Arnold rafflesiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arnold rafflesiyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Arnold rafflesiyası (lat. Rafflesia arnoldii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.

Tropik meşələrdə iqlim şəraitinə uyğun yaradılmış bu çiçəyin diametri 90 sm-dir və çəkisi 7-11 kq-dır. Dünyanın bu ən böyük çiçəyi açdıqdan sonra 3 gündən 1 həftəyə qədər həyatda qalır və ifraz etdiyi qoxu ilə böcəkləri özünə cəlb edir. 9 aydan bir çiçək açan bu bitki, dərhal növbənöv böcəkləri özünə cəlb edərək tozcuqlarını paylayır və beləliklə nəslini davam etdirir.