İstifadəçi müzakirəsi:Yousiphh
Vikipediya | Xoş gəldiniz, Yousiphh! |
Tez-tez soruşulan suallar | Salam, Yousiphh. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
Redaktə qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
--Turkmen müzakirə 17:12, 3 may 2019 (UTC)
Redaktə müharibəsi
[mənbəni redaktə et]Salam. Azərbaycan mətbuatı şablonunda xahiş edirəm redaktə müharibəsi aparmayın. — Azerifactory (müzakirə) 21:01, 1 iyun 2022 (UTC)
- Artıq üçüncü dəfə redaktə deyil, düzəliş etdiyim səhifə "Təzə həyat" yox, "Tazə həyat" adlandırılmalıdır. Məqalənin özü də belə adlanır. Vikipediyada hansısa məqalə və şablona redaktə edəcəyimizə heç kim qarışa bilməz. Yanlış hesab etdiyiniz məsələləri müzakirə edə bilərik. Qaydaları bir də oxuyun. Yousiphh (müzakirə) 21:04, 1 iyun 2022 (UTC)
Mayis Əliyev
[mənbəni redaktə et]Hər vaxtınız xeyir. Zəhmət olmasa, "sil" şablonu əlavə etdiyiniz Mayis Əliyev məqaləsini SNS-ə namizəd göstərərdiniz. Fikrimcə, viki-cəmiyyətin rəyinə ehtiyac var. Burocan (müzakirə) 19:32, 23 iyun 2022 (UTC)
İnzibatçı seçkisi
[mənbəni redaktə et]İdarəçi seçkisi | ||
Salam, Yousiphh. Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, dancewithdevil (müzakirə) 16:06, 4 iyul 2022 (UTC) |
İmza
[mənbəni redaktə et]Salam Yusif bəy. Müzakirələrdə və s. yazınızın sonuna dörd ədəd titl işarəsi yazsanız (yəni ~~~~) avtomatik imzanız əlavə olunacaq. Copy-paste etməyə ehtiyac yoxdur. Uğurlar! - Dr.Wiki54 (müzakirə) 19:35, 6 iyul 2022 (UTC)
Səhifə addəyişdiricisi
[mənbəni redaktə et]Salam həmkar. Məncə, siz yetəri qədər təcrübəyə maliksiniz. Səhifələrin adını özünüz də dəyişə bilərsiz. Müvafiq hüquq üçün müraciət etməyiniz yerində olar. Buradan müraciət edə bilərsiniz. Fəaliyyətinizdə uğurlar! Hörmətlə, dancewithdevil (müzakirə) 02:54, 7 iyul 2022 (UTC)
- Salam. Bunu necə edəcəyimi dəqiq bilmirəm. Qeyd etdiyiniz səhifədə yalnız "Arxiv" mövcuddur. Köməyinizə ehtiyacım var. Təşəkkürlər. Yousiphh (müzakirə) 18:04, 9 sentyabr 2022 (UTC)
- Salam. Aşağıdakı təlimatı izləyin:
- Müraciət necə edilir
- Dancewithdevil (müzakirə) 16:02, 24 oktyabr 2022 (UTC)
İstək
[mənbəni redaktə et]Salam Yusif bəy. Vaxtınız olsa, Ermənistan-Azərbaycan sülh danışıqları (1906) adlı məqaləni yaradardınız siz də mənbə və məlumat daha çox olar. Hazır şəkil və birazca mətn var: "Cahangir xan 1906-cı ildə Tiflisdə keçirilən qurultayda iştirak etmişdi. Qurultay 1906-cı il fevralın 20-də Tiflisdə canişin sarayının böyük zalında açıldı. Qurultayın tərkibi çox mötəbər idi. Qurultayda canişin Şurasının bütün üzvləri, qubernatorlar, azərbaycanlıların və ermənilərin nümayəndələri, ruhanilər iştirak edirdilər. Nümayəndəliklərin coğrafiyası geniş idi. Sosial tərkibinə görə isə qurultay yekcins idi - orada yalnız sosial cəhətdən yuxarı təbəqələr təmsil olunmuşdular. Azərbaycan tərəfi belə təmsil edilmişdi: Tiflisdən - andlı müvəkkil Məmməd bəy Şahmalıyev, Hüseyn bəy Yadigarov, Şərif Mirzəyev, qazı Mövlazadə; İrəvandan - Ağa xan İrəvanski, Abasqulu bəy Hacıbəyov; Naxçıvandan - Eynəli bəy Sultanov, Məhəmməd ağa Şahtaxtinski; Yelizavetpol qəzasından - Ələkbər bəy Xasməmmədov, Adil xan Ziyadxanov; Zəngəzurdan - Cəlil bəy Sultanov; Şuşa qəzasından - Cahangir xan Nuribəyov, Qala bəy İsabəyov, İsmayıl Quliyev; Nuxa qəzasından - Hacı Cəlil; Qazax qəzasından - İbrahim ağa Vəkilov; Ərəş qəzasından - Sultan bəy Sultanov; Axalkələk qəzasından - Məmməd ağa Pələvəndov; Borçalı qəzasından Rahim bəy Axundov, Əbdürrəhman Haqverdi oğlu; Bakıdan - Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyov, Kərbəlayı İsrafil Hacıyev. "Tiflisski listok", "Qafqaz", "Novoye obozreniye", "Mşak", "Araç", "Kaspi", "İrşad", qəzetlərinin nümayəndələri də qurultayda iştirak edirdilər." Mənbə: "Каспий" qəzeti, 23 fevral 1906-cı il. - Dr.Wiki54 (müzakirə) 12:43, 8 avqust 2022 (UTC)
- Hal-hazırda bu mövzu üzrə Fərhad Carabbarovun kitabını oxuyuram. İstəyinizi məmnuniyyətlə qəbul edirəm. Yaxın gündə qaralama şəklində ilk variantını yayımlayacam. Təşəkkürlər. Yousiphh (müzakirə) 14:33, 8 avqust 2022 (UTC)
