Laz Əziz Əhməd Paşa

Vikipediya, azad ensiklopediya
(Əziz Əhməd Paşa səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Laz Əziz Əhməd Paşa
türk. Laz Aziz Ahmet Paşa
bayraq
Osmanlı imperiyasının 194-cü sədrəzəmi
10 aprel 1811 – 5 sentyabr 1812
ƏvvəlkiYusif Ziya Paşa
SonrakıXurşid Əhməd Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi mart 1819
Vəfat yeri
Fəaliyyəti siyasətçi

Laz Əziz Əhməd Paşa (türk. Laz Aziz Ahmet Paşa; laz ლაზი აზიზ აჰმედ-ფაშა, Lazi Aziz Ahmed-Paşa; v. mart 1819, Ərzurum) — Osmanlı sədrəzəmi.

Laz Əziz Əhməd Paşa dövlətə xidmətinə yeniçərilərdən başlamış, Qapıçıbaşı rütbəsinə yüksəlmişdir. O, daha sonra Breila şəhərinin valisi olmuşdur. Əziz Əhməd Paşa rus-türk müharibəsinin başlanması ilə qoşunları uyğunlaşdırmaq üçün Ədirnə şəhərinə köçmüşdür. Əziz Əhməd Paşa Hacı Mustafa Ağanın ordusunun ilkin qələbələrindən sonra sədrəzəm olmudur. Osmanlı imperiyasının məğlubiyyəti və 28 may 1812-ci il tarixində Buxarest sülh müqaviləsinin imzalanmasından sonra Xurşid Əhməd Paşa onu məharətsiz olmaqla ittiham edir. Əziz Əhməd Paşa çox keçməmiş vəzifəsindən azad edilir.

Laz Əziz Əhməd Paşa 1814-cü ildə Bursa, daha sonra isə HələbƏrzurum şəhərlərinə vali təyin edilir. O, 1819-cu ilin mart ayında Ərzurumda vəfat edir.

  • Buz, Ayhan (2009) "Osmanlı Sadrazamları", İstanbul: Neden Kitap, ISBN 978-975-254-278-5
  • Danişmend, İsmail Hâmi (1971), Osmanlı Devlet Erkânı, İstanbul: Türkiye Yayınevi.
  • Tektaş, Nazim (2002), Sadrâzamlar Osmanlı'da İkinci Adam Saltanatı, İstanbul: Çatı Yayınevi.