Robert Franqeş Mixanoviç
Robert Franqeş Mixanoviç | |
---|---|
Doğum tarixi | 2 oktyabr 1872[1][2][…] |
Vəfat tarixi | 12 yanvar 1940[1][2][…] (68 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | heykəltaraş, müəllim |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Robert Franqeş Mixanoviç (xorv. Robert Frangeş-Mihanoviç; 2 oktyabr 1872[1][2][…] – 12 yanvar 1940[1][2][…], Zaqreb, Xorvatiya banovinası) — xorvat heykəltaraş, müasir Xorvatiya və Yuqoslaviya heykəltaraşlığının banilərindən biri, XIX-XX əsrlərin qovşağında görkəmli mədəniyyət xadimi.
Həyat və yaradıcılığı
Robert Franqeş̠ Mixanoviç Srem yarımadasından idi. O, 1889-cu ildə Zaqreb peşə məktəbini bitirib. Daha sonra təhsilini Vyanada davam etdirib. 1889-1894-cü illərdə Tətbiqi İncəsənət məktəbində, 1894-1895-ci illərdə isə İncəsənət Akademiyasında, heykəltaraş Otto Kyoninq və Karl Kundmanın sinfində təhsil almışdı. Daha sonra bir müddət Zaqreb Tətbiqi İncəsənət Məktəbində dərs demişdir. Franqeş-Mixanoviç rəssamlıq təhsilini 1900-1901-ci illərdə Parisdə başa vurub. Həmin müddətdə O.roden və M.Rosso ilə tanış olur. Vətənə döndükdən sonra heykəltaraş yenidən Zaqreb Tətbiqi İncəsənət məktəbində dərs deyir (1907-ci ilə qədər), daja sonra da Zaqreb İncəsənət Akademiyasında tədris prosesini davam etdirir. Franqeş bir sıra rəssamlıq akademiyalarının üzvü idi (o cümlədən də Yuqoslaviya hüdudlarından kənarda, misal üçün Praqa rəssamlıq akademiyasının üzvü idi). O, 1897-ci ildə Xorvatiya Rəssamlar Cəmiyyətinin, 1904-cü ildə "Lado" folklor cəmiyyətinin və Zaqreb İncəsənət Akademiyasının banilərindən biri idi. Franqeş-Mixanoviçin ən tanınan şagirdi onun yerlisi, Sremli xorvat Coza Turkaldır (Joza Turkalj, 1890—1943).
Qaleriya
-
Zaqrebdə kral Tomislavın şərəfinə abidə
-
Arko
-
Xorvat Baçkisi
-
Ədliyyə
-
Fəlsəfə
Həmçinin bax
İstinadlar
- ↑ 1 2 3 4 Robert Franges-Mihanovic // RKDartists (nid.).
- ↑ 1 2 3 4 Robert Frangeš mihanović // Hrvatski biografski leksikon (xorv.). 1983.
- ↑ https://www.gradskagroblja.hr/trazilica-pokojnika/15.