14°07′18″ şm. e. 38°43′53″ ş. u.HGYO

Aksum

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aksum
14°07′18″ şm. e. 38°43′53″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 17,27 km²
Mərkəzin hündürlüyü 2.131 m
Əhalisi
Əhalisi
  • 66.800 nəf. (2015)[1]
Digər
TipiMədəni
Kriteriyai, iv
Tarixi1980 (4-cü sessiya)
İstinad nöm.15
Ölk'Efiopiya Efiopiya
RegionAfrika
Aksum xəritədə
Aksum
Aksum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aksum (tiqr. ኣኽሱም Ak̠ʷsəm; amh. አክሱም Ak̠sum; q.yun. Ἄξουμις[2] və Αὔξουμις[3]) — Efiopiyanın Tiqray regionunda şəhər. Aksum Aksum Krallığının tarixi paytaxtı olmuşdur. Şəhər artıq 66,800 nəfər əhalisi olan (2015)[4] turizm şəhəridir.[5][6][7]

Aksum İmperiyası bölgəni eramızdan əvvəl 400-cü ildən 10 əsrə qədər idarə edən bir dəniz və ticarət gücü idi. 1980-ci ildə UNESCO Aksumun arxeoloji ərazilərini tarixi dəyərinə görə Ümumdünya irsi siyahısına əlavə etdi.

Aksum, Tiqray regionunun Mekelay zonasında, Adva dağlarının bazasına yaxın yerdə yerləşir. 2,131 metr (6,991 ft) yüksəkliyə malikdir 2,131 metr (6,991 ft) və Lailay Maiçev rayonu ilə əhatə olunmuşdur.

Axum, Roma dövrü yazılarının ən erkən qeydlərində üzə çıxan və Aksum İmperiyası adlanan dəniz ticarəti gücünün mərkəzi idi. Eramızın 356-cı ilində Aksum hökmdarı Frumenti tərəfindən xristianlaşdırılmışdır. Sonralar İmperator Kalebin dövründə Aksum, zərdüştiliki qəbul etmiş Sasaniya İmperiyasına qarşı Bizansın müttəfiqi idi.

VII əsrdən sonra qismən farslara, daha sonra isə köhnə Qırmızı dəniz ticarət yolları uğrunda yarışan ərəblərə görə uzun və yavaş bir tənəzüllün başladığı güman edilir. Nəhayət Aksum İsgəndəriyyə, Bizans və Cənubi Avropadakı əsas bazarlarını itirdi və ticarət payı dövrün ərəb tacirləri tərəfindən tutuldu. Aksum İmperiyası nəhayət Yəhudi kraliçası Qudit tərəfindən fəth edildi. Nəticədə Aksum əhalisinin bir qismi cənuba köçməyə məcbur edildi və köhnə həyat tərzi tənəzzül etdi. Hökmdarlığa son tanınan imperatoru təxminən 10-cu əsrdə hakimiyyətə başladı, lakin imperiyanın təsiri və gücü bundan xeyli əvvəl sona çatmışdı.

Əhalinin və ticarətin zəifləməsi Efiopiya imperiyasının güc mərkəzinin daxili ərazidə daha da irəliləməsinə kömək etdi. Aksum şəhəri artıq bir milyon kvadrat mil ərazini əhatə edən bir imperiyanın inzibati iqamətgahı idi. Nəhayət, alternativ ad (Efiopiya) mərkəzi bölgə və sonradan indiki müasir dövlət tərəfindən qəbul edildi.[8]

Aksum İmperiyası və Efiopiya kilsəsi

[redaktə | mənbəni redaktə et]

Aksum İmperiyasının Qeez adlı öz yazılı dili vardı və ən qədim tarixa malik nəhəng obelisk nümunələri ilə fərqli bir memarlıq inkişaf etdirmişdir.[9]

1937-ci ildə 24 metr (79 ft) uzunluğunda, 1700 yaşındakı Aksum obeliski, italyanlar tərəfindən beş hissəyə parçalanaraq yenidən qurulmaq üçün Romaya göndərildi. Obelisk geniş şəkildə Aksum imperiyasının ən yaxşı mühəndislik nümunələrindən biri kimi qəbul edilir. 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının obeliskin geri göndəriləcəyi ilə bağlı razılığına baxmayaraq, İtaliya bunu qəbul etmədi və Efiopiya hökuməti ilə uzun müddətdir davam edən diplomatik mübahisəyə səbəb oldu. Nəhayət 2005-ci ilin aprel ayında İtaliya obelisk hissələrini rəsmi olaraq Aksuma qaytardı. İtaliya həmçinin transferin 4 milyon dollarlıq xərclərini də ödədi. UNESCO bu daşın Aksumda yenidən qurulmasına görə məsuliyyəti öz üzərinə götürdü. 2008-ci ilin iyul ayının sonunda obelisk yenidən quraşdırıldı və 4 sentyabr 2008-ci ildə açıldı.[10][11]

Aksum və İslam

[redaktə | mənbəni redaktə et]
Efiopiyaya[ölü keçid] qaytarıldıqdan sonra Aksum obeliski.