- Mən təşəkkür edirəm. İndidən uğurlar :) - Dr.Wiki54 (müzakirə) 14:40, 8 avqust 2022 (UTC)
Sual
[mənbəni redaktə et]Salam Yusif bəy. Necəsiniz? Bir sualım var. Bəzi mənbələrdə Müseyib bəy Əxicanov və Rəşid bəy Axundzadə Bakı şəhər rəisi kimi verilir. Amma rəsmi sənədlərdə qubernator olublar. 1917-ci ilə qədər şəhər rəisi ifadəsi Bakı Şəhər İdarəsinin rəisinə deyilirdi. Ya da nadir hallarda Bakı Şəhər Dumasının sədrinə. Amma AXC dönəmində Bakı Şəhər Rəisliyi də yaradıldı. Amma mən belə başa düşürəm ki, bu qurum polis idarəsi kimi olub. Sıralama ilə Məhəmməd Fəthi bəy, Müseyib bəy Əxicanov, Rəşid bəy Axundzadə, Əmir bəy Nərimanbəyov Bakının qubernatoru olublar yoxsa şəhər rəisləri? Bunu dəqiqləşdirə bilərsiniz mi? - Dr.Wiki54 (müzakirə) 17:19, 20 avqust 2022 (UTC)
- Salam. Sözü düzü bu mövzuda tamamilə bilgisizəm. Tövsiyə edə biləcəyim tək əlçatan mənbə budu: Адрес-Календарь Азербайджанской республики за 1920-й г. (Баку: Првительственная типография «Азербайджан», 1920). Yousiphh (müzakirə) 10:26, 21 avqust 2022 (UTC)
- Təssüf :( təşəkkürlər yenə də - Dr.Wiki54 (müzakirə) 11:04, 21 avqust 2022 (UTC)
Dəvət
[mənbəni redaktə et]Salam. Sizi buradakı səsverməyə dəvət edirəm.— Abutalub (müzakirə) 06:01, 22 oktyabr 2022 (UTC)
Sizin üçün bir ulduz!
[mənbəni redaktə et]Yazıçı ulduzu | |
Son dövrlərdə tarixi mövzularda verdiyiniz töhfələrə görə sizə "Yazıçı" ulduzunu verməyi borc bilirəm. Fəaliyyətinizdə uğurlar! — Toghrul R (m) 06:10, 13 yanvar 2023 (UTC) |
Redaktə müharibəsi və Kənd Meydanı
[mənbəni redaktə et]salam, Martin Hartman məqaləsində istifadəçi Solavirum -un izahını deyəsən yanlış anlamısınız. şəxs bildirib ki, bunu kənd meydanında müzakirə edin, çünki on ildən çoxdur tətbiq olunan bir şeyə qarşı çıxırsınız. siz isə bildirmisiniz ki, Mədəniyyətsiz üslubunuza cavab verməyəxəm. Gedib bütün "alman" sifətlərini "Almaniya" ilə əvəzləyə bilərsiniz, amma tutarlı səbəb gətirmədən redaktəniz yanlış olaraq qalacaq. burada mədəniyyətsiz üslub dedikdə nəyi nəzərdə tutursunuz? istifadəçi axı izahlar ilə redaktəninizi geri qaytarıb. burada istifadəçinin kənd meydanında sözünü yəqin ki, yanlış anlamısınız. çünki başqa izah tapa bilmədim. burada istifadəçinin nəzərdə tutduğu yer buradır: Kənd Meydanı. bura vikipediyanın istifadəçilərinin toplaşdığı xəbərləşmə, problem həlli və s. mövzulu müzakirə yeridir (forum deyil). burada müzakirə açıb həmin müzakirənin qərarına əsasən redaktələrinizə davam etsəniz çox yaxşı olar. uğurlar. Atakhanli (müzakirə) 07:34, 21 fevral 2023 (UTC)
Silinməyə namizəd məqalə şablonu
[mənbəni redaktə et]salam həmkar. bu məqalə qabağıma çıxdı, hansı ki, Siz 27 dekabr 2022 tarixində məqaləyə silinməyə namizəd şablonu yerləşdirmisiniz, amma məqaləni SNS-yə təqdim etməmisiniz. mən şablonu götürmədim. əgər hələ də eyni fikirdəsinizsə məqaləni SNS-yə təqdim edə bilərsiniz və ya məqalədəki şablonu silək. uğurlar. Atakhanli (müzakirə) 11:34, 1 may 2023 (UTC)
- Əlavə etdim. Təşəkkürlər. Yousiphh (müzakirə) 14:23, 1 may 2023 (UTC)
Dəvət
[mənbəni redaktə et]İnzibatçı seçkisi | ||
Salam, Yousiphh. Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. — Wealszy (müzakirə) 17:06, 9 may 2023 (UTC) |
İcazəsiz şəkil istifadə etmə
[mənbəni redaktə et]Salam. Əliheydər Qarayev və Həbib Cəbiyevin birlikdə olan fotosunu məndən icazəsiz, profilimdən götürüb vikiyə yerləşdirmisiz. Üstəlik heç bir istinad filan etmədən 188.253.239.17 23:41, 9 iyun 2023 (UTC)
- Sizin profilinizdən götürməmişəm. Kino-Foto Sənədləri Arxivindən götürmüşəm. Yousiphh (müzakirə) 09:29, 10 iyun 2023 (UTC)
- Mənim profilimdən götürmədiyinizi necə sübut edə bilərsiz? Mən bu təsviri 30 dekabr 2022-ci il tarixində facebook profilimdə paylaşmışam, siz isə 11 mart 2023-cü il tarixində vikimediaya yükləmisiz. Mən paylaşana qədər niyə həmin arxivdən götürə bilmirdiz? Və ya həmin arxivdə başqa da şəkillər var, niyə onları yox, məhz həmin əldə etdiyim fotoları yükləmisiz? Ürfan1917 (müzakirə) 17:41, 12 iyun 2023 (UTC)
