55°23′ şm. e. 43°48′ ş. u.HGYO

Arzamas

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şəhər
Arzamas
Арзамас
Эрзямас
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
55°23′ şm. e. 43°48′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1578
İlk məlumat 1552
Sahəsi
  • 42 ± 1 km²
Mərkəzin hündürlüyü 150 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 103.629 nəf. (2024)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 83147
Poçt indeksi 607220–607233
Digər
арзамас.рф
Xəritəni göstər/gizlə
Arzamas xəritədə
Arzamas
Arzamas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ArzamasRusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir.

Tarixi

Arzamas şəhəri (Rusiya) Şamka çayının Teşi çayına (Oka çayının sol qolu) töküldüyü mənzərəli bir yerdə salınmışdır. Arzamas tarixən mordva tatarlarının məskənidir. Ad yerli mordvalıların tayfa adı olan "arza" və ya "erza" adı ilə bağlıdır. Ryazan yer adı da bu böyük tayfanın adı ilə əlaqədardır.1. Arzamasın ərazisi XV əsrdən Rus dövlətinin (daha doğrusu, hələ Moskva knyazlığının) tərkibinə daxil edildisə də bu ərazilərə rusların geniş ayaq açmaları qalaların tikilib möhkəmləndirilməsilə XVI əsrdə başa çatdı. XVI əsrdən başlayaraq Moskva çarı xüsusi inayət göstərdiyi boyarları istila olunmuş ərazilərdə, o cümlədən Arzamas qəzasında torpaqlarla mükafatlandırırdı.

Məhz Kazan xanlığının istila olunub məhv edildiyi vaxtdan dərhal sonra, bu torpaqlara ruslar köçürüldü və yerli əhalinin xristianlaşdırılmasına başlanıldı. 2.(Qeyd: İvan Qroznı Arzamas qalasını Kazan üzərinə üçüncü yürüşündə ələ keçirmişdi) Arzamas artıq 1578-ci ildən rus şəhəri sayilmaqdadır; şəhəri dağıdılmış mordva-erza qalasının yerində salırdılar, o hələlik Moskva knyazlığının son hüdudunda dayanırdı. Bununla XVI əsrdə Bryansk-Tula-Arzamas xətti Moskva Rus dövlətinin sərhəddini təşkil edirdi. 1743-cü ildə tatarların, mordvalıların, marilərin, çuvaşların zorla xristianlaşdırmaya qarşı üsyanları başlandı. Missioner yepiskop D. Seçenevin tatarları xaçlama zamanı tətbiq etdiyi qəddarlıqlar əhalinin səbir kasasını doldurub daşıran damla oldu. Yerli xalqların gözləri önündə qəbiristanlıqları sökülür, məscidlər dağıdılır, onların inanc yerləri, pirlər və s. müqəddəs tapınma ocaqları murdarlanıb xaraba qoyulur, bununla bərabər müsəlmanların etiraz tədbirlərinə qarşı sərt inzibati tədbirlər görülürdü. Üsyan alovları Nijeqorod, Kazan mahallarını ağzını aldı. 3. Şəhərin gerbində qırmızı üçbucağın iti burnunun yaşıl üçbucaqla toqquşaraq durması qırmızının üstün vəziyyəti (o, gerbin yuxarısında təsvir olunmuşdur) Moskva dövlətinin islam üzərində qələbəsini göstərirdi. İdeya Pyotrun idi. Tədqiqatçıların göstərdiyi kimi Maksim Qorkinin "Qorodok Okurov" povestində təsvir etdiyi tatarçılıq ənənələrinin parlaq təzahürü əks olunan şəhər Arzamas şəhəridir. Arzamas gənc Puşkinin də istifadə etdiyi ləqəb idi; o bu təxəllüsü "Arzamas" rus ədəbiyyatçıları cəmiyyətinin adından götürmüşdü. Yurdumuzda Qazax rayonu ərazisində eradan əvvəl V–IV minilliklərə aid yaşayış yeri olan Arzamas təpəsi vardır. Beləliklə, həqiqətən qədim türklərin tayfa və qəbilələrinin tarixini, onların yaşayış tərzini, miqrasiyasını öyrənməkdə toponimlərin rolu böyükdür, fikrinə şərik olmamaq mümkün deyildir.

Mənbə

Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009, 34–35

İstinadlar