Gömrük rüsumu
Gömrük rüsumu — Malların gömrük dəyərinə görə faizlə hesablanması. Tətbiq olunduğu obyektə görə rüsumlar idxal, ixrac və tranzit rüsumlarına bölünür. İdxal rüsumları əsasən, idxal olunmuş mallar daxili bazarda sərbəst dövriyyə üçün buraxıldığı hallarda tətbiq olunur. Bu rüsumlar demək olar ki, bütün ölkələr tərəfindən daxili bazarın xarici rəqabətin zərərli təsirindən qorunması məqsədi ilə tətbiq olunur.[1]
İxrac rüsumu
[redaktə | mənbəni redaktə et]İxrac rüsumları nisbətən az, əsas etibarı ilə strateji əhəmiyyətli məhsulların ixracı samanı tətbiq olunur.ABŞ da ixrac rüsumlarının tətbiqi konstitusiya ilə qadağan olunur.[1]
İdxal rüsumu
[redaktə | mənbəni redaktə et]İdxal rüsumlarının ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsiri müxtəlif olub ölkənin dünya təsərrüfatındakı iqtisadi çəkisi ilə müəyyən olunur. Qeyd etmək lazımdır ki, o ölkələrin iqtisadiyyatı kiçik hesab olunur ki, bu ölkədə idxal mallarına tələbin dəyişməsi dünya qiymətlərinin dəyişməsinə səbəb olmur. Azərbaycan iqtisadiyyatının da kiçik iqtisadiyyat olduğunu nəzərə alaraq idxal rüsumlarının kiçik iqtisadiyyatlara təsirini araşdıraq. Məlumdur ki, idxal mallarına rüsumların tətbiqi daxili bazarda bu malların qiymətini artıracaq. Nəticədə həmin malların ölkə daxilində istehsalı artacaq, idxal mallarına tələb isə azalacaq.Bu idxalın həcminin azalmasına səbəb olacaq, çünki, daxili təkliflə daxili tələbin həcmi arasındakı fərq azalır.[1]
Tranzit rüsumu
[redaktə | mənbəni redaktə et]Tranzit rüsumları nadir hallarda, əsasən ticarət müharibəsi vasitəsi kimi tranzitlərə tətbiq olunur.
Spesifik rüsum
[redaktə | mənbəni redaktə et]Spesifik rüsumlar malın vahid miqdarına görə konkret məbləğ şəklində müəyyən edilir. Bu rüsumların müsbət cəhəti hesablanmasının sadəliyi və sui –istifadə hallarının mümkün olmamasıdır. Ancaq bu halda müdafiə səviyyəsi malın qiymətinin dəyişməsindən çox asılı olur.Malların idxal qiymətlərinin artması daxili bazarın spesifik rüsumlarla müdafiəsi səviyyəsinin aşağı düşməsinə səbəb olur və əksinə, idxal qiymətlərinin enməsi ilə müdafiə səviyyəsi yüksəlir.
Kombinə edilmiş rüsum
[redaktə | mənbəni redaktə et]Kombinə edilmiş rüsumlarda əvvəlki iki üsulun qarışığı istifadə olunur. Rüsum normasının növünə görə rüsumlar – daimi və dəyişən rüsumlara bölünür.
Daimi rüsum
[redaktə | mənbəni redaktə et]Daimi rüsumlar –dövlət tərəfindən birdəfəlik müəyyən olunur və şəraitdən asılı olaraq dəyişmir.
Dəyişən rüsum
[redaktə | mənbəni redaktə et]Dəyişən gömrük rüsumları – dövlət tərəfindən müəyyən olunmuş şərtlər daxilində (dünya qiymətlərinin dəyişməsi, dövlət subsidiyalarının səviyyəsindən asılı olaraq) dəyişən rüsumlardır. Bu rüsumlar çox nadir hallarda, məsələn, Avropa İttifaqı da vahid kənd təsərrüfatında tətbiq edilir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 "Dövlət Gömrük Komitəsi". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-10.