adını dəyişdirərək "Yuqoslaviya" qoydu. O, 1934-cü ildə Fransaya səfəri zamanı Daxili Makedoniya İnqilab Təşkilatının (DMİT) üzvü Vlado Çernozemski tərəfindən Marseldə qətlə yetirildi.

Taxt onun 11 yaşlı oğlu Pyotra keçdi. I Aleksandrın əmisi oğlu Pavel 1941-ci ilə, II Pyotr yetkinlik yaşına çatana qədər Şahzadə Regent kimi hakimiyyəti idarə etdi. Kral ailəsi Berlin-Roma-Tokio oxu üzvlərinin ölkəni işğal etməzdən əvvəl, elə həmin il Londona uçdu.

1941-ci ilin aprelində ölkə Məhvər dövlətləri tərəfindən işğal edildi və bölündü. Londonda Böyük Britaniya və daha sonra bütün Müttəfiqlər tərəfindən tanınan mühacirətdə olan kral hökuməti quruldu.

1944-cü ildə Böyük Britaniyanın baş naziri Uinston Çörçilin təzyiqi ilə Kral Demokratik Federal Yuqoslaviya hökumətini qanuni hökumət kimi tanıdı. Bu, noyabrın 2-də İvan Şubaşiç (Krallıq adından) və Josip Broz Tito (Yuqoslaviya partizanları adından) Vis müqaviləsini imzaladıqdan sonra təsis edildi.

 
Slovenlər, Xorvatlar və Serblərin Dövlətinin Milli Şurasının yaradılmasının Zaqrebdə elan edilməsi, 1918-ci il oktyabr
 
1918-ci ildə Zaqrebin Ban Yelaçiç meydanında Serb ordusu keçid edərkən
 
Ante Paveliçin başçılıq etdiyi Sloven, Xorvat və Serb Dövlətinin Milli Şurasının nümayəndə heyəti regent Aleksandrın qarşısında müraciəti oxuyur, 1 dekabr 1918-ci il

1921-ci ildə Vidovdan Konstitusiyasının qəbulu müxtəlif Yuqoslaviya millətləri arasında gərginliyə səbəb oldu. Çünkü bu Yuqoslaviya hökumətinin Serbiyanın Yuqoslaviya üzərindəki hegemonluğunun möhkəmlənməsinə xidmət edirdi. Bu dövrdə kralın hakimiyyəti avtoritar-mühafizəkar meyillərlə xarakterizə olunurdu. Yuqoslaviya krallığı millətlərarası münaqişələrin və parçalanma təhlükəsinin qarşısını almaq üçün əsas Cənubi Slavyan xalqlarının heç birinin məskunlaşma ərazisinə uyğun gəlməyən əyalətlərə (banovinalara) bölündü. Əyalətlərin nümayəndəli orqanları vilayət məclisləri (vilayət şurası) və vilayət komitələri idarə edirdi. Ölkədə 11 banovina var idi. Paytaxt Belqrad şəhəri - Zemun və Pançevo şəhərləri ilə birlikdə banovinalardan asılı olmayaraq ayrıca inzibati-ərazi vahidi təşkil edirdi. 1939-cu ildə Primorskaya və Sava banovinalarının birləşməsi ilə muxtariyyət statusu ilə Xorvat banovinası yaradıldı.

1929-cu il yanvarın 6-da kral I Aleksandr Qarageorgiyeviç faktiki olaraq öz diktaturasını quran, bütün siyasi partiyaları qadağan edən və yeni hökumət başçısı təyin edən manifest dərc etdi. Yalnız 1931-ci il sentyabrın 3-də kral ölkədə yeni konstitusiyanın qəbulna icazə verdi. Yeni konstitusiyaya uyğun parlament seçkiləri keçirilməli idi. Lakin 1931-ci il seçkilərində qeydiyyat üçün imzaların toplanmasına ciddi tələblər qoyulduğuna görə, yalnız bir, hökumət siyahısı qoyuldu. Ona uyğun olaraq seçilən deputatlar icazə verilən yeganə partiyanı - Yuqoslaviya Radikal Kəndli Demokratiyasını (20 iyul 1933-cü ildə Yuqoslaviya Milli Partiyası adlandırıldı) yaratdılar.

