Atsuta məbədi
Şintoizm | |
Atsuta məbədi (熱田神宮?) | |
---|---|
Din | |
Həsr olunub | Amaterasu[1], Kusanaqi (qılınc)[1] |
Festivalları | 5 iyun |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Prefektura | Ayçi prefekturası |
Şəhər | Naqoya |
Rayon | Atsuta |
Memarlıq | |
Üslubu | şinmey-zukuri |
atsutajingu.or.jp atsutajingu.or.jp/en/ |
|
Şintoizm terminologiyası |
Atsuta məbədi (熱田神宮, Atsuta-cinqu?) – Yaponiyanın Ayçi prefekturasının Naqoya şəhərinin Atsuta rayonunda yerləşən şintoist məbədi. Deyilənə görə əfsanəvi qılınc Kusanaqi bu məbəddə saxlanılır.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Əfsanəyə görə məbəd əfsanəvi döyüşçü Yamato Takerunun həyat yoldaşı tərəfindən IX əsrdən öncə tikilmişdir.[2][3] Belə ki, Yamato Takeru Şərqi Yaponiyanı imperator hakimiyyətinə tabe etməyə çalışarkən Kusanaqi sayəsində möcüzəvi şəkildə sağ qalmışdır.[2] Yerli əfsanəyə görə isə məbəd VIII əsrdə Çin imperatoru olmuş Syuan-tszunun sevimli məşuqəsi Yan Quyfeyə həsr olunmuşdur. Syuan-tszu Yaponiyanı işğal etmək planı qursa da, vaxtının çoxunu Yan Quyfeyə sərf etdiyi üçün Yaponiya xilas olmuşdur.[4]
808-ci ildə məbəd böyük populyarlıq qazanmağa başlamışdır, belə ki, həmin il ritualist İnbe no Hironari məbədin saraya qarşı olan laqeydliyinə etiraz etmişdir. Bu dövrdən etibarən məbəd ən yüksək dərəcəli məbəd olmuş və böyük ianələr qəbul etmişdir.[2][3] Atsuta məbədi imperatorluq sarayının, XV əsrdən etibarən isə Muromaçi və Tokuqava şoqunluqlarının hamiliyində olmuşdur.[2]
Məbədin xüsusi statusu İmperator Meycinin 1868-ci ildə taxta çıxdığı vaxtda da tanınmışdır. Belə ki, bu zaman məbədə imperatorun nümayəndələri göndərilmişdir. Bu cür münasibət görən başqa bir məbəd təkcə Böyük İse məbədi olmuşdur.[2]
Mərasimlər
[redaktə | mənbəni redaktə et]Məbədin illik festivalı 5 iyun tarixində baş tutur.[2] Bundan əlavə, hər ilin may ayında məbəddə Ohoho festivalı keçirilir.[5] Məbəddə qarğaların şərəfinə tədbirlər keçirilir, onlara düyü tortları verilir.[6]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Məbədin muzeyi.
-
Nobunaqa divarı.
-
Toro.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). I cild (A–Conso). Tokio: Kodansha. 1983. səh. 115-116. ISBN 0-87011-621-5. İstifadə tarixi: 19 avqust 2022.
- Perkins, Dorothy. Encyclopedia of Japan: Japanese History and Culture, from Abacus to Zori. Roundtable Press. 1991. səh. 17. ISBN 0-8160-1934-7. İstifadə tarixi: 18 avqust 2023.
- Picken, Stuart D.B. Historical dictionary of Shinto. Scarecrow Press. 2011. səh. 48. ISBN 978-0-8108-7172-4. İstifadə tarixi: 18 avqust 2023.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- atsutajingu.or.jp — Rəsmi saytı