Mannı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Mannı, manna[1] və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır.[2] Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur.[3]

Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, HindistanPakistan kimi ölkələrdə mannı halvasıƏrəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.

  1. "Dini terminlər lüğəti". 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-06.
  2. "Semolina – Definition". Merriam-Webster. 2017-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
  3. Краткая энциклопедия домашнего хозяйства, 1960

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]