48°10′26″ şm. e. 16°23′18″ ş. u.HGYO

Mərkəzi Avropa Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mərkəzi Avropa Universiteti
CEU
Central European University
Loqonun şəkli
Mərkəzi Avropa Universitetinin loqosu
Xəritə
48°10′26″ şm. e. 16°23′18″ ş. u.HGYO
Əsası qoyulub 1991
Tip Özəl
Rektor Con Şatak
Tələbə sayı 1,600
Şəhər Budapeşt
Ölkə
Ünvan Nador u. 9, 1051 Budapest, Hungary
Sayt ceu.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən MərkəziŞərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyətdemokratiyanın inkişafına töfhə məqsədilə yaradılmışdır. Universitetin kampusları VarşavaBudapeştdə yerləşir.

Bu gün MAU – 110-dan çox ölkədən[1] olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.[2] 30 ölkədən təxminən 100 professor MAU-da dərs deyir. Bundan əlavə MAU mütəmadi olaraq başqa ali təhsil müəssisələrindən professorları universitetdə mühazirə demək və seminar keçirməyə dəvət edir.

Universitet humanitar və sosial elmlər sahəsində beynəlxalq səviyyədə tanınmış ABŞMacarıstan akkreditasiyalı magistrdoktorluq dərəcəsini verən təhsil müəssisəsidir.

Con Şatak, Mərkəzi Avropa Universitetinin Prezidenti və Rektoru
border=none Əsas məqalə: Con Şatak

1 avqust 2009-cu ildən etibarən MAU-nun keçmiş rektoru Yehuda Elkananı insan hüquqları üzrə görkəmli hüquqşünas Con Şatak əvəz etdi.[3] Hazırda bu universitetin prezidenti və rektoru Con Şatakdır. O daha əvvəl Harvard Universitetinin vitse-prezidenti, ABŞ-nin Çexiyada səfiri, ABŞ Prezident kitabxanasının Baş İcraçı Direktoru vəzifələrində işləyib, Ruanda və keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Kriminal Tribunallarının qurulmasında əhəmiyyətli rol oynayıb, Kembric və Yel Universitetlərinin məzunudur.

Missiyası və tarixi

[redaktə | mənbəni redaktə et]

MAU-nun əsasını qoymaq ideyası xorvat şəhəri – Dubrovnikdə keçirilmiş mühazirə seriyası zamanı yaranmışdır. MAU qərb nümunəli universitet olub, açıq cəmiyyət ideyasına əsaslanan və Avropanın post-kommunist ölkələrində siyasi, sosial və iqtisadi dəyişikliklərin öyrənilməsinə həsr edilməli idi.

Hazırda MAU beynəlxalq tanınmış universitet olmaqla yanaşı, həm də tədqiqat və analitik mərkəz kimi öz məzunlarını siyasi və akademik sferalarda liderliyə və innovasiyaya hazırlayır. MAU gender araşdırmaları və ekoloji siyasət üzrə Şərqi Avropada magistr proqramı açmış ilk universitetdir.[4]

MAU Mərkəzi və Şərqi Avropa, eləcədə keçmiş SSRİ ölkələrində açıq cəmiyyət ideyasının inkişafını tələbə və akademik mühit vasitəsilə dəstəkləyir. Burada fərziyyə və praktiki ideyalar kritik və müqayisə analizi olaraq yaradıcılıqla inkişaf etdirilir. Bununla bərabər inkişaf etməkdə olan ölkələrdə demokratik ideyalar yayıldıqca MAU bu ölkələrdən olan tələbələrə maliyyə dəstəyi təqdim etməyə başladı.

14 oktyabr 2007-ci ildə Corc Soros MAU Şura sədri vəzifəsindən istefa verir. Direktorlar şurasının yeni sədri 2 illik müddətə Leon Botşteyn seçilir. Hazırda Corc Soros MAU Şurasının fəxri sədridir.