- @Yousiphh, niyə görə wikimedia commonsda mənimlə bağlı edilən qeydləri silirsiz? Bu qədər mübahisəyə səbəb olan məsələ ilə bağlı sizdən bir açıqlama tələb edirəm. Əgər həqiqətən dediyiniz kimi, bu fotoşəkli arxivdən özünüz əldə etmisizsə, bununla bağlı sənədləri adminlərə və mənə təqdim edə bilərsiz? Mən @Gadir adlı adminə göndərmişəm. Ürfan1917 (müzakirə) 11:03, 13 iyun 2023 (UTC)
- @Yousiphh, cavab vermək yerinə redaktəni niyə silirsiz? Gadir (müzakirə) 16:47, 13 iyun 2023 (UTC)
- @Yousiphh, niyə görə mən və digər vikipediya istifadəçilərinin ittihamlarına cavab vermək əvəzinə, dəvəquşu kimi başınızı quma batırıb, wikimediada mənim hüquqlarımın qorunmasına mane olursuz? Bu, necə müstəsna həyasızlıq nümunəsidir? Sizdən artıq bir şey istəmirəm ki, fotonu əgər həqiqətən özünüz arxivdən gedib əldə etmisizsə, bununla bağlı sənədləri təqdim edin, mən də məsələni bağlayım. Əksi təqdirdə isə, siz sildikcə mən öz adımı yazmağa davam edəcəm. İndi mən Azərbaycanın digər tarixi şəxsiyyətlərilə bağlı da ailə arxivindən tapdığım fotoları dərc edəcəm, gedib onları da oğurlayın. Ürfan1917 (müzakirə) 02:36, 22 iyun 2023 (UTC)
- @Yousiphh mən öz iddialarıma cavab alana qədər siz sildikcə yazmağa davam edəcəm. Boş yerə özünüzü yormayın, məncə Ürfan1917 (müzakirə) 02:46, 22 iyun 2023 (UTC)
- Commons-dakı müzakirəni çox maraqla izləyirəm, ordakı istifadəçilər də sizə deyirlər ki, həmin şəkillər ictimai mülkiyyətdədir, sizə məxsus deyil, elə AzVikidə bizim sizə dediyimiz kimi. Siz isə elə hey deyirsiz ki, yox, müəlliflik hüququ pozulub. Sizin orda apardığınız redaktə müharibəsi boşunadır, necə ki, siz burda redaktə müharibəsinə görə bloklanmışdız, ordakı adminlər də redaktə müharibəsi ilə məşğul olduğunuzu görüb ikinizi də bloklayacaqlar. Hətta biri xəbərdarlıq edib bu barədə. Şiroi Akuma 10:54, 26 iyun 2023 (UTC)
- Bəli, müəlliflik hüquqları istifadəçiyə aid deyil, amma adının qalmasında problem görmürəm. Solavirum həll yolu kimi bunu etmişdi. Maraqlı və qəribədir ki, Yousiphh niyə bu barədə heç bir açıqlama vermir, amma Commonsda şikayət açır. Gadir (müzakirə) 11:02, 26 iyun 2023 (UTC)
- @ŞiroiAkuma düz deyirsiz, məndə bundan da daha dəyərli fotoşəkillər var,amma bunda sonra heç birini paylaşmayacam, görüm onda ictimai mülkiyyət söhbətləri edə biləcəksiz. 🙂 həmin istifadəçinin yüklədiyi fotolardan bir çoxu müəlliflik hüquqları ucbatından silinib onsuz da, burdan da kimin nə olduğu bilinir Ürfan1917 (müzakirə) 11:17, 26 iyun 2023 (UTC)
- @ŞiroiAkuma məsələn, ailə arxivindən Əliheydər Qarayevin 1923-cü il Tiflisdə Azərbaycan və Gürcüstan dövlət nümayəndələrilə çəkdirdiyi kollektiv fotonu tapmışam, özü də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi binada. Bu fotonu ictimaləşdirmək arzusunda idim, amma sizlərin bu cür yanaşma və münasibətini gördükdən sonra vaz keçdim. Dərin maraq və intizarla gözləyirəm ki, görəsən, mən həmin fotonu paylaşmasam yenə də onu əldə edib bura yükləyə biləcəklər?! Bu məsələ barədə artıq bir şey yazmaq istəmirəm, haqsız olduğumu qəbul etdiyim üçün yox, mənasız yerə vaxt və əsəb itkisinə səbəb olduğu üçün. Onsuz da özü-özlüyümdə “həll yolu”mu müəyyənləşdirmişəm. Ürfan1917 (müzakirə) 11:32, 26 iyun 2023 (UTC)
- Ancaq mənim yanaşmam? Commonsdakılar bəs niyə eyni şeyləri deyirlər? Şiroi Akuma 11:50, 26 iyun 2023 (UTC)
- @ŞiroiAkuma “sizlərin yanaşması” deyəndə fərd olaraq tək sizi yox, sizin kimi düşünən digər icma üzvlərini nəzərdə tutmuşdum. Sizin kimi onların yanaşmaları da mexaniki və kağız üstündə olan qaydalara əsaslanır, real vəziyyəti əks etdirmir. Elə bil ki, kimsə gedib arxeoloji qazıntılar apararaq, qədim dövrlərə aid eksponatlar tapır, siz deyirsiz ki, nə olsun ki, sən tapmısan bunların üzərindən milyon illər keçib, bu əmək alətlərini başqa şəxslər tapıblar, ona görə də biz onlardan ürəyimiz istəyən kimi istifadə edə bilərik, sənin adınını hardasa qeyd olunmasına imkan verməyəcəyik. Halbuki, commonsun həm yerli, həm də xarici seqmentində yüzlərlə 70 ili aşmış fotoşəkil göstərə bilərəm ki, orda ilkin mənbə yox, fotonun götürüldüyü internet ünvanı mənbə şəklində göstərilib. Nəysə, müəlliflik hüquqlarını keçdim, həmin şəxsin ora yüklədiyi məlumat inventarı səhvdir, heç olmasa onu düzəldin. Ürfan1917 (müzakirə) 11:59, 26 iyun 2023 (UTC)
