54°52′ şm. e. 22°32′ ş. u.HGYO

Kiçik Litva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Etnoqrafik bölgə
Kiçik Litva (Prussiya Litvası)
lit. Mažoji Lietuva (Prūsų Lietuva)
alm. Preußisch Litauen
Bayraq Gerb
Bayraq Gerb

54°52′ şm. e. 22°32′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Tilje (tarixi)
Şilute[1]
Ən böyük şəhəri Klaypeda
Kiçik Litva (Prussiya Litvası) xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Kiçik Litva (lit. Mažoji Lietuva; alm. Kleinlitauen‎; pol. Litwa Mniejsza; rus. Máлая Литвá) və ya Prussiya Litvası (lit. Prūsų Lietuva; alm. Preußisch-Litauen‎, pol. Litwa Pruska) — Litvanın etnoqrafik bölgəsi və Prussiyanın (sonra isə Almaniyanın Şərqi Prussiya vilayətinin) tarixi bölgəsi.

Adı

Kleinlittaw ifadəsinin ən erkən istifadəsi XVI əsrdə Prussiyalı Simon Qrunaunun xronikalarında olub.[2]

Litva əyaləti , Litva rayonları ), Litva dairəsi və ya sadəcə Prussiya Litvası və ya Litva ifadələri 1618-ci ildən bəri Prussiya hüquqi sənədlərində Litvalıların yaşadığı Narduviya və Skaloviya inzibati vahidləri üçün işlənilirdi. 1738-ci ildən bəri Prussiya xəritələrində Klein Litau, Klein Litauen, Preussisch Litthauen, Little Lithuania, Litvania ifadələri işlənilirdi. 1815–1818 illərin inzibati islahatdan sonra Prussiya Litvası və s. ifadələrin işlətməsi xeyli dərəcədə azalıb.[3]

Litva Kiçik Litvanın bir hissəsini zəbt edəndən sonra o hissəyə bir müddət Klaypeda bölgəsi deyilirdi. Amma XX əsrdə və özəlliklə XX əsrin ikinci yarısından bəri onun üçün daha çox Kiçik Litva ifadəsini iştətməyə yenidən başlayıblar.[1]

Əhali

Litvanın ilk qəzeti olan Auşra öncə Rangit (müasir Neman), sonra isə Tilzit şəhərində (müasir Sovetsk) çap olunurdu

Kiçik Litva Litvanın yeganə bölgəsi idi ki, orda əhalin çoxluğu lüteran olmuşdu.[4] Prussiya Litvalıları özünə Lietuvninkai deyirdilər.[5]

XVI—XVIII əsrlərdə Kiçik Litva ədəbi Litva dilinin inkişaf məkanlarından biri idi. Ordakı inkişaf etmiş variant Jemaytiya dilinin (bəzi mənbələrdə ləhcəsinin) Pruss dilinin təsirləri ilə qarışığı idi.[6] Lüteran pastoru Martinas Majvidasın Jemaytiya ləhcəsində (dilində) yazdığı və 1547-ci ildə Köniqsberqdə çap olunmuş Katechizmusa prasty szadei… (azərb. Katexizisin bəsit sözləri‎) kitabı Litva dilində çap olunmuş ilk kitabı sayılır. Bundan başqa Danielius Kleynasın yazdığı və həmçinin burda 1653-cü ildə çap olunmuş Grammatica Litvanica Litva dilinin ilk qrammatika kitabıdır.[7]

İstinadlar

  1. 1 2 "Arxivlənmiş surət". 2020-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.
  2. "Mažosios Lietuvos vardo atkovojimo diena, Laima PUTRIUVIENĖ". 2020-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-26.
  3. A. Matulevičius. Mažoji Lietuva XVIII amžiuje (Lietuvių tautinė padėtis) [Lithuania Minor in the 18th century (the national situation of Lithuanians)]]. Vilnius. 1989.
  4. "NATIONAL COSTUME by Teresė Jurkuvienė". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
  5. Nijolė Strakauskaitė. "Naujame albume – "Šiaurės Atlantidos" reginiai" (litva). March 30, 2007. 2007-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-11-12.
  6. Зинкявичюс, З. Откуда родом литовцы... С. 134.
  7. Литва Малая // Большая Российская энциклопедия: в 30 т. — Москва, 2010. — Т. 17. — С. 628.