Akkreditasiyası

[redaktə | mənbəni redaktə et]

Universitetin ilk qeydiyyatı ABŞ-dədır. Macarıstanda bu universitet özəl fəaliyyət göstərən universitet kimi qeydiyyatdan keçib və Macarıstan Akkreditasiya Komitəsi tərəfindən 2004-cü ildə akkreditasiya olunub.[5][6]

Departament və proqramları

[redaktə | mənbəni redaktə et]

Departamentlər

[redaktə | mənbəni redaktə et]
Mərkəzi Avropa Universitetinin girişi

Dərəcə proqramları

[redaktə | mənbəni redaktə et]

Bir illik magistr dərəcə proqramları

[redaktə | mənbəni redaktə et]

İki illik magistr dərəcə proqramları

[redaktə | mənbəni redaktə et]

Doktorluq proqramları

[redaktə | mənbəni redaktə et]

Xüsusi proqramları

[redaktə | mənbəni redaktə et]

Universitet fakültə üzvləri və mütəxəssislər üçün xüsusi proqramlar da həyata keçirir:[8]

MAU Yay Universiteti

[redaktə | mənbəni redaktə et]

MAU-nun Yay Universiteti Mərkəzi və Şərqi Avropada humanitar və sosial elmlər üzrə gənc tədqiqatçılar üçün ən əhəmiyyətli akademik proqramıdır. 1996-cı ildə MAU Yay Universiteti 269 nəfərlik heyəti və 516 iştirakçını əhatə edib. Bir çox iştirakçılar təhsil haqlarından və digər iştirak xərclərindən azad ediliblər, onların çoxu akademik işlə məşğul olan gənclərdirlər (təhsilini başa vurmuş tələbələr, təhsil işçiləri, tədqiqatçılar və s.). Bu yay universiteti nəticəsində onlar öz tədqiqatlarını təkmilləşdirmək, tədris kurslarını inkişaf etdirmək, təhsildə müxtəlif metodlardan istifadə etmək, beynəlxalq elmi və peşəkar şəbəkələr çıxış əldə etmək barədə zəngin məlumat əldə ediblər.[12]

Mərkəzi Avropa Universitetinin kitabxanası Şərqi Avropada sosial və humanitar elmlər sahəsində rəqəmsal və qeyri-rəqəmsal kolleksiyalara malik ən böyük ingilis dilli kitabxanalardandır. Kitabxanada 255 000-dən çox müxtəlif formatda sənədlər və əksər akademik məcmuələrə daxil olma imkanları var.[13]

Açıq Cəmiyyət Arxivləri (ACA) soyuq müharibə dövrünü araşdıran dünyada ən aparıcı elmi-tədqiqat müəssisələrindən biridir. Arxiv kommunist dövrünü əhatə edən siyasi, sosial, iqtisadi və mədəni həyatı ilə bağlı geniş materiallara sahibdir. Kolleksiya özündə Azadlıq Radiosunun arxivi və stenoqram yayımını, həmçinin Mərkəzi və Şərqi Avropada kommunizm dövründə qadağan edilən material və dünyanın ən böyük samizdatlarını birləşdirir. Arxivdə həmçinin insan hüquqlarıhərbi cinayətlərə dair daim çoxalan audio və videomaterial sənədləri daxil edilir.

Reytinqlərdə yeri

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Avropa Universiteti 2011-ci ildə "QS World University Rankings" tərəfindən hazırlanmış təhsil istiqamətləri üzrə dünya reytinqində Siyasət və Beynəlxalq münasibətlər sahəsində ən yaxşı 51–100,[14] Fəlsəfə üzrə 101–150[15] və Sosiologiya üzrə 151-200-cü yerləri bölüşdürür.[16] Ümumiyyətlə götürdükdə isə 2011-ci ildə universitet bu reytinqdə dünyada 372-ci yerdə qərarlaşıb[17]

