Saray (Abşeron): Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 78: | Sətir 78: | ||
== Şəhidlər == |
== Şəhidlər == |
||
* [[Rövşən Nəbiyev |Nəbiyev Rövşən İsa oğlu]] - (8 avqust 1973, Saray, Abşeron rayonu – 1994) |
|||
* [[Rauf İbadov|İbadov Rauf Məhərrəm oğlu]] (4 may 1996, Saray, Abşeron rayonu – 23 oktyabr 2020, Laçın dəhlizi, Laçın rayonu) — Vətən müharibəsi şəhidi. |
* [[Rauf İbadov|İbadov Rauf Məhərrəm oğlu]] (4 may 1996, Saray, Abşeron rayonu – 23 oktyabr 2020, Laçın dəhlizi, Laçın rayonu) — Vətən müharibəsi şəhidi. |
||
* [[Azər Salmanov|Azər Vəfadar oğlu Salmanov]] (29 aprel 1991; Saray, Abşeron rayonu, Azərbaycan — 28 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — |
* [[Azər Salmanov|Azər Vəfadar oğlu Salmanov]] (29 aprel 1991; Saray, Abşeron rayonu, Azərbaycan — 28 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — |
10:08, 30 may 2022 tarixinə olan versiya
Saray | |
---|---|
40°31′59″ şm. e. 49°43′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Abşeron rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 42 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 20 400 [1] nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Saray — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində qəsəbə.
Tarixi
Saray qəsəbəsinin tarixi IX əsrlərə aiddir. Belə ki, Saray sözü «Karvan Sara» sözündən yaranmışdır. Hələ bizim eradan əvvəl Böyük İpək yolunun keçdiyi yollardan biri qəsəbəsinin cənub tərəfində köhnə Saray kəndi adlanan ərazidən keçirmiş. Burada Karvan dayanıb istirahət etdikdən sonra yoluna davam edərmiş. Sonrakı iqtisadi inkişafla əlaqədar karvanın başqa nəqliyyat növü ilə əvəz edilməsi ilə karvan gedi-gəlişi kəsilmişdir. Bunun nəticəsində karvan sözü ixtisara düşmüş, Sara sözünə isə «y» səsi artırılaraq Saray adını almışdır.
Digər fərziyyəyə görə Saray kəndinin adı hərfi mənada şah, xan sarayı, öz əzəməti ilə nəzəri cəlb edən bina və yaxud ev kimi tərcümə olunur. "Sar" farsca "yüksəklik" kimi tərcümə olunur.
Bu kənd ilə bağlı daha bir fərziyyə XIII əsrdə Cənubi Qafqaz ərazisində monqollarla birgə yaşamış saray tayfası ilə bağlıdır. Ola bilər ki, o zamanlar həmin tayfanın nümayəndələri indiki Saray kəndinin ərazisində məskunlaşmışdılar.
Sənədlərdə adı ilk dəfə 1774-cü ildən çəkilir.
Əhalisi
Saray qəsəbəsinin ərazisi 3398 hektar, əhalisi 18992 nəfərdir.
Tanınmış şəxslər
- Vəli Axundov – dövlət xadimi, akademik.
- Kamal Axundov - görkəmli azərbaycanlı dövlət xadimi.
- Mikayıl Ələkbərov - Sovet İttifaqı Qəhrəmanı.
- Nəriman Məmmədov - Saray kolxozunun təşkilində, onum inkişafinda, qabaqcıllar səviyyəsinə qalxmasında, muharibə vaxtı arxa cəbhədə aparılan işlərdə və kəndinin köhnə, susuz, yaşayışa yararsəz yerdən yeni, münbit, Sollar və Samur-Dəvəçi kanalinin suyu ilə, təbii qazla tımin olunan yere köçürülməsində N.Məmmədovun xidmətləri əvəzsiz olmuşdur.
Saray qəsəbsində hal-hazırda 3 orta (1, 2, 3 saylı) məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, 1 əlillər və əqli cəhətdən zəiflər üçün internat məktəbi, Qəsəbə İcra Nümayəndəliyi, Bələdiyyə, musiqi məktəbi, müasir tələblərə cavab verən Poçt binası, ATS qovşağı, kitabxana, 3 şadlıq evi, 137 ədəd kiçik sahibkarlıqla məşğul olmaq üçün ticarət obyektləri, 2 ədəd mebel mağazası, 1 bazar, 4 yeməkxana, iaşə xidmət obyektləri, 3 ədəd aptek, Şəhidlər kompleksi, görkəmli akademik Vəli Axundovun barolyefi qoyulmuş park, 4 ədəd dini mərasimləri qeyd etmək üçün məscid, 107 adda küçə, 3600 nömrələnmiş ev (eyni zamanda yaşayış massivləri salınmışdır ki, hələlik həmin ərazilərə küçə adları verilməmişdir) vardır. Qəsəbənin köhnə Saray adlanan hissəsində Cami məscidi, hamam (suyun altında qalıb), türbələr olmuşdur. Məscid hal-hazırda istifadədədir.
Saray qəsəbə əhalisinin məşğuliyyəti əsasən kənd təsərrüfatı məhsulları istehsalıdır.
Din
Qəsəbədə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir[2].
Nəqliyyat
Saray qəsəbəsində bir sıra avtobuslar xidmət eliyir:
522(Tərlan Ş.E,Nazim Market,Təzə Məhəllə,Üzümlük)
Saray qəsəbəsində əsas 2 yol vardır:Xalq içində yeni tikilən yol "Təzə yol" digəri isə köhnə yol olan xalq içində "Köhnə yol" adlandırırıl.
Şəhidlər
- Nəbiyev Rövşən İsa oğlu - (8 avqust 1973, Saray, Abşeron rayonu – 1994)
- İbadov Rauf Məhərrəm oğlu (4 may 1996, Saray, Abşeron rayonu – 23 oktyabr 2020, Laçın dəhlizi, Laçın rayonu) — Vətən müharibəsi şəhidi.
- Azər Vəfadar oğlu Salmanov (29 aprel 1991; Saray, Abşeron rayonu, Azərbaycan — 28 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) —
- İbadov Rauf Məhərrəm oğlu (4 may 1996, Saray, Abşeron rayonu – 23 oktyabr 2020, Laçın dəhlizi, Laçın rayonu) —
- Quliyev Teymur Zamin oğlu (29 oktyabr 2001; Bakı, Azərbaycan — 24 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) —
- Şamil Rəfi oğlu Nəcəfov (4 fevral 1997; Sumqayıt, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan)
- Məmmədov Tərlan Müşfiq oğlu (31 avqust 1996; Sumqayıt, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan)
- Sadıxov Rahid Vahid oğlu ; 13 fevral 2001 - 28 sentyabr 2020)
- Məmmədov İlkin Abdulla oğlu (26 noyabr 1990, Yuxarı Kürdmahmudlu, Füzuli rayonu – 2 noyabr 2020, Şuşa rayonu)