- Commons-dakı adminin sizə yazdığı cavaba baxın: "Also, since the file is in the public domain, you don't have a copyright claim to it". Mən ona tapşırmışam ki, bunu yazsın? Şiroi Akuma 12:01, 26 iyun 2023 (UTC)
- @ŞiroiAkuma nə deyirəm ki, bu məndə olan fotolardan sadəcə 2-si idi, az öncə bəhs etdiyim fotoşəkil bundan da dəfələrlə dəyərli eksponat idi, amma heç yerdə paylaşmayacam artıq, onda heç kim mənlə “ictimai mülkiyyət” söhbətləri edə bilməyəcək avtomatik olaraq. 🙂 O ki, qaldı məlumat inventarındakı səhvliyə. Məndə həmin fotoların orijinal nüsxələrinin məlumat vərəqləri mövcuddur. Burda fotoların arxivə yüklənmə tarixi 12 may 1960-cı il olaraq, göstərilib, @Yousiphh isı ora yüklədiyi fotolarda 1943-cü il yazıb. Haqlı olaraq, soruşuram, əgər bu şəxs həmin fotoların əsli ilə işləyibsə, 1943-cü il tarixi hardan çıxıb? Çünki mən etdiyim paylaşımda fotoların Kino-Foto Sənədləri Arxivində olduğunu yazsam da, onların yerləşdirmə tarixini qeyd etməmişdim, o da bunu bilmədiyinə görə həmin hissəni boş qoymamaq üçün ağzına gələn bir ili yazıb. Müəllif hüquqlarını keçdim, ən azından yazdığı yanlış məlumatı düzəldin. Ürfan1917 (müzakirə) 12:06, 26 iyun 2023 (UTC)
- @ŞiroiAkuma, mexaniki səhvlik olub, “başqa şəxslər tapıblar” yox, “başqa şəxslər hazırlayıblar” Ürfan1917 (müzakirə) 12:01, 26 iyun 2023 (UTC)
- Commons-dakı adminin sizə yazdığı cavaba baxın: "Also, since the file is in the public domain, you don't have a copyright claim to it". Mən ona tapşırmışam ki, bunu yazsın? Şiroi Akuma 12:01, 26 iyun 2023 (UTC)
- @ŞiroiAkuma “sizlərin yanaşması” deyəndə fərd olaraq tək sizi yox, sizin kimi düşünən digər icma üzvlərini nəzərdə tutmuşdum. Sizin kimi onların yanaşmaları da mexaniki və kağız üstündə olan qaydalara əsaslanır, real vəziyyəti əks etdirmir. Elə bil ki, kimsə gedib arxeoloji qazıntılar apararaq, qədim dövrlərə aid eksponatlar tapır, siz deyirsiz ki, nə olsun ki, sən tapmısan bunların üzərindən milyon illər keçib, bu əmək alətlərini başqa şəxslər tapıblar, ona görə də biz onlardan ürəyimiz istəyən kimi istifadə edə bilərik, sənin adınını hardasa qeyd olunmasına imkan verməyəcəyik. Halbuki, commonsun həm yerli, həm də xarici seqmentində yüzlərlə 70 ili aşmış fotoşəkil göstərə bilərəm ki, orda ilkin mənbə yox, fotonun götürüldüyü internet ünvanı mənbə şəklində göstərilib. Nəysə, müəlliflik hüquqlarını keçdim, həmin şəxsin ora yüklədiyi məlumat inventarı səhvdir, heç olmasa onu düzəldin. Ürfan1917 (müzakirə) 11:59, 26 iyun 2023 (UTC)
- Ancaq mənim yanaşmam? Commonsdakılar bəs niyə eyni şeyləri deyirlər? Şiroi Akuma 11:50, 26 iyun 2023 (UTC)
- @ŞiroiAkuma məsələn, ailə arxivindən Əliheydər Qarayevin 1923-cü il Tiflisdə Azərbaycan və Gürcüstan dövlət nümayəndələrilə çəkdirdiyi kollektiv fotonu tapmışam, özü də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi binada. Bu fotonu ictimaləşdirmək arzusunda idim, amma sizlərin bu cür yanaşma və münasibətini gördükdən sonra vaz keçdim. Dərin maraq və intizarla gözləyirəm ki, görəsən, mən həmin fotonu paylaşmasam yenə də onu əldə edib bura yükləyə biləcəklər?! Bu məsələ barədə artıq bir şey yazmaq istəmirəm, haqsız olduğumu qəbul etdiyim üçün yox, mənasız yerə vaxt və əsəb itkisinə səbəb olduğu üçün. Onsuz da özü-özlüyümdə “həll yolu”mu müəyyənləşdirmişəm. Ürfan1917 (müzakirə) 11:32, 26 iyun 2023 (UTC)
- Commons-dakı müzakirəni çox maraqla izləyirəm, ordakı istifadəçilər də sizə deyirlər ki, həmin şəkillər ictimai mülkiyyətdədir, sizə məxsus deyil, elə AzVikidə bizim sizə dediyimiz kimi. Siz isə elə hey deyirsiz ki, yox, müəlliflik hüququ pozulub. Sizin orda apardığınız redaktə müharibəsi boşunadır, necə ki, siz burda redaktə müharibəsinə görə bloklanmışdız, ordakı adminlər də redaktə müharibəsi ilə məşğul olduğunuzu görüb ikinizi də bloklayacaqlar. Hətta biri xəbərdarlıq edib bu barədə. Şiroi Akuma 10:54, 26 iyun 2023 (UTC)
- @Yousiphh mən öz iddialarıma cavab alana qədər siz sildikcə yazmağa davam edəcəm. Boş yerə özünüzü yormayın, məncə Ürfan1917 (müzakirə) 02:46, 22 iyun 2023 (UTC)
