40°04′01″ şm. e. 44°26′16″ ş. u.HGYO

Uluxanlı

Vikipediya, azad ensiklopediya
Capay (müzakirə | töhfələr) tərəfindən edilmiş 08:29, 15 may 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Uluxanlı
40°04′01″ şm. e. 44°26′16″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1953
Sahəsi
  • 5,7 km²
Mərkəzin hündürlüyü 854 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 21.376 nəf. (2001)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0801, 0802
Digər
masiscity.am
Uluxanlı xəritədə
Uluxanlı
Uluxanlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Zəngəzur qəzası, Uluxanlı kəndi

Uluxanlı / MasisQərbi Azərbaycanda, (indiki Ermənistanda) etnik Azərbaycan torpaqlarında, Zəngibasar mahalında qəsəbə.

Hal-hazırda Ermənistanda şəhər, Zəngibasar rayonunun (Masis rayonu) mərkəzi.[1] Şəhər Uluxanlı, NərimanlıZəngibasar kəndlərinin birləşməsiylə yaradılmışdır.

Azərbaycanlıların qədim yaşayış yeri olan Uluxanlı, 1950-ci ildə "Masis" (Ağrı dağının erməni dilindəki adlarından biri) adıyla adlandırılmışdır.

Tarixi

“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590-ci il) kənd Karbi nahiyəsinin Uluxanbəyli qışlağı, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Qırxbulaq nahiyəsinin Uluxanlı kəndi kimi qeydə alınmışdır. Sonrakı mənbələrdə də (1831, 1873, 1886 və s.) kəndin adı Uluxanlı göstərilmişdir.[2]

Rus ordusunun İrəvan şəhərinin ətraf bölgələrini işğal etdiyi zaman həmin ərazilərdən müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi ki, qüvvətli Uluxanlı tayfasından 600 ailə Bəyazidə qaçmışlar.

Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il fərmanı ilə Uluxanlı dəmir yolunun adını dəyişdirilərək Masis adlandırılmışdır.

1983-cü il aprelin 24-də ermənilər genosid gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdu. Yalnız hərbiçilər işə qarışdıqdan sonra azğınlıqlara son qoyulmuşdu. (Xəlilov İ., "Zəngibasar necə dağıldı" məqaləsi, "Vətən səsi" qəzeti, № 39, 10 oktyabr 1991-ci il).

Əhalisi

Burada 1831-ci ildə 1737 nəfər, 1873 - cü ildə 2968 nəfər, 1886-cı ildə 3062 nəfər, 1897-ci ildə 2757, 1908-ci ildə 3171 nəfər, 1914 - cü ildə 3488 nəfər, 1918-ci ildə 3173 nəfər, 1919 - cu ildə 8000 nəfər yalnız azərbaycanlı yaşamışdır[3][4].

1919 - cu ilin sonunda azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 1882 nəfər, 1926-cı ildə 1948 nəfər, 1931-ci ildə 1781 nəfər azərbaycanlı, 5 erməni, 25 kürd yaşamışdır[3].

1948-49 - cu illərdə SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə köçürülən azərbaycanlıların bir hissəsi yenidən geriyə - Uluxanlıya dönmüşdür. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar son nəfərinə kimi Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Həmçinin bax

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. [1]
  3. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931). Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48-49, 128-129
  4. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.216

Xarici keçidlər

Mənbə

  • VAQİF ARZUMANLI, NAZİM MUSTAFA, "TARİXİN QARA SƏHİFƏLƏRİ. Deportasiya. Soyqırım. Qaçqınlıq", AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MİLLİ MÜNASİBƏTLƏR İNSTİTUTU, Bakı, "Qartal, 1998 (ELMİ REDAKTOR : professor TEYMUR ƏHMƏDLİ)

Ədəbiyyat

  1. Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
  2. Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
  3. Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI - начале XIX в., Ленинград, 1949
  4. Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969
  5. Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
  6. Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
  7. Мамедов С.А., Азербайджан по источникам XV - первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
  8. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
  9. Enikolopov İ.K., Qriboedov i Vostok, İrəvan 1954
  10. Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
  11. Kemal Beydilli, 1828-1829. Osmanlı - Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986
  12. Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
  13. Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
  14. Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
  15. Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
  16. "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
  17. Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
  18. Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
  19. Заварян С., Экономические условия Карабаха и голод 1906-1907 г., Перевод с армянского, С.Петербург, 1907
  20. Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
  21. Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
  22. Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
  23. Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci illər, Bakı, 1993
  24. Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
  25. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
  26. Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.