Helikopter gəmisi
Helikopter daşıyıcısı və ya Helikopter gəmisi əməliyyat baxımından vertolyotdan istifadə edən bir təyyarədaşıyıcı növüdür. Helikopter daşıyıcılarında gəminin çox hissəsini əhatə edən və gəminin uzununa uzanmış olan uçuş göyərtəsi mövcud olur. Bu gəmilərə misal olaraq Britaniya Kral Donanmasının HMS Ocean, Sovet Donanmasının Moskva sinfi və ya [1] Çin Hərbi Dəniz Qüvvələrindin Tip 0891A gəmilərini vermək mümkündür. Bu gəmilərdə adətən təyyarələrin saxlanması üçün anqarlar da mövcud olur.
XXI əsrdə sırf helikopter daşımaq üçün nəzərdə tutulmuş olan helikopter daşıyıcılarından danışmaq çətindir. Harrier və F-35 kimi şaquli qalxan və enən STOVL təyyarələrinin yaranması təsnifatı daha da çətinləşdirmişdir. Məsələn, ABŞ Hərbi Dəniz Qüvvələrindəki Wasp sinifli gəmilər altı-səkkiz Harrier və 20-dən çox helikopter daşıya bilər. Müasir dövrdə yalnız təyyarə daşıya bilməyən kiçik helikopter daşıyıcıları və köhnə helikopter daşıyıcıları əsl helikopter daşıyıcıları sayıla bilərlər. Bir çox hallarda, şaquli qalxma və şaquli enmə həyata keçirdə bilən STOVL təyyarələrini daxilində yerləşdirən gəmilər "yüngül təyyarə daşıyıcıları" kimi təsnif edilirlər. Wasp sinfi kimi gəmilər həmçinin dəniz piyadaları kimi qoşun növləri ilə desant əməliyyatlarını həyata keçirmək qabiliyyətinə malikdirlər. Belə gəmilər həm də amfibiya hücum gəmiləri kimi təsnif edilirlər.
Helikopter daşıyıcıları sualtı qayıqlara qarşı nəzərdə tutulmuş olan döyüş gəmiləri və amfibiya hücum gəmiləri kimi istifadə edilə bilərlər.
Britaniya kral donanmasının arsenalında olan 22.000 ton ağırlığındakı HMS Hermes və həmin sinifdəki iki ekvivalenti sırf helikopter gəmisinə çevrilmiş və həmin gəmilər "komando gəmiləri" olmuşdurlar. Hermes daha sonra STOVL daşıyıcısına çevrilmişdir.
İstinadlar
- ↑ "HMS Ocean (LPH01) Helicopter Carrier". Naval Technology. 15 Haziran 2011. 2 Kasım 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Nisan 2014.