- @Yousiphh, niyə görə mən və digər vikipediya istifadəçilərinin ittihamlarına cavab vermək əvəzinə, dəvəquşu kimi başınızı quma batırıb, wikimediada mənim hüquqlarımın qorunmasına mane olursuz? Bu, necə müstəsna həyasızlıq nümunəsidir? Sizdən artıq bir şey istəmirəm ki, fotonu əgər həqiqətən özünüz arxivdən gedib əldə etmisizsə, bununla bağlı sənədləri təqdim edin, mən də məsələni bağlayım. Əksi təqdirdə isə, siz sildikcə mən öz adımı yazmağa davam edəcəm. İndi mən Azərbaycanın digər tarixi şəxsiyyətlərilə bağlı da ailə arxivindən tapdığım fotoları dərc edəcəm, gedib onları da oğurlayın. Ürfan1917 (müzakirə) 02:36, 22 iyun 2023 (UTC)
- Mənim profilimdən götürmədiyinizi necə sübut edə bilərsiz? Mən bu təsviri 30 dekabr 2022-ci il tarixində facebook profilimdə paylaşmışam, siz isə 11 mart 2023-cü il tarixində vikimediaya yükləmisiz. Mən paylaşana qədər niyə həmin arxivdən götürə bilmirdiz? Və ya həmin arxivdə başqa da şəkillər var, niyə onları yox, məhz həmin əldə etdiyim fotoları yükləmisiz? Ürfan1917 (müzakirə) 17:41, 12 iyun 2023 (UTC)
İmza istifadəsi
[mənbəni redaktə et]Salam. İndi təsadüfən gördüm ki. burada mənim imzamı kopyalayıb düzəliş edərək yazılarınızda istifadə etmisiniz. Yazılarınızın sonuna ~~~~ (4 tilda) əlavə etməyiniz kifayətdir, imzanız özü avtomatik əlavə ediləcək, digər imzalardan copy-paste etməyinizə gərək yoxdur. Hörmətlə, Gadir (müzakirə) 07:50, 8 avqust 2023 (UTC)
- Nə Addəyişdiricələr müraciət, nə də Silinməyə namizəd göstərə bilmirəm. Məqalənin adını və səbəbini yazıram, amma qeydə almır. Mən də "mənbəni redaktə" edərək əlavə edirəm. Bildirdiyiniz üçün təşəkkürlər. Yousiphh (müzakirə) 07:52, 8 avqust 2023 (UTC)
- Ekran görüntüsü ata bilərsiz? Gadir (müzakirə) 07:55, 8 avqust 2023 (UTC)
Salam. Sizi Azərbaycan–monqol mədəni əlaqələri məqaləsinin qiymətləndirilməsində səs verməyə dəvət edirəm.-- Abutalub (müzakirə) 06:28, 25 oktyabr 2023 (UTC)
SNS
[mənbəni redaktə et]Salam. Məqalələrə SNS şablonu əlavə edib, amma müzakirəyə çıxarmadığınız dövrlər olub.
hamsına baxmadım, qalanlarına da nəzər yetirin. "Şablon:Silinməyə namizəd" səhifəsinə keçid verən səhifələr
— Bikar müzakirə 14:41, 16 dekabr 2023 (UTC)
Sizin üçün bir ulduz!
[mənbəni redaktə et]Orijinal ulduz | |
Uzun müddət Azərbaycanca Vikipediyaya faydalı töhfələr verdiyinizə görə təltif olunursunuz. Fəaliyyətlərinizdə uğurlar! Hörmətlə, Gadirmüzakirə 10:53, 17 aprel 2024 (UTC) |
VP:ADM
[mənbəni redaktə et]Salam. Bu səhifəyə müraciət edərkən yazılarınızın sonuna əllə imza əlavə etməyinizə ehtiyac yoxdur, imza özü sistem tərəfindən avtomatik qoyulur. Hörmətlə, Gadirmüzakirə 18:59, 28 aprel 2024 (UTC)
Şəkilli Qafqaz
[mənbəni redaktə et]Salam bəy. "Şəkilli Qafqaz" jurnalı barədə məlumatınız yoxdur? Məqaləsini yaratmaq istəyirəm. Belə bir kitab var ancaq onu da almaq üçün Gürcüstanda olmalısan deyəsən. Gürcüstan arxivində nüsxələri mövcuddur. Nemoralis (müzakirə) 12:49, 1 may 2024 (UTC)
- Salam. Bu haqda sadəcə Gürcüstan ensiklopediyasının saytından oxumuşam: https://georgianencyclopedia.ge/ka/form/29361 Başqa bir məlumatım yoxdur. Yousiphh (müzakirə) 13:00, 1 may 2024 (UTC)
- Le Caucase Illustre məqaləsini yaratdım. Nemoralis (müzakirə) 13:13, 14 may 2024 (UTC)
Yeni istifadəçi qruplarına əlavə olundunuz
[mənbəni redaktə et]Salam. VP:ADM-dəki problemsiz müraciətləriniz və təcrübəniz nəzərə alınaraq, sizə səhifə addəyişdiricisi və fayl addəyişdiricisi hüquqları verildi. Lütfən bundan sonra addəyişmələrdə daha da diqqətli olun. Fəaliyyətinizdə uğurlar. Hörmətlə, Gadirmüzakirə 21:22, 18 may 2024 (UTC)
İsmayıl Həqqi
[mənbəni redaktə et]Salam. Bu məqalədən "səhv salma" şablonunu niyə silmisiniz? Hörmətlə, Gadirmüzakirə 05:20, 10 iyun 2024 (UTC)
Adlar
[mənbəni redaktə et]Salam. Cənubi Qafqaz seçki dairəsi məqaləsində istufadə olunan şəkildə 10 və 13-cü sıradakı şəxslərin adını oxuya bilmirəm. Əgər siz ərəb qrafikası ilə oxuya bilirsinizsə, adları qeyd edə bilərsiniz mi? - Dr.Wiki54 (müzakirə) 18:16, 30 iyun 2024 (UTC)
- Salam.
- 10) Aslan Qardaşov
- ...
