Bəhmən Qubadi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bəhmən Qubadi | |
---|---|
fars. بهمن قبادی | |
Doğum tarixi | 1 fevral 1969[1][2] (55 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kinorejissor, aktyor, ssenarist, kino aktyoru, fotoqraf, rejissor, film prodüseri |
IMDb | ID0315842 |
mijfilm.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bahman Qobadi (Kürd: بەهمەن قوبادی / Bəhmən Qubadî, Fars: بهمن قبادی Bahman Qobadī, 1 fevral 1969, Banə) — İranlı film rejissoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]1969-cu ildə İranın-Kürd Banə şəhərində doğulan Bahman Qobadi, təhsili əsnasında bir radioda çalışdı. Daha sonra Senendec'də gənc bir həvəskar olaraq film rejissorları qrupuna qatıldı və onlarla qısa metrajlı filmlər çəkməyə başladı. Daha sonra kino təhsili almaq üçün paytaxta gedən sənətçi təhsilini yarıda buraxdı.
1995–1999 illəri arasında bir çox milli və beynəlxalq yarışlarda mükafat qazanan, 10 qısa filmə rejissorluq edən sənətçinin istehsalları arasında Clermont-Ferrand Festivalında Jüri Xüsusi Mükafatını qazanan "Yaşam şifrəsi" filmi də var.
1999-cu ildə, Abbas Kiyarüsteminin "Külək bizi aparacaq" filminin çəkilişlərində baş assistent olaraq işləyən rejissor, Samira Makhmalbaf'ın "Qara taxta" adlı filmində baş rollardan birini oynamağı boynuna götürdü. Qubadi, "Sərxoş atlar zamanı" filmi ilə 2000-ci il Kann Film Festivalında "Qızıl Kamera Mükafatı", "Gənc Film Mükafatı" və "FIPRESCI Mükafatı" na layiq görüldü.
2004-cü ildə Amerika-İraq müharibəsindəki uşaqların həyatlarından təsirlənərək "Turtles Can Fly" adlı filmin ssenarisini yazdı və rejissorluğunu etdi. Çəkdiyi filmi belə şərh etdi:
"Filmimizi diktator və faşistlərin siyasətlərinə qurban edilən bütün günahsız dünya uşaqlarına ithaf etmək istəyirəm."
Filmoqrafiyası
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bahman Ghobadi // filmportal.de. 2005.
- ↑ www.acmi.net.au (ing.).