Aksum İmperiyası İslamla çoxdankı bir əlaqəyə sahib idi. İbn Hişamın sözlərinə görə,[12] Məhəmməd Qureyş qəbiləsinin zülmü ilə qarşılaşdıqda qızı Rüqəyya və əri Osmanın da yer aldığı kiçik bir qrupu Aksuma göndərdi. Aksum hökmdarı Sahama[13], onlara sığınacaq vermiş və müdafiə etmişdi. Sahama Qurayş qəbiləsinin qaçqınları yenidən Ərəbistana göndərmək istəyini rədd etmişdi. Bu qaçqınlar hicri təqvimlə 6-cı ilə (628) qədər geri qayıtmadılar və hətta çoxları Efiopiyada qaldı və Mibraqavi zonasında, Neqaş kəndində məskunlaşdılar.[mənbə göstərin]

Bu erkən müsəlmanların Aksum hökmdarına təsiri ilə əlaqəli olaraq fərqli ənənələr yarandı. Məsələn, Aksum hökmdarı bu qaçqınlardan o qədər təsirləndi ki, gizli bir çevrilişə başladı.[14] Digər tərəfdən ərəb tarixçiləri və Efiopiya rəvayətləri bu müddət ərzində Efiopiyada yaşayan bəzi müsəlman qaçqınların pravoslav xristianlığına keçdiklərini bildirirlər. İkinci bir Efiopiya rəvayətində isə, Aksum kralı Əşama ibn-Əbcarın ölümündə Məhəmmədin padşahın ruhu üçün dua etdiyi və davamçılarına “Hücum etmədikləri müddətdə Efiopiya sakinlərini rahat buraxın." dediyi bildirilir.[15]

Əsas görməli yerlər

[redaktə | mənbəni redaktə et]
Kral[ölü keçid] Ezana stelası

Səhərdəki əsas Aksum abidələri stelalardır. Bu obelisklərin təsminən 1700 yaşı var və Efiopiya xalqının şəxsiyyətinin simvoluna çevrilmişdirlər.[16] Onlardan ən böyüyü tikinti zamanı yıxıldığına və qırıldığına inanılan 33 metr uzunluğu, 3.84 metr enində, 2.35 metr dərinliyində və 520 ton ağırlığındakı Böyük stela-dır.[17] Aksum obeliskinin isə hündürlüyü 24,6 metr, eni 2.32 metr, dərinliyi 1.36 metr, ağırlığı isə 170 tondur. Bu obelisk 1937-ci ildə İtaliya ordusu tərəfindən çıxarılmış və 2005-ci ildə Efiopiyaya qaytarılaraq, 31 iyul 2008-ci ildə yenidən qurulmuşdur.[16] Növbəti ən hündür stela 24 metr (ön plitədən 20,6 metr ) hündürlüyündə, 2.65 metr enində, 1.18 metr dərinliyində və 160 ton ağırlığındakı Kral Ezana stelasıdır.

Stelaların məzarları qeyd etdikləri və ətraflarının memarlıq dekorları ilə birlikdə tökmə metal disklərlə də bəzədildiyi güman edilir. Şəhərin qərbindəki Qudit stelası şimaldakılardan fərqli olaraq, əsasən 4-cü əsrə aid qəbirlər arasında yer alır.

Aksumdakı digər görməli yerlərə arxeoloji və etnoqrafik muzeylər, Xanım Məryəm Sion kilsəsi, saba dilində və qədim Yunan dilində, Rozetta daşına bənzər şəkildə yazılmış Ezana daşı, Kral Bazenin məzarı (ən erkən quruluşlardan biri hesab olunur), Bilqeys hamamı (əslində bir su anbarıdır), 4-cü əsrə aid Taaxa Məryəm və 6-cı əsrdə qurulan Dunqur sarayları, Pentalevon monastırı, Abba Liqanos və Qobedra aslanı qaya təsviri daxildir.

Yerli əfsanə Bilqeysin şəhərdə yaşadığını iddia edir.