7 noyabr 1932-ci ildə Kəndli-Demokratik Koalisiyası Yuqoslaviyanın çoxmillətliliyi və federallaşmasından bəhs edən "Punktuasiya" qəbul etdi. Buna cavab olaraq, bu sənədi ilk imzalayan koalisiya lideri Vladko Maçzek 1933-cü ildə həbs edildi və üç il sərt rejimə məhkum edildi.

1934-cü ildə Xorvatların "Ustaşe" təşkilatı tərəfindən təşkil edilən Kral Aleksandrın öldürülməsindən əvvəl Yuqoslaviya Qərbi Avropanın demokratik gücləri ilə ittifaqa yönəlmişdi (Yuqoslaviya Kiçik Antanta adlanan təşkilatın üzvü olmuşdu). Kralın ölümündən və knyaz-qubernator Pavelin hakimiyyətə gəlməsindən sonra dövlət onun Böyük Britaniyaya rəğbətinə baxmayaraq, Almaniyaİtaliya ilə yaxınlaşmağa doğru getdi.

Bundan əlavə, milli siyasət dəyişdirildi - xorvatların lideri Maczek 1934-cü ildə artıq azad edildi. 26 avqust 1939-cu ildə Çvetkoviç-Maçek müqaviləsi əsasında Xorvatiya krallığın tərkibində ayrıca banovina kimi muxtariyyət aldı.

1941-ci ilin martında Yuqoslaviya hökuməti (Çvetkoviçin kabineti) Almaniyanın rəhbərlik etdiyi Berlin paktına qoşulmaq üçün Vyana protokolunu imzaladı və bu, ölkədə geniş etiraz hərəkatına səbəb oldu. Martın 27-də hökumət devrildi.

1941-ci il aprelin 6-da Almaniya və müttəfiqlərinin qoşunları Yuqoslaviyaya hücum edərək, Yuqoslaviya əməliyyatı zamanı ölkənin ərazisini işğal edib parçaladılar.

Ustaşenin başçılıq etdiyi müstəqil Xorvatiya dövləti yaradıldı (o, Bosniyaya da nəzarət edirdi). Ölkə ərazisinin bir hissəsi Almaniya və İtaliyaya arasında bölüşdürüldü. Yuqoslaviyada xalq-azadlıq mübarizəsi başladı. Ona bir tərəfdən İosip Broz Titonun kommunistləri (1919-cu ildə yaradılmış Yuqoslaviya Kommunist Partiyası), digər tərəfdən Draza Mihayloviç başda olmaqla qarayüzlər monarxistləri rəhbərlik edirdi. İşğalçılara qarşı mübarizə aparmaqlarına baxmayaraq, onlar bir-biri ilə də döyüşürdülər.

İşğaldan sonra Yuqoslaviya kral hökuməti mühacirətə getdi. Əvvəlcə monarxiya yalnız Draza Mihayloviç və onun Yuqoslaviya müqavimət hərəkatı olan qarayüzlərə tərəf dururdu. Lakin 1944-cü ildə Tito-Subasiç müqaviləsində Demokratik Federal Yuqoslaviya müvəqqəti hökumət kimi tanındı və monarxiyanın statusu məsələsi gələcəyə təxirə salındı. Üç regent - serb Srjan Budisavleviç, xorvat Ante Mandiç və sloven Duşan Sernets - 3 mart 1945-ci ildə Belqradda and içdilər. Titonun başçılıq etdiyi yeni hökuməti baş nazir və müharibə naziri təyin etdilər. Şubaşiç xarici işlər naziri oldu.

Ölkənin şimal-şərq hissəsi 1944-cü ildə sovet qoşunları ilə Yuqoslaviya Xalq Azadlıq Ordusunun birgə əməliyyatları zamanı azad edildi. 1945-ci il mayın 15-də Yuqoslaviya ordusu Yuqoslaviyanın azad edilməsini başa çatdırdı. 29 noyabr 1945-ci ildə mühacirətdə olan kral II Pyotrun təsis məclisi tərəfindən taxtdan salındığı elan edildi. Həmən gün Yuqoslaviya Federativ Xalq Respublikası elan edildi. Yuqoslaviya Federativ Xalq Respublikası bu dövlətin yeganə hökuməti kimi beynəlxalq səviyyədə tanındı və II Pyotr kral titulunu itirdi.

