InfoWorld
InfoWorld | |
---|---|
Təsis tarixi | 1978 |
Ölkə | |
Dil | ingilis dili[1] |
ISSN | 0199-6649 |
infoworld.com |
"InfoWorld" (əvvəllər "The Intelligent Machines Journal") — ABŞ informasiya texnologiyaları jurnalı. 1978-ci ildə əsası qoyulmuş, aylıq jurnal kimi fəaliyyətə başlamışdır. 2007-ci ildə şirkət jurnalı yalnız onlayn nəşr etmək qərarına gəldi. Sahibi "International Data Group" şirkətidir. "InfoWorld"un baş qərargahı San-Fransiskoda yerləşir.[2]
Yarandığı gündən "InfoWorld"un əsas oxucuları informasiya texnologiyaları və biznes mütəxəssisləri olmuşdur. "InfoWorld" öz diqqətini təcrübəli texnoloji jurnalistlərin və praktiki təcrübəçilərin praktiki, analitik və redaksiya məzmununa yönəldir. Sayt ayda orta hesabla 4,7 milyon, ayda 1,6 milyon unikal ziyarətçi əldə edir.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]"InfoWorld" 1978-ci ildə Cim Vorren tərəfindən "Intelligent Machines Journal" adı altında təsis edilmişdir.[4] Jurnal 1979-cu ilin sonlarında onu "IDG"yə satılmışdır. Növbəti ilin əvvəlində jurnalın adı "InfoWorld" olaraq dəyişdirilmişdir. 1986-cı ildə Robert Krinqli rubrikasına start verilmişdir.[5]
"Ethernet"in ixtiraçısı Robert Metkalf 1991–1996-cı illərdə jurnalı baş direktoru və naşir olmuşdur. O, 2000-ci ilə qədər jurda həftəlik köşə yazısı dərc etdirmişdir. Jurnal sırf internetə keçdiyi üçün son çap nəşri 2 aprel 2007-ci il tarixində buraxılmışdır.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 0199-6649
- ↑ "About Us" (ingilis). 2019-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ "Media Kit: Delivering Marketing ROI" (PDF) (ingilis). 2016-07-01. 2017-02-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-02.
- ↑ Harry McCracken. "The Twelve Greatest Defunct Tech Magazines Ever". Technologizer (ingilis). 2008-11-20. 2008-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ "InfoWorld, том 8, №1, стр. 18". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
- ↑ InfoWorld Through the Years, InfoWorld. Google Books.