1893-cü ilin fevral ayında İngilis kəşfiyyatçıları Teodor Bent və Meybl Bent qayıqla Qırmızı dənizin qərb sahilindəki Massavaya səyahət etdilər və Qırmızı dənizin hər iki sahilindəki erkən ticarət şəbəkələri və mədəniyyətlər arasındakı mümkün əlaqələri araşdırmaq ümidi ilə Aksum və Yehada qazıntı aparmaq üçün sahilə çıxdılar.[18] Onlar 24 Fevral 1893-cü ildə Aksuma çatdılar.[19] Lakin Birinci İtalya-Efiopiya Müharibəsi boyunca dəvam edən sarsıntılar və italyan işğalçılar ilə yerli sərkərdələr arasındakı gərginlik onların işlərinə son qoydu.[20] Onlar İngiltərəyə geri dönmək üçün martın sonunda Zulaya tələsik geri çəkilməli oldular.[21]

Aksumun iqlimi dəniz iqlimi kimi təsnif edilir.[22]


Aksumun iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C 25,9 27,2 28,6 29,4 28,8 27,0 22,5 22,3 24,8 26,3 26,8 25,7 26,3
Orta temperatur, °C 16,7 17,8 17,7 21,0 20,8 19,7 17,2 17,4 17,9 17,9 17,4 16,2 18,1
Minimum orta, °C 7,5 8,4 10,8 12,7 12,9 12,4 12,0 12,6 11,1 9,6 8,0 6,7 10,4
Mənbə: Climate-Data.org (yeksəklik: 2133m)[22]


Efiopiya Mərkəzi Statistika Agentliyinin məlumatına görə, 2012-ci ilin iyul ayında (təxminən) Aksum əhalisi 56,576 nəfər idi. Siyahıyaalma əhalinin 30.293-ünün qadın, 26.283-ünün isə kişi olduğunu göstərdi.[23] 2007-ci il milli siyahıyaalma nəticəsində şəhər əhalisinin 44 647 nəfər olduğu, bunlardan 20 741 nəfəri kişi, 23 906 nəfərinin isə qadınlar olduğu göstərilmişdir. Din olaraq sakinlərin əksəriyyəti, 88.03%-i Efiopiya Pravoslav Xristianlığına etqad edir, 10,89%-i isə müsəlmandır.[24]

1994-cü il milli siyahıyaalmasında bu şəhər üçün əhali sayının 27148 nəfər və əhalisinin 12.536 nəfərinin kişi, 14.612 nəfərinin isə qadın olduğu bildirildi. Əhalinin əksəriyyəti Efiopiya pravoslav xristianlığına etdiyi, 85,08%-inin bu dinə mənsub olduğu, 14,81%-inin isə müsəlman olduğu bildirdi.[25]

Aksum Universiteti 2006-cı ilin may ayında Aksumda, şəhər mərkəzindən dörd kilometr (2.45 mil) məsafədə yerləşən bir yaşıllıq sahəsində qurulmuşdur. Andiçmə mərasimi 16 fevral 2007-ci ildə keçirilmişdir. Kampusun indiki sahəsi 107 hektardır və genişləndirmək üçün geniş yer var. Aksumda bir universitetin qurulmasının, ümumilikdə ölkənin və xüsusən də bölgənin davamlı inkişafına çox töhfə verəcəyi gözlənilir.

3D sənədləşdirmə

[redaktə | mənbəni redaktə et]

Zamani Layihəsi, gələcək nəsillər üçün qeydlər yaratmaq üçün ümumdünya irsi ərazilərini 3D olaraq sənədləşdirir.[26][27][28][29] Sənədlər yerüstü lazer skanerinə əsaslanır.[30][31] Aksum stelalar sahəsi hissələrinin 3D sənədləşdirilməsi 2006-cı ildə aparılmışdır.[32] 3D modelləri, planları və şəkilləri burada görmək mümkündür.