Alman qəzeti Die Zeitin tətqiqatlarına əsasən universitetin Siyasi Elmlər departamenti Avropada ən yüksək beş eyniadlı proqramdan biridir.[18][19] Universitetin Hüquqi Tədqiqatlar departamenti Çexiya qəzeti Lidove noviny tərəfindən Mərkəzi Avropada ilk yerə layiq görülüb. Sorğu Avstriya, Çexiya, Polşa, Slovakiya, AlmaniyaMacarıstan universitetlərini əhatə edib.[20] QS TOPMBA sorğusunda Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi Avropada ən yaxşı 20 biznes məktəb siyahısında yer alıb.[21] Bu yaxınlarda həmin resursda çıxmış məlumatda qeyd edilir ki, bu biznes məktəb AvstriyaAlmaniya da daxil olmaqla Avropada beynəlxalq və regional şirkətlər tərəfindən ən çox baxılan biznes məktəbdir.[22][23]

"Magyar Rektori Konferencia" tərəfindən hazırlanmış son hesabatda MAU heyəti adambaşına düşən beynəlxalq nəşrlərin sayına görə Macarıstanda birinci yerdədir. Universitet həm də Avropa Birliyinin Tədqiqat və Texnoloji İnkişaf Proqramları çərçivəsində tədqiqat qrantlarının sayına görə ölkədə birinci yerdə qərarlaşıb. Avropa Tədqiqat Şurasının Başlanğıc Qrantları (Avropada gənc tədqiqatçılar üçün ən prestijli qrantı hesab olunur) çərçivəsində Mərkəzi və Şərqi Avropadan ümumi qalib gəlmiş 8 qrantdan 3-ü Macarıstana verildi (bu, regionda ən yüksək göstəricidir), onlardan da ikisi MAU heyətinə layiq görüldü.[12]

MAU Nəşriyyatı (CEU Press) Mərkəzi və Şərqi Avropada ingilisdilli ən böyük nəşriyyatdır. 1993-cü ildə yaradılmasından bu vaxta qədər iqtisadiyyat, sosial, regionda siyasi dəyişikliklər barədə kitabların nəşrinə əvəzsiz töhfə verib.[12]

Qəbul qaydaları

[redaktə | mənbəni redaktə et]

Tələb olunan sənədlər

[redaktə | mənbəni redaktə et]

Universitetə qəbul qaydaları bir çox AvropaAmerika universitetlərinə qəbul qaydaları ilə oxşardır. Bütün departamentlərə qəbul zamanı aşağıdakı sənədlər tələb olunur:[24]

Qeyd edək ki, qəbul şərtləri departamentlər və proqramlar üzrə fərqlənir.[25]

Təqaüdlər və maliyyə dəstəyi

[redaktə | mənbəni redaktə et]

Universitetdə təhsil haqları kifayət qədər yüksəkdir,[26] lakin qəbul zamanı təqdim edilmiş sənədlərə və imtahanların nəticələrinə əsasən Mərkəzi Avropa Universiteti əksər tələbələrinə müxtəlif növ təqaüdlər və maliyyə yardımları edir.[27] Çoxillik proqramlarda oxuyan tələbələrin il ərzində göstəricilərinə əsasən həvəsləndirilmə məqsədi ilə növbəti ildə daha artıq təqaüd qazanmaq imkanı var. Universitetdə "Məzun təqaüdü" proqramı da var. Bu təqaüdə əsasən MAU-nun məzunlarının öz universitetlərinə ödədiyi ianələr hər il toplanaraq bir neçə tələbənin təhsilinə xərclənir. Bu təqaüdlərə müraciət etmək üçün MAU-nun onlayn ərizə formasında müvafiq məlumatları doldurmaq tələb olunur. Həmçinin universitet tələbələri universitetdənkənar təqaüd proqramlarına da sənəd verə bilərlər.[28] Qeyd edək ki, təqaüdlərə seçim şərtləri departamentlər və proqramlar üzrə müxtəlifdir.[29]

2011-2012-ci tədris ilində 153 tələbə MAU-nun təhsil haqlarından tamamilə, 5 tələbə isə təhsil haqqının bir hissəsindən azaddır. Bu tələbələrin 123 nəfəri isə tam və ya müəyyən qədər təqaüdlə də təmin olunurlar.[12]

