Cerard Svoup

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cerard Svoup
Doğum tarixi 1 dekabr 1872(1872-12-01)[1]
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1957(1957-11-20)[1] (84 yaşında)
Vəfat yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cerard Svoup (ing. Gerard Swope; 1 dekabr 1872[1], Sent-Luis, Missuri20 noyabr 1957[1], Nyu-York, Nyu-York ştatı) – yəhudiəsilli ABŞ elektrik mühəndisi və elektrotexnika biznesmeni.[2] Herbert Bayard Svoupun qardaşıdır.[2]

Cerard Svoup Missuri ştatının Sent-Luis şəhərində doğulmuşdur.[2] Atası saat qabı istehsalçısı idi.[2] Svoup uşaq yaşlarından etibarən elektrik sahəsinə böyük maraq göstərmişdir.[2] 1895-ci ildə Massaçusets Texnologiya İnstitutundan məzun olmuş və tezliklə Western Electric şirkətinin ümumi satış meneceri vəzifəsinə yüksəlmişdir.[2] O, şirkətin ABŞ, ÇinYaponiyada əlavə filiallarının açılmasında rol oynamışdır.[2] 1913-cü ildə şirkətin vitse-prezidenti və direktoru seçilmişdir.[2]

Birinci dünya müharibəsi zamanı ABŞ ordusunun heyətinə daxil edilmiş və təltif olunmuşdur.[2] O, FransaYaponiyanın da medallarını əldə etmişdir.[2] 1919-cu ildə General Electric şirkətinin prezidenti olmuş, 1922-ci ildə şirkət şurasının sədri seçilmişdir.[2] O, 1939-cu ilə qədər bu vəzifələri yerinə yetirməyə davam etmişdir.[2] Onun başçılığı altında şirkət daha da uğur qazanmışdır.[2] O, 1939-cu ildə şirkətdən ayrılaraq Nyu-York Şəhər Mənzillə Təminetmə Müvəkkilliyi kimi könüllü təşkilatlar üçün xidmət göstərməyə başlamışdır.[2]

Svoup 1931-ci ildə təqdim olunan Svoup planının müəllifi olmuşdur.[2] Bu plan sənayeni stabilləşdirməyi və işsizliyin qarşısını almağı nəzərdə tutmuşdu.[2]

Svoup radiotexnika sahəsindəki fəaliyyətinə görə də tanınır.[2] O, radionun inkişafında və radio hissələrinin istehsalında iştirak etmişdir.[2] ABŞ Milli Yayım və Radio Korporasiyasının prezidenti olmuşdur.[2] O, bir çox elmi dərəcəyə layiq görülmüş, Huver medalı və Sosial Elmlər üzrə Milli Akademiyanın qızıl medalı ilə təltif olunmuşdur.[2] 1957-ci ildə İsraili ziyarət etmiş və İsrail Texnoloji İnstitutuna bir neçə milyon ABŞ dolları vəsiyyət etmişdir.[2]

  1. 1 2 3 4 Gerard Swope // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Encyclopaedia Judaica
  • Encyclopaedia Judaica (ingiliscə). XIX cild (2-ci nəşr). ABŞ: Gale. 2007. 740. ISBN 978-0-02-865947-3. İstifadə tarixi: 3 avqust 2022.