  1. http://www.citypopulation.de/Ethiopia.html.
  2. "Stephanus of Byzantium, Ethnica, §A102.8". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  3. "Photius, Bibliotheca excerpts, §3.1". 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  4. "City Population". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  5. Centre, UNESCO World Heritage. "Aksum". UNESCO World Heritage Centre (ingilis). UNESCO. 28 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2019.
  6. "Aksum Ethiopia". Encyclopedia Britannica (ingilis). 2 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2019.
  7. Phillipson, David W. Foundations of an African Civilisation: Aksum and the Northern Horn, 1000 BC - AD 1300 (ingilis). Boydell & Brewer Ltd. 2014. səh. 69. ISBN 9781847010889. İstifadə tarixi: 24 February 2019. At Aksum itself, little is known about the earliest phases, such as might aid our understanding of the transition. Archaeological investigation has been restricted by the presence of the modern town, and penetration of the lowest levels is impeded by later features which merit preservation.
  8. G. Mokhtar, UNESCO General History of Africa, Vol. II, Abridged Edition (Berkeley: University of Aksum Press, 1990), pp. 215-35. ISBN 0-85255-092-8
  9. Uhlig, Siegbert, ed. Encyclopaedia Aethiopica: D-Ha (Wiesbaden: Harrassowitz Verlag, 2005), p. 871.
  10. "Ethiopia unveils ancient obelisk". BBC News. 4 September 2008. 22 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2014.
  11. "The Reinstallation of the Axum Obelisk" (PDF). UNESCO. 10 October 2008. 19 June 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 February 2014.
  12. ibn Hisham, The Life of the Prophet
  13. Nimer, Ph.D., Muḥammad. "Exegesis, Social Science and the Place of the Jews in the Qur'an". 31 July 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 January 2013.
  14. Ibn Ishaq, The Life of Muhammad (Oxford, 1955), 657–58.
  15. Paul B. Henze, Layers of Time: A History of Ethiopia (New York: Palgrave, 2000), pp. 42f
  16. 1 2 "Mission accomplished: Aksum Obelisk successfully reinstalled". UNESCO. 1 August 2008. 6 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2013.
  17. Phillipson, David W. "Aksum: An archaeological introduction and guide". Azania: Archaeological Research in Africa. 38 (1). 2003: 1–68. doi:10.1080/00672700309480357.
  18. Bent published the trip in his: The sacred city of the Ethiopians: being a record of travel and research in Abyssinia in 1893, London, Longmans, Green and Co, 1894.
  19. The Travel Chronicles of Mrs J. Theodore Bent, Vol. 2, 2012, Oxford, Archaeopress, page 201.
  20. ‘Theodore Bent’s expedition to Abyssinia for the purpose of investigating the ruins of Aksum has not been so successful as might have been wished, owing to the hostilities which are being carried on between two of the chiefs; indeed, he and Mrs. Bent had a narrow escape from being involved in their hostilities. Still the expedition has not been altogether without interesting results.’ (Mountstuart E. Grant Duff, The Annual Address on the Progress of Geography, 1892-93, The Geographical Journal, Vol. 2, No. 1 (Jul., 1893), 21).
  21. Bent published three further accounts relating to their Ethiopian trip of 1893: From the Heart of Abyssinia, Illustrated London News, 8 April 1893; In the North of Abyssinia, Illustrated London News, 6 May 1893; The Ancient Trade Route across Ethiopia, The Geographical Journal, Vol. 2 (2) (Aug), 140-6.
  22. 1 2 "Climate: Aksum - Climate graph, Temperature graph, Climate table". Climate-Data.org. 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
  23. "National Statistics-population-2011 by town and sex". 26 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 January 2013.
  24. Census 2007 Tables: Tigray Region Arxiv surəti 14 noyabr 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib noyabr 14, 2010, at the Wayback Machine, Tables 2.1, 2.4, 2.5 and 3.4.
  25. 1994 Population and Housing Census of Ethiopia: Results for Southern Nations, Nationalities and Peoples' Region, Vol. 1, part 1 Arxiv surəti 19 noyabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib noyabr 19, 2008, at the Wayback Machine, Tables 2.2, 2.13, 2.16, 2.20 (accessed 30 December 2008)
  26. Rüther, Heinz; Rajan, Rahim S. "Documenting African Sites: The Aluka Project". Journal of the Society of Architectural Historians. 66 (4). 2007: 437–443. doi:10.1525/jsah.2007.66.4.437. ISSN 0037-9808. JSTOR 10.1525/jsah.2007.66.4.437.
  27. Rüther, Heinz. "AN AFRICAN HERITAGE DATABASE – THE VIRTUAL PRESERVATION OF AFRICA'S PAST" (PDF). isprs.org. 2020-02-26 tarixində arxivləşdirilib (PDF).
  28. Giles, Chris. "Meet the scientists immortalizing African heritage in virtual reality". CNN. 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  29. Wild, Sarah. "Africa's great heritage sites are being mapped out with point precision lasers". Quartz Africa (ingilis). 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  30. Rüther, Heinz; Held, Christof; Bhurtha, Roshan; Schroeder, Ralph; Wessels, Stephen. "From Point Cloud to Textured Model, the Zamani Laser Scanning Pipeline in Heritage Documentation". South African Journal of Geomatics (ingilis). 1 (1). 2012-01-13: 44–59–59. ISSN 2225-8531. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  31. "Challenges in Heritage Documentation with Terrestrial Laser Scanning" (PDF). 2019-09-25 tarixində arxivləşdirilib (PDF).
  32. "Site - Aksum Obelisk". zamaniproject.org. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.