Dünyada məşhur olan əməkdaşlarından bəziləri

[redaktə | mənbəni redaktə et]
Mərkəzi Avropa Universitetinin binası

Görkəmli məzunlarından bəziləri

[redaktə | mənbəni redaktə et]

Digər fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Avropa Universiteti tədris proqramları ilə bərabər beynəlxalq səviyyəli tədbirlər keçirirək həyatın bütün sahələrində azadlığı təbliğ edir. 2010-cu ilin 20-22 sentyabrında bu universitetin Google ilə birgə keçirdiyi "Azadlıqda İnternet 2010" adlı tədbir bütün dünyanın diqqətini çəkib.[30]

Universitetdə 100-dən çox ölkədən 1600-ə yaxın tələbə təhsil alır, 30-dan çox ölkədən olan 300-ə yaxın personal işlədiyir[31]. Bu səbəbdən universitet mədəniyyətlərarası dialoqa geniş diqqət ayırır. Buna görə hər il Beynəlxalq Mədəniyyət Festivalı keçirilir. 2011-ci ildə keçirilmiş bu festivalda Azərbaycan da təmsil olunub.[32]

Bəzi faktlar və rəqəmlər

[redaktə | mənbəni redaktə et]

Hazırkı icması

[redaktə | mənbəni redaktə et]

Akademik göstəriciləri

[redaktə | mənbəni redaktə et]
  1. "Ceu.hu – Welcome from the President and Rector". 2012-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  2. 1 2 "Ceu.hu – Facts and figures". 2011-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  3. "Ceu.hu -John Shattuck Commences Term as New CEU President and Rector". 2011-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  4. "Ceu.hu – Mission and History". 2014-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  5. "Bard College: About CEU and Budapest". 2008-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  6. "Ceu.hu – Accreditation". 2012-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  7. "Central European University – Programs". 2014-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-19.
  8. "Ceu.hu – Programs for Faculty and Professionals". 2011-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  9. "Special Projects Office". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  10. "CEU Summer University". 2010-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-21.
  11. "Curriculum Resource Center". 2011-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  12. 1 2 3 4 "Central European University - Contributions to Hungary" (PDF). 2015-09-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-03-03.
  13. "CEU Library Webpage: Mission Statement". 2008-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-20.
  14. "New QS World University Rankings by Subject 2011 Politicals and International Studies". 2015-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
  15. "New QS World University Rankings by Subject 2011 Philosphy". 2011-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
  16. "New QS World University Rankings by Subject 2011 Sociology". 2011-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
  17. "Topuniversities.com - Central European University". 2011-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-19.
  18. "Excellence Group: Political Science". 2010-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  19. "CEU Ranked Before Oxford, Corvinus Ranked Before the University of Vienna". 2010-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  20. "Arxivlənmiş surət". 2012-08-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  21. "Global 200 Top Business Schools Report 2010". 2010-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  22. "Top Business Schools in Europe". 2012-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  23. "Central European University Business School is viewed as the most popular business school in Central Europe (including Germany and Austria) by international and regional employers, according to the 2010/11 results of QS TOPMBA.com research". 2011-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  24. "Ceu.hu – How to apply". 2013-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  25. "Ceu.hu – Admissions Requirements". 2014-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  26. "Ceu.hu – Tuition and fees". 2014-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  27. "Telebe.az – Rəşad Mehbaliyev: "Təsəvvür edə bilmirəm ki, orada müəllimə necə rüşvət vermək olar"". 2011-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-17.
  28. "Ceu.hu – Financial Aid". 2011-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  29. "Ceu.hu – Eligibility for financial aids". 2011-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  30. "Rəşad Mehbaliyev, "Azadlıqda İnternet 2010"". 2013-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
  31. "Study in Hungary – Central European University". 2011-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  32. "Rəşad Mehbaliyev, Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında azərbaycanlı tələbələr də iştirak ediblər – FOTO". 2011-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-14.
  33. "MAU Biznes Məktəbinin veb saytı". 2015-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  34. "Ceu.hu – CEU Research Centers". 2014-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.
  35. "Ceu.hu – Schools and Departments". 2014-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]