Dövlət quruluşu

redaktə

Dövlət hakimiyyətinin ali orqanı - Milli Məclis (serb. Народна Скупштина), xalq tərəfindən 4 il müddətinə seçilirdi. Dövlət başçısı - Kral (serb. Краљ) idi. İcraedici orqan - Nazirlər Şurası (serb. Министарски Савет) nazirlər və nazirlər şurasının sədrindən ibarət olurdu ki, onlar da kral tərəfindən təyin edilirdi.

İqtisadiyyatı

redaktə
 
Yuqoslaviya krallığının inzibati bölgüsü (1929-1939)

Yuqoslaviyanın regionlarında inkişaf səviyyəsi kəskin şəkildə fərqlənirdi. Əsasən müasir Sloveniya, XorvatiyaVoyevodina ərazilərində yerləşən şimal banovinaları (əyalətlər) (Dravskaya, Primorskaya və Dunay) daha yüksək iqtisadi inkişaf səviyyəsi ilə seçilirdi. Orada doğum nisbəti xeyli aşağı idi və dəmir yolu şəbəkəsi Bosniya, Makedoniya, MonteneqroKosovonun cənubundan daha sıx idi.[7] Kral hakimiyyəti bütün bölgələri birləşdirməyə, onların inkişaf səviyyəsini bərabərləşdirməyə çalışırdı. Bunun üçün 1938-ci ildə inkişaf etməmiş rayonların subsidiyalaşdırılması üçün xüsusi fond yaradıldı.[8] Bundan əlavə, dövlət şimal rayonlarının sakinlərinin cənuba köçürülməsinə maliyyə dəstəyi verirdi.[8]

Yuqoslaviya işçilərinin dörddə üçü kənd təsərrüfatında işləyirdi. Ticarətlə məşğul olan fermerlər az idi, onların əksəriyyəti hələ də dolanışıq üçün təsərrüfatlarını əkib becərirdilər. Cənubda kəndlilər xüsusilə yoxsul idi, dağlıq və əlverişsiz bölgədə yaşayırdılar. Şimaldan başqa heç bir bölgədə böyük mülk yox idi və onların hamısı xaricilərə məxsus idi. 1919-cu ildə yeni Yuqoslaviya dövlətinin gördüyü ilk addımlardan biri əcnəbilərin, xüsusən də macar torpaq sahiblərinin mülklərinin dağıdılması oldu. Kənd əhalisinin təqribən 40%-i izafi idi (yəni əlavə insanların hazırkı istehsal səviyyəsini saxlamağa ehtiyacı yox idi) və isti iqlimə baxmayaraq, Yuqoslaviya nisbətən quru iqlimə malik idi. Daxili kommunikasiyalar zəif inkişaf etmişdi. Birinci Dünya müharibəsinin vurduğu ziyan əhəmiyyətli dərəcədə böyük olmuşdu. Lakin nadir istisnalar olmaqla kənd təsərrüfatı texnikadan və ya digər müasir əkinçilik texnologiyalarından məhrum idi.

İstehsal Belqrad və digər iri yaşayış məntəqələri ilə məhdudlaşır və əsasən, yalnız daxili bazar üçün istehsal olunan kiçik, nisbətən primitiv müəssisələrdən ibarət idi. Yuqoslaviya Adriatik dənizi limanlarının kommersiya potensialı siyasəti iflasa uğradı. Çünki ölkənin gəmiçilik sənayesini idarə etmək üçün texniki biliyə malik deyildi. Digər tərəfdən, mədənçıxarma sənayesi ölkədə faydalı qazıntı ehtiyatlarının bolluğuna görə yaxşı inkişaf etmişdi. Lakin daha çox əcnəbilərə məxsus olduğu və onların mənafeyi üçün işlədiyindən istehsalın böyük hissəsi xaricə göndərilirdi. Yuqoslaviya Şərqi Avropada BolqarıstanAlbaniyadan sonra üçüncü ən zəif inkişaf etmiş ölkə idi.

