Qaradeyin (Ağdaş)
Qaradeyin | |
---|---|
40°31′21″ şm. e. 47°17′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0323 |
Qaradeyin — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradeyin kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Qaradeyin kəndi Eymur kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaradeyin kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]
Tarixi
Kəndin adı tarixi türk tayfalarının adı ilə bağlıdır. Bəzi mənbələrdə bu ad qara dərili, qarabuğdayı insanlar kimi təsvir olunur.
İld dəfə bu adda kənd XIX əsrdə rusçarı tərəfindən qurulur və plana əsasən bir qrup əhali köçürülərək yaşayış məntəqəsi salmaq lazım idi. Buna səbəb kimi buranın təbiətinin əlverişli olması, Kür çayının qoynunda yerləşməsi, torpağının isə çox məhsuldar olmasıdır. Bu kəndə daimə diqqət yüksək olmuşdur.
1913-cü ildə Yelivazetpol quberniyasının tərkibində yaradılan kənd əvvəl Göyçay rayonuna, sonradan qərara əsasən Ağdaş rayon tabeliyinə verildi.
Coğrafiyası və iqlimi
Kənd mürəkkəb relyefə məxsusdur. Belə ki bura Ağdaşın vahəsi demək olar, kəndin ətrafını şoranlıqlar bürüməsinə baxmayaraq kəndin içinə doğru yaşıllıqlar maksimuma çatır. Burada 3 hektar qorunan akasiya bağı, 5 hektara yaxın şam ağacları oylağı yerləşir.
Kənddə ortalama 500 hektara yaxın pambıq sahəsi mövcuddur və buradan yüksək məhsuldarlıq əldə edilir
İqliminə görə qışı mülayim, yayı isə quraq və istidir. Başqa kəndlərdən fərqli olaraq kənddə alluvial çəmən torpaqları vardır. Kür ətrafı Tuqay meşələri qorunur.
Əhalisi
2 300 nəfərdən çox olan əhali etnik cəhətdən azərbaycanlıdır. Kəndin tarixinə nəzər saldıqda burada azərbaycanlılar yaşamadan qabaq bir sıra kiçik dilli toplumlar yaşamışdır. O dillərdə hal hazırda danışan az sayıda toplum qalmışdır. Sayıları azaldıqca danışıq dili də öz qüdrətini itirir. Sonradan Kür çayının buradan keçməsi tez-tez daşqınlar törətməsi ilə bir çox insanlar buranı tərk edir.
Şəhidləri
- Əzizov Vidadi Mövlud oğlu (1964–1992)
- Şavəddinov Möhtəşim Şavəddin oğlu (1972–1993)
- Hüseynov Fəzail Əlizadə oğlu (1975–1994)
- Kərimov Fikrət Rübail oğlu (1970–1994)
- İsmayılov Elman İsmayıl oğlu (1974–1994)
- Abbasov Rasim Xanoğlan oğlu (1965–1994)
- Lətifov İbrahim Həsən oğlu (1972–1994)
- Abbasov Nemət Elçin oğlu (4 avqust 1996; Qaradeyin, Ağdaş rayonu, Azərbaycan – ö. 27 oktyabr 2020; Füzuli, Azərbaycan)
- Məsimov Əkbər Yunis oğlu (5 oktyabr 1994; Qaradeyin, Ağdaş rayonu, Azərbaycan – 27 sentyabr 2020; Murovdağ, Azərbaycan)
Mədəniyyəti
Kənddə mədəniyyət evi, klub fəaliyyət göstərir.
Din
Kənddə məscid mövcuddur.
İstinadlar
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
Həmçinin bax
Ağdaş rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |