Avropa Qran-prisi
Bu məqalə qaralama halındadır. |
Avropa Qran-Prisi (ing. Grand Prix of Europe, alm. Großer Preis von Europa) — avto yürüşlər üzrə Dünya Çempionatlığının ən önəmli mərhələlərindən biri
1980-ci ildən bu yana Qran-Pri ilk dəfə Dünya Formula-1 çempionatının təqvimində yer alır, lakin 1993-cü ildən bəri müntəzəm olaraq keçirilir. İkinci Dünya Müharibəsində "European Grand Prix" adlı bir yarışma təşkil edildi, bu ilk milli Qran-Prilərdən biri hesab olunurdu.
İlk belə müsabiqə İtaliyanın Monza şəhərində 1923-cü ildə İtaliya Qran-Pri çərçivəsində keçirilib. Fiat 805 avtomobilini idarə edən Karlo Salmano müsabiqənin qalibi elan edilmişdir.
Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
Tarixi
[redaktə | mənbəni redaktə et]1947–1977-ci illər
[redaktə | mənbəni redaktə et]İkinci Dünya Müharibəsindən sonra Avropa Qran-Prisi 1947-ci ildə Belçika Qran-Prisi olaraq yenidən keçirilməyə başladı. Lakin ilk rəsmi Formula-1 Qran-Pri 1950-ci ildə Böyük Britaniyada keçirilən Böyük Britaniya Qran-Prisi hesab olunur, hansı ki, bu Qran-Pri "XI European Grand Prix" kimi tanınırdı.
1983–1985-ci illər
[redaktə | mənbəni redaktə et]1983-cü ildə Qran-Pri Yarışlarının Nyu-Yorkda keçirilməsi qərarı verildi. Yarışın son anlarında Qran-Prinin keçirilməsi ləğv olundu və təşkilatçılar Qran-Prini 1984-cü ildə Almaniyanın Nyurburqrinq şəhərinə salmağı qərara aldılar. 1985-ci ildə yarışların növbəti avropa etapı Böyük Britaniyanın Brends Xatç (ing. Brands Hatch) sahəsində keçirildi, lakin sonrakı mövsüm Macarıstan Qran-Prisi ilə əvəz edildi.
Avropa Qran-Prisinin qalibləri
[redaktə | mənbəni redaktə et]Pilotlar
[redaktə | mənbəni redaktə et]Qələbələr | Pilot | Qran-pri |
---|---|---|
6 | Mihael Şumaxer | 1994, 1995, 2000, 2001, 2004, 2006 |
3 | Fernando Alonso | 2005, 2007, 2012 |
2 | Rubens Barikello | 2002, 2009 |
Sebastian Fettel | 2010, 2011 |
Ən son Avropa Qran-Prisi 2008–2012-ci illərdə İspaniyanın valensiya şəhərində keçirilən "Valensiya Küçə Halqası" olmuşdur. Yarışlar 2013-cü ildə təqvimdən çıxarıldı. Lakin 2016-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş Avropa Qran-Prisi ilə yarışlar yenidən təqvimə əlavə olundu.
Bakı Qran-prisində trekin uzunluğu 6 kilometr idi. Turnirdə orta sürət saatda 210, maksimum sürət isə 340 kilometrdir. Bakı Qran-prisi cari çempionatın səkkizinci mərhələsidir.
Bakıda keçirilən Avropa Qran-prisinin qalibi "Mersedes" komandasının üzvü Niko Rozberq olmuşdur. Almaniyalı pilot məsafəni 1 saat 32 dəqiqə 52 saniyəyə qət etmişdir. İkinci yerin sahibi "Ferrari" komandasının almaniyalı pilotu Sebastian Fettel, üçüncü yerin sahibi isə "Force İndia" komandasının meksikalı pilotu Serxio Perez idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Formula 1 European Grand Prix in Valencia Arxivləşdirilib 2012-05-07 at the Wayback Machine Official website.
- Nürburgring F1 statistics