Pul vahidi

redaktə

Yuqoslaviya krallığının rəsmi pul vahidi - dinar adlanırdı və bu şəkildə idi:

  • 50 cüt, 1 və 2 dinarlıq mis-nikel sikkələr[9]
  • 5, 10, 20, 50, 100 və 1000 dinarlıq əskinaslar[10][11]

Poçt və telefon rabitəsi operatoru PTT, dəmir yolu daşıma operatoru Yuqoslaviya Dövlət Dəmir Yolları idarəsi idi.

Əhalisi

redaktə
 
Yuqoslaviya krallığı pasportu

Kiçik orta təbəqə böyük yaşayış məntəqələrində cəmləşmişdi. Qalan əhalinin demək olar ki, hamısı kənd təsərrüfatı ilə məşğul olan kəndlilər idi. Ən böyük etnik qrup serblər, sonra xorvatlar, slovenlər, bosniyalı müsəlmanlar, makedoniyalılaralbanlar sayılırdı. Din də eyni sxemlə gedirdi: əhalinin yarısı pravoslav xristianlığı, təxminən 40%-i katoliklər, qalanları isə müsəlmanlar idi.[12] Belə bir çoxdilli ölkədə gərginlik tez-tez olurdu. Xüsusilə serblər və xorvatlar arasında münaqişələr ara vermirdi. Digər mübahisələr serblərlə makedoniyalılar arasında baş verirdi. Çünki Yuqoslaviya hökumətinin rəsmi mövqeyi sonuncuların etnik serblər olması üzərində qurulmuşdu. XX əsrin əvvəllərində beynəlxalq ictimaiyyət makedoniyalıları ilk növbədə, 1919-cu ildə Paris Sülh Konfransına qədər bolqarların regional bir qolu kimi qəbul edirdi.[13]

Slovenlər din və mədəniyyət baxımından xorvatlara daha yaxın idilər. Xüsusilə, onlar bildirirdilər ki, özlərinə məxsus bir millət yaratmaq üçün onların sayı çox azdır və Xorvatların dominant olduğu Yuqoslaviyanın Serbiyadan daha yaxşı və ya pis olacağına inanmaq üçün heç bir əsas yox idi. Əksər hallarda onlar ümumi siyasi axınla gedirdilər və əhəmiyyətli problemlər mənbəyi deyildilər.

Əksəriyyəti müsəlman olan bosniyalılar Belqraddan bəzi güzəştlərdən istifadə edirdilər. Lakin qonşuları, xüsusən də serblər tərəfindən həmişə kəskin şəkildə təzyiqə məruz qalırdılar. Onlar slavyan mənşəli olmasına baxmayaraq, “türklər” kimi tanınırdılar. Albanlar serb-xorvat dilini bilmədiklərinə görə daha pis vəziyyətə düşürdülər. Yuqoslaviyadakı bütün müsəlmanlar geniş şəkildə təqib və ayrı-seçkiliyə məruz qalırdılar. Ölkənin bəzi bölgələrinə şəxsi statusla bağlı İslam hüququnun anklavları kimi mövcud olmasına icazə verildi ki, bu da Yuqoslaviyanın müsəlman əhalisinə güzəşt idi.

Digər etnik azlıqlara italyanlar, rumınlar, almanlar, macarlaryunanlar daxil idilər. Rumınlardan başqa, Yuqoslaviya hökuməti onlara dil, mədəniyyət və ya siyasi muxtariyyətlə bağlı heç bir xüsusi münasibət göstərmirdi. Bu da təəccüblü deyildi. Çünki, onların bütün ölkələrinin Yuqoslaviya ilə ərazi mübahisələri mövcud idi. Bir neçə min yəhudi əsasən böyük şəhərlərdə yaşayırdı. Onlar Yuqoslaviya cəmiyyətinə yaxşı adaptasiya olmuşdular və buna görə də antisemitizmlə bağlı ciddi problem yaşanmırdı.

