Gamereactor
Gamereactor | |
---|---|
| |
Növ | Videooyunlar |
Dövrilik | ildə 10 dəfə |
Tiraj | 100 000 |
Təsisçi |
Morten Reyçel Klaus Reyçel |
Təsis tarixi | 1998 |
Şirkət | Gamez Publishing[1] |
Ölkə | Danimarka |
Qərargah | Strandveyen 72, 2900 Hellerup, Danimarka |
Dil | ingilis dili, Danimarka dili, İsveç dili, Norveç dili, fin dili, alman dili, fransız dili, italyan dili, ispan dili, portuqal dili |
ISSN | 1653-3356 |
gamereactor.eu | |
Vikianbarda əlaqəli mediafayllar |
Gamereactor — videooyunları əhatə beynəlxalq onlayn jurnal. 1998-ci ildə Morten Reyçel və Klaus Reyçel tərəfindən Danimarkada təsis edilən jurnal ilk dövrlərdə "Gamez.dk" adı altında fəaliyyət göstərirdi.
Tarix
[redaktə | mənbəni redaktə et]Jurnal və sayt 1998-ci ildə Morten Reyçel və Klaus Reyçel tərəfindən Danimarkada "Gamez.dk" adı altında təsis edilmişdir. "Gamez.dk" 2002-ci ildə "Gamereactor.dk/.se/.no" saytlarını "Egmont Digital" şirkətindən satın almışdır. 2001-ci ildə onlar Norveçdə daha sonra isə İsveçdə "Gamereactor Magazine" jurnalını nəşr etməyə başladılar. "Gamereactor Magazine" jurnalı 2007-ci ildən bəri Finlandiyada da nəşr edilir. 2009-cu ildə jurnalın alman dilindəki, 2010-cu ildə italyan dilindəki, 2013-cü ildə isə portuqal dilindəki saytı fəaliyyətə başlamışdır. "Gamereactor" saytının fransız dilindəki versiyası 2016-cı ilin noyabr ayından, Niderland dilindəki versiyası 2017-ci ilin yanvar ayından, Çin dilindəki versiyası isə 2018-ci ilin yanvar ayında bəri fəaliyyət göstərir. 1 sentyabr 2008-ci ildə "Gamereactor" saytının ingilis dilindəki versiyası "Gamereactor International" adı altında fəaliyyətə başlamışdır. Bu sayt videooyun sənayəsi haqda xəbərlər, rəylər, gözdən keçirmələr paylaşırdı. Jurnal 2013-cü ildə Böyük Britaniyada nəşr edilməyə başlamışdır.[1]
Jurnalın hər il 10 nömrəsi nəşr edilir. Onlar Danimarka, İsveç, fin, Norveç, alman və ingilis dillərində nəşr edilir. Saytın mobil,[2] PlayStation 4[3] və Xbox One[4] platformaları üçün nəzərdə tutulmuş applikasiyaları da mövcuddur.
2004-cü ildə "Gamereactor" jurnalının incəsənət üzrə direktoru Piter Heqevall İsveçin ən böyük dizayn mükafatlarının birinə nominasiya olmuşdur.[5] 2013-cü ildə Böyük Britaniyada fəaliyyət göstərən "Gamereactor Magazine" jurnalı Oyun KİV Mükafatlarında ən yaxşı nəşr edilən jurnal mükafatına,[6] 2015-ci ildə isə jurnalın redaktor heyəti ən yaxşı redaktor heyəti mükafatına nominasiya olmuşdur.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 LIBRIS 9376533
- ↑ Şah, Keval. "Gamereactor introduces iPhone app". Mobiletor.com. 13 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2018.
- ↑ "Gamereactor launches PlayStation 4 app today". Gamereactor.eu. Gamereactor. 17 dekabr 2014. 7 aprel 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2018.
- ↑ "The Gamereactor app is now available on Xbox One". Gamereactor.eu. Gamereactor. 7 sentyabr 2016. 1 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2018.
- ↑ "Gamereactor". Revolvy.com. 13 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2018.
- ↑ "Games Media Awards 2013: The Finalists". MCV. 1 avqust 2013. 13 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2018.
- ↑ "The Games Media Awards are tonight - here's what you need to know". MCV. 14 oktyabr 2015. 13 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2018.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]gamereactor.eu — "Gamereactor" jurnalının rəsmi saytı
- Əlifba sırasına görə jurnallar
- 1998-ci ildə yaradılmış jurnallar
- Birləşmiş Krallıq videooyun jurnalları
- Danimarka videooyun jurnalları
- Finlandiya videooyun jurnalları
- Almaniya videooyun jurnalları
- İtaliya videooyun jurnalları
- İspaniya videooyun jurnalları
- Yaponiya videooyun jurnalları
- Çin videooyun jurnalları
- 1998-ci ildə yarananlar