Byorn Deli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Byorn Deli (d.19.6.1967, Elverum) –Norveç idmançısı.[1] 1992-1999-cu illər ərzində Byorn Deli 6 dəfə Norveç Dünya Kubokunu qazanmışdır. İkincisini 1994-1998-ci illər ərzində əldə etmişdir.[2] Deli 19911999-cu illər ərzində Olimpiya və Dünya Çempionatlarının tam 29 medalını qazanmışdır. Bu hadis Delinin həyatında karyerası ərzində ölkəsindən kənarda qazandığı ən böyük nailiyyətidir.

1967-ci ildə Norveçdə Elverum bölgəsində anadan olmuşdur. Deli daha sonralar Nannestad şəhərinə köçmüşdür. Delinin qazandığı müvəffəqiyyətlərdə özünün ovçuluq, balıqçılıq, haykinq, dağadırmanma, futbolxizəksürmə kimi müxtəlif idman növləri ilə məşğul olmasının böyük tohfələri olduğunu qeyd edir. Uşaqlıqda Deli daha çox futbol ilə maraqlanırdı və peşəkar futbolçu olmaq istəyirdi. Lakin məşqçisiin təkidindən sonra o xizəksürmə üzrə fəaliyyət göstərməyə başladı. Deli ilk fəaliyyətində dərhal uğur qazana bilmədi, lakin zaman keçdikcə o, öz səylərini artırdı və getdikcə daha çox inkişafa nail oldu. Və nəhayət, sonda Beynəlxalq Xizəksürmə Federasiyasının Dünya Kuboku yarışlarında idmançı kimi iştirak etməyə başladı.

Xizəksürmə idmanı üzrə 16-cı (1992, Albervil; 15 km təqib etmə, 50 km sərbəst, 4x10 km rele), 17-ci (1994, Lillehammer; 10 km klassik, 15 km qunderson) və 18- ci (1998, Naqano; 10 km klassik, 50 km sərbəst, 40x10 km rele) Qış Olimpiya Oyunlarının, dəfələrlə dünya (1991, 1993, 1995, 1997 çempionu olmuş, Dünya kuboku yarışlarında (1992, 1993, 1995, 1996, 1997, 1998, 1999) qalib gəlmişdir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Deli// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  170. — Səh.: 158-159. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
  2. "WINTER SPORTS -- CROSS-COUNTRY; Norway's Daehlie Clinches World Cup" Arxivləşdirilib 2019-11-05 at the Wayback MachineThe New York Times. 8 March 1999.