- 13) Qədir bəy Şirvaşidze ru.wiki
- Buyurun. Yousiphh (müzakirə) 19:55, 30 iyun 2024 (UTC)
- Təşəkkürlər. Dr.Wiki54 (müzakirə) 20:23, 30 iyun 2024 (UTC)
SNS-də son namizəd göstərdiyiniz məqalələr
[mənbəni redaktə et]Salam. Zəhmət olmasa SNS-də eyni səbəblə son namizəd göstərdiyiniz eyni növ məqalələri tək başlıq altında toplayın və gələcəkdə bunu nəzərə alın. Hörmətlə, Gadirmüzakirə 12:23, 13 iyul 2024 (UTC)
- Salam, həmkar. Eyni növdən namizədlikləri birləşdirib vahid başlıqda təqdim etsəniz xoş olar, vaxta da qənaət etmiş olarıq. Hörmətlə, Gadirmüzakirə 18:01, 16 iyul 2024 (UTC)
- Kitablar haqqında haqlısınız, yeni bir siyahı hazırlayıram. Dediyiniz kimi edəcəm. Yousiphh (müzakirə) 18:02, 16 iyul 2024 (UTC)
Salam. Sizi "Azərbaycan mifologiyası" məqaləsinin qiymətləndirilməsində səs verməyə dəvət edirəm.--Abutalub (müzakirə) 10:53, 15 avqust 2024 (UTC)
Sizin üçün bir ulduz!
[mənbəni redaktə et]Çalışqanlıq ulduzu | |
SNS-də q/e məqalələrin təftişi ilə bağlı apardığınız fəaliyyətə görə sizə "Çalışqanlıq ulduzu"nu təqdim edirəm. Bundan sonra da q/e məqalələrin silinməsində fəal rol alacağınıza inanıram. Uğurlar! Grenzsoldat 10:32, 28 sentyabr 2024 (UTC) |
Blok
[mənbəni redaktə et]VP:SNS səhifəsində açıq şəkildə ensiklopedik olan mövzuları müzakirəyə çıxararaq destruktiv fəaliyyət apardığınıza görə 1 həftəlik blok edirəm. Növbəti halda daha da uzadıla bilər. "Florens Naytingel" laureatı, Qacar naziri, orta əsr alimi və s. bu kimi məqalələri SNS etməklə Vikipediyanın ümumi işini pozursunuz. --► Hörmətlə: SolaVirum 14:31, 1 oktyabr 2024 (UTC)
- Birbaşa bloka ehtiyac yox idi. İstifadəçiyə ilk öncə bu etdiyinin yanlış olduğu deyilməlidir. Blok cəza deyil. Nemoralis (müzakirə) 11:39, 2 oktyabr 2024 (UTC)
- Razıyam, amma istifadəçi də ona edilən xəbərdarlıqlara etinasız yanaşır bəzən. Misal, SNS etdiyi səhifələrə müvafiq şablonu yerləşdirməməsi ilə bağlı (digərləri yuxarıda qeyd olunub). Ümid edirəm ki, artıq bundan sonra fəaliyyətində bu xüsuslara diqqətlə yanaşacaq. Hörmətlə, Qədir (müzakirə) 12:09, 2 oktyabr 2024 (UTC)
- @Toghrul R, @Nemoralis, @Gadir,
- Xəbərdarlıq edilmədən bloklanmamı cəza olaraq qiymətləndirirəm və heç cürə razılaşmıram. @Solavirum şikayət etmək istəyirəm. Yousiphh (müzakirə) 10:55, 3 oktyabr 2024 (UTC)
- Salam. @Solavirum hesab edirəm ki, bloka səbəb yoxdur. Konkret səhifələri də qeyd etməmisiniz. Elə bir hal varsa belə, zəhmət olmasa, onu ən azından adi bildirişlə əvəz edin — Toghrul R (m) 07:19, 4 oktyabr 2024 (UTC)
- Blokla mən də razı deyiləm. Xəbərdarlıq olmadan özü də. Məqalələr SNS etmək blok səbəbi deyil. Şiroi Akuma 08:11, 4 oktyabr 2024 (UTC)
- Toghrul R, Gültəkin Qafarova, Əbu Yə’la Muhəmməd əl-Azərbaycani, Hüseynpaşa xan Zərğami, Seyid Məhəmməd Musəvi Ərdəbili, Hədəf liseyi, Mədrəseyi-ruhaniyyə, 1905–1906-cı illərdə Azərbaycan mətbuatı və s. məqalələr. SNS edilən müzakirələrdə min dəfə qeyd etmişəm ki, düzgün deyil bu namizədliklər.
- White Demon, onda mən də hər gün gedim ensiklopedik məqalələri SNS edim? Necə yəni SNS etmək blok səbəbi deyil? Sabah gedirəm Maykl Cekson və Əbülfəz Elçibəy məqalələrini SNS etməyə onda --► Hörmətlə: SolaVirum 08:54, 4 oktyabr 2024 (UTC)
- Bloku cəza xarakterli etmişəm mən? Nəyi qoyub nəyi danışırsınız. Blokun məqsədi istifadəçinin özbaşınalığı dayandırması, ensiklopedik məqalələrə edilən kütləvi SNS-lara son qoymasıdır. Söz deyəndə başa düşmür, hələ görünür indi də başa düşmür və üstə çıxmağa çalışır. --► Hörmətlə: SolaVirum 08:58, 4 oktyabr 2024 (UTC)
- Bu məqalələrin hamısı qaralama, tək mənbəlli, ikinci dərəcəli etibarlı mənbəsi olmayan məqalələrdir (istisna: 1905–1906-cı illərdə Azərbaycan mətbuatı). SNS müzakirə yeridir. Müzakirə edək, razılaşaq - qalsın və ya silinsin. 1905–1906-cı illərdə Azərbaycan mətbuatı məqaləsi isə problemlidir: 1907, 1908, 1909 və sonrakı illərdə çap edilmiş qəzet və jurnalların bu başlıqla nə əlaqəsi? Məqalədə yazılıb: "Həftədə bir dəfə şəkilli çıxırdı. Birinci nömrəsi 1906-cı il 13 martda çıxmışdır. Naşiri Əbdülxalıq Axundov idi. Birinci ilin ikinci yarısında məcmuəyə Əzim Əzimzadə müdirlik etmişdir. 1907-ci ildə Əzimzadəni knyaz Murtuz Palavandov əvəz etmişdir. 1967-ci il iyun ayının 25-dən məcmuənin baş mühərriri Əliabbas Müznib olmuşdur." Belə səhv olar? 1 il çıxmış jurnal 61 il çıxdığı yazılır. Hələ çox səhvlər var həmin məqalədə.