Demoqrafiya

redaktə
1918-ci ildə Yuqoslaviya krallığının etnik strukturu[14]
Etnik qruplar Əhalinin sayı, min nəfərlə Ümumi say nisbəti faizlə
Serblər 4,665,851 38,83
Xorvatlar 2,856,551 23,77
Slovenlər 1,024,761 8,53
bosniyalı müsəlmanlar 727,650 6,05
Makedoniyalılar 585,558 4,87
Digər slavyanlar 174,466 1,45
Almanlar 513,472 4,27
Macarlar 472,409 3,93
Albanlar 441,740 3,68
Rumınlar 229,398 1,91
Türklər 168,404 1,40
Yəhudilər 64,159 0,53
İtalyanlar 12,825 0,11
Digər xalqlar 80,079 0,67
Всего 12,017,323 100.00

İstinadlar

redaktə
  1. Busch, Birgitta; Kelly-Holmes, Helen. Language, Discourse and Borders in the Yugoslav Successor States. Multilingual Matters. 2004. 26. ISBN 978-1853597329. 26 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2015. the official language of the Kingdom was 'Serbo-Croato-Slovenian'
  2. Mesić, Milan. Perspectives of Multiculturalism: Western and Transitional Countries. Zagreb: FF Press. 2004. səh. 322. a triple-named language, called officially Serbo-Croato-Slovene
  3. Tomasevich, Jozo. War and Revolution in Yugoslavia, 1941–1945: The Chetniks. Stanford University Press. 1975. səh. 93. ISBN 978-0804708579. 27 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2021.
  4. Kamusella, Tomasz. The politics of language and nationalism in modern Central Europe. Palgrave Macmillan. 2009. 228, 297. ISBN 978-0230550704. 18 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2015.
  5. Alexander, Ronelle. Language and Identity: The Fate of Serbo-Croatian // Daskalov, Rumen; Marinov, Tchavdar (redaktorlar ). Entangled Histories of the Balkans: Volume One: National Ideologies and Language Policies. Koninklijke Brill NV. 2013. səh. 371. ISBN 978-9004250765. 15 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2015. Now, however, the official language of the new state, the Kingdom of Serbs, Croats, and Slovenes, bore the unwieldy name Serbo-Croato-Slovene (srbsko-hrvatsko-slovenački or srbsko-hrvatsko-slovenski).
  6. Wojciechowski, Sebastian; Burszta, Wojciech J.; Kamusella, Tomasz. Nationalisms across the globe: an overview of nationalisms in state-endowed and stateless nations. 2. School of Humanities and Journalism. 2006. səh. 79. ISBN 978-8387653460. 11 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2015. Similarly, the 1921 Constitution declared Serbocroatoslovenian as the official and national language of the Kingdom of Serbs, Croats, and Slovenians.
  7. Биро Л. Регионализм и централизм между двумя войнами (на примере Югославии). Взгляд из Венгрии // Славянский мир в третьем тысячелетии. — 2013. — № 8-1. — С. 222.
  8. 1 2 Биро Л. Регионализм и централизм между двумя войнами (на примере Югославии). Взгляд из Венгрии // Славянский мир в третьем тысячелетии. — 2013. — № 8-1. — С. 225.
  9. "Королевство Сербов, Хорватов и Словенцев". 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
  10. "Королевство сербов, хорватов и словенцев". 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
  11. "Королевство Югославия". 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
  12. Banac, Ivo. The National Question in Yugoslavia. Origins, History, Politics (2nd printing). Ithaca, NY: Cornell University Press. 1992. səh. 58. ISBN 978-0801494932. 25 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2020.
  13. Myers, Paul F.; Campbell, Arthur A. The Population of Yugoslavia (ingilis). U.S. Government Printing Office. 1954. səh. 152. ISBN 978-0598678454. 30 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2021.
  14. Banac, Ivo. The National Question in Yugoslavia: Origins, History, Politics. Arxivləşdirilib 2020-08-02 at the Wayback Machine Cornell University Press, 1988. pp. 49-53, 58. ISBN 9780801494932

Ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə