Mübariz Əhmədov (kimyaçı)
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mübariz Əhmədov | |
---|---|
Mübariz Məcid oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi | |
İş yerləri | AMEA, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu. |
Mübariz Əhmədov (4 noyabr 1945, Qazax) — Azərbaycanın alimi, texniki elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1996–2002), AMEA Kimya Problemləri İnstitutunun direktor müavini (2002–2014), "Şöhrət" ordenli. Alim tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlardan metan və onun konversiya məhsulları ilə reduksiya etməklə qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanıb və SSRİ Dövlət Elm və Texnika Komitəsinin qərarı ilə Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə "Böyük Vətən Müharibəsi qələbəsinin 20 illik" Yubiley medalı və "Əmək veteranı" medalı ilə təltif olunub.
Onlar tərəfindən təklif olunmuş texnoloji sxem bəzi makrokomponentlərlə yanaşı (Fe, S, Cu, Zn, Pb) həm də qiymətli mikrokomponentlərin (Ga, In, Ar, Ag, Cd) ayrılmasını təmin edir. Alunit filizin təkmilləşdirmə emalı əsasında, qiymətli produktların (Al 2O3 Al2(SO4)3, H2SO4, V, Ga və s.) alınmasının texnoloji prosesi alınıb və sınaqdan keçirilib. Elementar kükürdün metanın və onun konversia produktları ilə (CO+H2). katalitik və termiki bərpasının nəzəri və praktiki aspektləri hazırlanılıb. Alınmış nəticələr Norilsk (mis) zavodunun dağ-metallurg kombinatında tətbiq olunub(Rusiya Federasiyası). Bakı və Şirvan istillik elektrostansiyasında mazutun yanma nəticəsində alınmış kül qalıqlarından vanadiyin ayrılması prosesini tərtib edib. Yüksək effektli metalseolit katalizator su buxarlı karbonturşulu metanın sintez qaza çevrilməsi tərtib olunmuşdur[1]. Həmçinin bir sıra qiymətli məsüllarının (Al 2O3, Al2(SO4)3, NaK(SO4)2-(MgO, MgCl2, CaO, CaCl2) gildən və növlərindən hazırlanması prosesi tırtib olunmuşdu. M. M. Əhmədov 360-dan çox elmi məqalənin 20 müəllifi şəhadətnaməsi və patentin müəllifidir. Onun rəhbərliyi altında 21 nəfər kimya üzrə fəlsəfə doktoru 2 elmlər doktoru hazırlanılıb.
Mükafatlar
[redaktə | mənbəni redaktə et]- "Şöhrət Ordeni".
Seçilmiş elmi işləri
[redaktə | mənbəni redaktə et]- 1. М. М. Ахмедов, Э. А. Теймурова. "Переработка высокожелезистых сульфидных свинцовых концентратов". Баку. XXI — YNE. 2008. 252 c. 2. М. М. Ахмедов, Е. Б. Гахраманова, А. И. Агаев. Термическое восстановление кислородсодержащего сернистого газа метаном. Журн. Хим. пром., № 6, 2014, с. 10–12 3. E. A. Teymurova, M. M. Ahmadov, S. R. Salimova, N. I. Abbasova. Extractive-photometric method for the determination of silver in the lead concentrates of polymetallic ores. Austrian Journal of Technical and Natural Sciences, № 9–10, 2014 4. S. T. Jafarova, M. M. Akhmadov, A. G. Belous, E. V. Pashkova, V. P. Ivanitski. Phase composition of the ferrite catalyst with the spinel structure and its catalytic activity in the water-gas shift reaction of carbon monoxide. Russian Chemical Bulletin, 2015, issue 2, pp. 332–336. 5. Э. А. Теймурова, М. М. Ахмедов, И. Г. Меликова, Б. С. Валиев. Исследование кинетики окислительно-агломерирующего обжига высокопиритистой свинцовой шихты.//Химическая промышленность. Т. 92, № 3, 2015, с.87–93 6. Теймурова Э. А., Ахмедов М. М., Гейдаров А. А., Велиев Б. С., Касумова Н. М., Джафарова С. Т., Меликова И. Г., Кули-заде Э. С., Бехбудова С. К. Современное состояние и тенденции развития мирового производства и потребления свинца. //Химическая промышленность. 2016. № 2. С. 98–108.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Рустамова С. Т., Аббасова Н. И., Ахмедов М. М. и др. Использование природного цеолита — клиноптилолита для создания катализаторов углекислотной конверсии метана в синтез-газ // Химическая промышленность сегодня, 2010, № 1, стр.9–13.