- Sonda isə, @Solavirum qisas alarcasına məni blok etmisiniz. Şikayətimdə tam haqlıyam. Yousiphh (müzakirə) 09:00, 4 oktyabr 2024 (UTC)
- Amma onu deyim ki, təqdim etdiyiniz məqalələr arasında xeyli ensiklopedik hesab oluna biləcək məqalələr çoxdu. Bu yaxşı hal deyil, onu deyim. Ümumiyyətlə, SNS-ə elə məqalələr təqdim olunmalıdır ki, qeyri-ensiklopedikliyi üçün tutarlı səbəb olsun, "nəsə ensiklopediyə oxşamır" deyib dərhal SNS etmək yaxşı hal deyil. Ümumiyyətlə, sırf SNS bölməsinə belə köklənmək də yaxşı fəaliyyət növü deyil. Vikipediyanın ehtiyacı olan yeni məqalələrdir, mən qarşıma çıxdıqca və əmin olanda SNS edirəm. Fəaliyyət mottom belədir. Şiroi Akuma 09:07, 4 oktyabr 2024 (UTC)
- Yousiphh nədən qisas alıram mən ahahahahahha
- Məqalələrin çoxu müzakirəsiz ensiklopedikdir, qaydalara uyğun formada. Müzakirəyə çıxarıram deyib yola vermək olmaz. Hər halda, siz bunu başa düşmək əvəzinə, artıq keçib "vətən xaini" də adlandırarsınız məni. Dəhşətdir. --► Hörmətlə: SolaVirum 09:23, 4 oktyabr 2024 (UTC)
- Amma onu deyim ki, təqdim etdiyiniz məqalələr arasında xeyli ensiklopedik hesab oluna biləcək məqalələr çoxdu. Bu yaxşı hal deyil, onu deyim. Ümumiyyətlə, SNS-ə elə məqalələr təqdim olunmalıdır ki, qeyri-ensiklopedikliyi üçün tutarlı səbəb olsun, "nəsə ensiklopediyə oxşamır" deyib dərhal SNS etmək yaxşı hal deyil. Ümumiyyətlə, sırf SNS bölməsinə belə köklənmək də yaxşı fəaliyyət növü deyil. Vikipediyanın ehtiyacı olan yeni məqalələrdir, mən qarşıma çıxdıqca və əmin olanda SNS edirəm. Fəaliyyət mottom belədir. Şiroi Akuma 09:07, 4 oktyabr 2024 (UTC)
- Xəbərdarlıq verilmədiyini və digər inzibatçıların da fikrini nəzərə alaraq VP:BLOKUNAÇILMASI bölməsinə əsasən bloku açıram. @Yousiphh, zəhmət olmasa məqalələri SNS edəndə daha geniş izahat yazın, ümumiləşdirib "qaydalara cavab vermir" demək burdan da görüldüyü kimi etirazlar yaradır. @Solavirum, siz də zəhmət olmasa daha sakit olun. Blok cəza deyil ki, hər səhv edəni o dəqiqə bloklayaq. İlk öncə səhvini izah etmək lazımdır, başa düşmürsə öz günahıdır. Nemoralis (müzakirə) 09:50, 4 oktyabr 2024 (UTC)
- @Nemoralis, təşəkkür edirəm. Yousiphh (müzakirə) 09:54, 4 oktyabr 2024 (UTC)
- Mən belə başa düşürəm ki, AzVikidə inzibatçı olmaq qədər ikinci boş iş yoxdur. Hamı istədiyini etsin. Yousiphh, cavab gözləyirəm, nədən qisas alırmışam mən? --► Hörmətlə: SolaVirum 00:51, 5 oktyabr 2024 (UTC)
- Hər halda, indidən deyirəm, bu hal təkrarlanacağı zaman 1 aylıq blok tətbiq edəcəyəm. --► Hörmətlə: SolaVirum 00:52, 5 oktyabr 2024 (UTC)
- @Solavirum, hər şey yaxşıdır? Niyə hədələyərək mənimlə bu cür danışırsınız? Sizi ciddi şəkildə şikayət edəcəm. Yousiphh (müzakirə) 09:21, 5 oktyabr 2024 (UTC)
- @Solavirum, xahiş edirəm, sakit olun. İstifadəçini blokla təhdid edirsiniz konkret olaraq. Hörmətlə, Qədir (müzakirə) 11:08, 5 oktyabr 2024 (UTC)
- Gadir, təhdid deyil. Etdiyi ciddi pozuntudur, amma demirlər xəbərdarlıq edilməyib və ona görə müdaxilə edərək bloku açıblar? Elə olsun.
