Kivilər
Naviqasiyaya keç
Axtarışa keç
Kivilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Kivilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Kivilər, qanadsızlar (lat. Apterygiformes) — tilsiz quşlar dəstəsi.
Qanadları zəif inkişaf etmişdir; quyruqsuzdur, ayaqları güclü, caynaqları itidir. Yumşaq lələkləri bədənini eyni dərəcədə örtür. Dimdiyi uzundur. Burun dəlikləri dimdiyinin ucundadır. Gözləri xırdadır. Kivilərin kütləsi 1,4—4 kq-a qədərdir. Kegə quşlarıdır. Yaxşı eşidir və qoxu bilir. 3 növü var. Yeni Zelandiyada yayılmışdır. Rütubətli həmişəyaşıl meşələrdə çox gizli halda yaşayırlar. Yuvasına və ya ağac kökləri altına 1—2 yumurta qoyur. 6—7 həftə kürt yatır. Bir həftəlik balalar sərbəst yemlənir. Cücülər, qurd, giləmeyvə ilə qidalanır. Yeni Zelandiyaya gətirilmiş itlər, pişiklər və s. heyvanlar kiviləri tələf etdiyi üçün sayı çox azalmışdır. Mühafizə olunurlar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4