44°46′ şm. e. 39°52′ ş. u.HGYO

Beloreçensk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Beloreçensk
Белореченск
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
44°46′ şm. e. 39°52′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1862
Sahəsi
  • 56 km²
Mərkəzin hündürlüyü 120 m
Əhalisi
Əhalisi
  • 55.010 nəf. (2023)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86155
Poçt indeksi 352630–352636
Digər
gorodbelorechensk.ru
Xəritəni göstər/gizlə
Beloreçensk xəritədə
Beloreçensk
Beloreçensk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beloreçensk — Beloreçensk-Rusiyanın Krasnodar diyarında şəhər.

...Qafqaz dağları silsiləsində başı həmişə qarla örtülü olan Oştan dağından buz kimi soyuq sulu çeşmələrdən öz mənbəyini götürən Ak Su çayı yolu üzərindəki qayaları, uçurumları qət edə-edə Kuban ovalığına yetişir, nəhayət yavaşıyır, öz tərtəmiz suları ilə bağları, bostanları seylab edirdi. Bu düzdə üzərində yerləşdiyi çayın adı ilə adlanan Aksu qəsəbəsi yerləşirdi. Aksu çayı keçən yüksəkliklərdən biri də eləcə Aksu keçidi (İndi Beloreçenskiy pereval) adlanırdı. Deyilənlərə görə uzaq keçmişdə qədim skiflərin Aksu aşırımından Maverayi Qafqazda Aksu çayı boyunca uzanan hərəkət marşurutlarından biri keçirmiş. Tarixi Aksu qəsəbəsi böyük keçmişə malikdir. Aksu kurqanlarından (qəsəbəyə çox yaxın olan ərazilərdə 53 zəngin kurqan-onlardan 35-ində kişi, 18- ində qadın dəfn olunmuşdur) tapılan əşyalar bu torpaqlarda mövcud olmuş qədim mədəniyyət barədə mühakimə yürütməyə əsas verir. Sərdabələrdən əldə edilmiş qızıldan bəzək əşyaları qədim sənətkarların həqiqətən nümunəvi bədii yaradıcılığını sübut edir. Burada tapılmış məişət əşyaları, qabların çoxu qızıldandır; mis tabutda belə dəfn olunmuş sərkərdənin qəbri aşkar olunmuşdu. Kurqanların əksəriyyəti Qızıl Orda dövləti dövrünə aid edilir. Aksudan tapılmış qiymətli nümunələr Moskva Tarix Muzeyində, Dövlət Ermitajında (Peterburq) mühafizə olunur. Rusların bu yerlərə gəlişi 16-cı əsrin ortalarına təsadüf edir; daha dəqiq desək, ruslar bura i lk dəfə 1557-ci ildə ayaq basırlar. Astarxan xanlığını işğal edib ləğv etdikdən sonra İvan Qroznı dərhal bu torpaqlarda möhkəmlənməyi qarşıya məqsəd qoydu. Uzun illər bu fakt Qafqaz xalqlarının - çərkəz, adıgöylərin, kabarday, balkar, qaraçay.... xalqlarının Rusiyaya könüllü ilhaqı kimi daxil olmuşdur. ...1791-ci ildə Rus-Türk müharibəsinin bitməsi ilə bərabər Kubarun dağ ətəyi düzənlik sahillərinə köçürülmələr başlanır. İlk dəstə olaraq buraya kazak ailələri köçürülüb yerləşdirilir. Zaporojye Seç qurumunu ləğv edən II Yekaterina və sevimlisi baş komandan knyaz Potyomkin yenicə bitən müharibədə canfəşanlıq göstərmiş kazak birliklərini mükafatlandırmaqda idilər. Köhnə Aksu kəndindən azca aralıda möhkəmləndirilən yeni kazak qalasına çayın adının tərcüməsi ilə "Belaya" adı verdilər. 1862-ci ildə isə keçmiş qalanın yerində Beloreçensk staniçsası salınır.[3] 1958-ci ildə isə qəsəbə şəhərə çevrilir. Aksu kurqanlarının kəşfi günümüzdə də davam edir. 70-ci illərin axırlarında Beloreçensk (Aksu yaxınlığında) kanal qazıldığı zaman bürünc dövrünə aid kurqan aşkar edilmişdir. Öz doyüşçü geyimindəcə dəfn olunmuş (onun qəbri staniçanın tən ortasında yerləşirmiş) hərbçinin məzarı quyu qazarkən üzə çıxarılmışdır.[4]

  1. 1 2 ОКТМО. 185/2016. Southern FD.
  2. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  3. БСЭ, т.3, с. 125.
  4. Е. Кламвоцкий. Белореченск, Краснодар, 1981, с.11.

Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009, səh.22-23

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]