- Yousiphh, mən hələ də cavab gözləyirəm. İyrənc iddialar atmısınız ortaya, cavab verin. Blok nəyə görə "qisas xarakterlidir". Həm səhv etmisiniz, həm də üstə çıxmağa çalışırsınız. Səhvini anlamayan, əvəzində adamı borclu çıxaran insanlara görə təngə gəlmişəm artıq. --► Hörmətlə: SolaVirum 17:01, 5 oktyabr 2024 (UTC)
- Hər halda, indidən deyirəm, bu hal təkrarlanacağı zaman 1 aylıq blok tətbiq edəcəyəm. --► Hörmətlə: SolaVirum 00:52, 5 oktyabr 2024 (UTC)
- Mən belə başa düşürəm ki, AzVikidə inzibatçı olmaq qədər ikinci boş iş yoxdur. Hamı istədiyini etsin. Yousiphh, cavab gözləyirəm, nədən qisas alırmışam mən? --► Hörmətlə: SolaVirum 00:51, 5 oktyabr 2024 (UTC)
- @Nemoralis, təşəkkür edirəm. Yousiphh (müzakirə) 09:54, 4 oktyabr 2024 (UTC)
Addəyişmə
[mənbəni redaktə et]Salam hörmətli Yousiphh. Addəyişmələr zamanı zəhmət olmasa müvafiq mənbələr təqdim edin, və ya məqalənin adını dəyişərkən əgər çox oxunan məqalədirsə müzakirə səhifəsinə yazıb 1-2 gün də gözləmək olar. Turkmen müzakirə 10:10, 5 oktyabr 2024 (UTC)
- Hal-hazırda redaktə edirəm həmin məqaləni, mənbələr əlavə edəcəm. Yousiphh (müzakirə) 10:13, 5 oktyabr 2024 (UTC)
- Bunu öncədən etmək lazımdır. Addəyişmə hüququ önəmlidir və hər kəsdə yoxdur. Turkmen müzakirə 10:27, 5 oktyabr 2024 (UTC)
- Anladım. Mütləq səbəb göstərirəm. Dəyişmədən əvvəldə etməyə çalışacam. Təşəkkür. Yousiphh (müzakirə) 10:33, 5 oktyabr 2024 (UTC)
- Diqqətiniz üçün təşəkkürlər və uğurlar. Turkmen müzakirə 11:19, 5 oktyabr 2024 (UTC)
- Anladım. Mütləq səbəb göstərirəm. Dəyişmədən əvvəldə etməyə çalışacam. Təşəkkür. Yousiphh (müzakirə) 10:33, 5 oktyabr 2024 (UTC)
- Bunu öncədən etmək lazımdır. Addəyişmə hüququ önəmlidir və hər kəsdə yoxdur. Turkmen müzakirə 10:27, 5 oktyabr 2024 (UTC)
Jurnal
[mənbəni redaktə et]Salam. ru:Кавказский вестник məqaləsini yaratmaq istəyirəm. Sizcə məqalənin adı necə olmalıdır? Nemoralis (müzakirə) 17:20, 4 noyabr 2024 (UTC)
- Salam. Nə gözəl. "Kavkazski vestnik" kimi. Amma bu adda qəzet də çıxıb. Yakov Polonski olub qəzetin redaktoru. Siz gördüyüm kimi jurnal haqqında yaratmaq istəyirsiniz. Jurnalda Əhməd bəy Ağayevin də məqaləsi dərc olunub. Yousiphh (müzakirə) 17:51, 4 noyabr 2024 (UTC)
- Kavkazski vestnik. Hazırdır. Belə məqalələr (təşəkkür göndərdikləriniz kimi də) olsa mənə göstərə bilərsiz, maraqlıdır mənə. Elə bu məqaləni tərcümə edəndə yaratmaq istəyəcəyim 2-3 məqalə tapdım. Nemoralis (müzakirə) 20:41, 4 noyabr 2024 (UTC)
Xəbərdarlıq
[mənbəni redaktə et]Burada növbəti destruktiv fəaliyyətinizlə bağlı məlumat vermişəm. Yenə deməsinlər ki, xəbərdarlıq filan verilməyib. --► Hörmətlə: SolaVirum 23:39, 8 noyabr 2024 (UTC)
- Başa düşmək olar ki, istifadəçi xoşniyyətlidir, amma Yousiphh, siz dünən gəlməmisiniz bura. Vikipediya özəl mülkiyyət deyil ki, bu qədər yanlış formada kütləvi dəyişikliklər edəsiniz. Erməni adlarının yazılışında böyük səhvə yol vermisiniz, deyirsiniz ki, ermənicə belə yazılır. Onda gəlin erməni hərflərinə keçək də. Azərbaycan dilində, rus dilində olduğu kimi, erməni adlarının yazılışında ilk "H" hərfi düşür, "A" və "O" hərfləri qalır. Məsələn, Hakob olur Akop.
- Hər halda, təklif edirəm ki, istifadəçinin addəyişdirmə hüququ əlindən alınsın. Durduq yerə nə qədər geri çevirmə icra etməli oldum. --► Hörmətlə: SolaVirum 00:10, 9 noyabr 2024 (UTC)
- Solavirumun mövqeyi ilə razıyam. İstifadəçi son zamanlarda müzakirə aparmadan mübahisəli ad dəyişiklikləri aparır. Erməni adları ilə bağlı dəyişiklikləri mən də görmüşdüm, bu barədə mən də yazmaq istəyirdim. Ona görə də istifadəçinin addəyişmə hələki hüququnu alıram. Düşünürəm ki, bir müddət ADM-də müraciət açaraq addəyişmələrdə iştirak etsə, daha az mübahisəli məqamlar yaranacaq. Unkillable Demon King 00:18, 9 noyabr 2024 (UTC)
Bakı qəzeti
[mənbəni redaktə et]Salam. s:ru:ЭСБЕ/Баку, газета ilə bağlı məlumatınız yoxdur? Məqaləsini yaratmaq olar məncə. Nemoralis (müzakirə) 15:54, 1 dekabr 2024 (UTC)
- Var imiş: Baku (qəzet, 1902) Nemoralis (müzakirə) 15:56, 1 dekabr 2024 (UTC)
- @Nemoralis, bəli, bir neçə il qabaq səhv adının dəyişdirilməsi üçün müraciət də etmişdim. Bu qəzet haqqında Lalə Hacıyevanın "Azərbaycanın rusdilli dövri mətbuatının tarixindən" kitabına baxın. Yousiphh (müzakirə) 15:59, 1 dekabr 2024 (UTC)
- "Кавказская речь" və "Кавказский курьер" qəzetləri də var imiş. Xristofor Vermişevin birinci qəzet ilə əlaqəli karikaturası da var Xatabalada. Nemoralis (müzakirə) 17:50, 2 dekabr 2024 (UTC)
- @Nemoralis, bilirəm. Mən yükləmişəm) Yousiphh (müzakirə) 18:07, 2 dekabr 2024 (UTC)