Markus Volf

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Markus Volf
alm. Markus Wolf
Doğum adı Markus Johannes Wolf
Doğum tarixi 19 yanvar 1923(1923-01-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 noyabr 2006(2006-11-09)[3][1][…] (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Fridrixsfelde mərkəzi qəbiristanlığı[d]
Fəaliyyəti yazıçı, jurnalist, kəşfiyyatçı
Mükafatları ADR Əmək Qəhrəmanı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Karl Marks" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Markus Volf (19 yanvar 1923[1][2][…], Hexingen[d][4]9 noyabr 2006[3][1][…], Berlin[4]) — yazıçı, jurnalist.

Hohenzollern əyalətinin (indi Baden-Württemberg) Hechingen şəhərində anadan olan Wolf yazıçı və həkim Friedrich Wolfun oğlu və rejissor Konrad Wolfun qardaşıdır. Atası Almaniya Kommunist Partiyasının üzvüdür. Adolf Hitler hakimiyyətə gəldikdə, kommunizmə olan meylləri və yəhudi mənşəli olduqlarına görə İsveçrə yolu ilə Fransaya, daha sonra Moskvaya mühacirət etmişdirlər.

Sürgün illərində alman Karl Libknext məktəbinə, daha sonra bir rus məktəbinə getmişdi. Moskva Aviasiya İnstitutunun təyyarə mühəndisliyi şöbəsinə daxil olub. Almanlar Barbarossa əməliyyatı ilə Sovet İttifaqına hücum edəndə Alma Ataya qaçdı. Kominternə üzv oldu, düşmən xətlərinin arxasında fəaliyyət göstərmək üçün təlim görmüşdür.

İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra, Sovet işğalı bölgəsindəki bir radiostansiyada işləmək üçün Valter Ulbrichtin də daxil olduğu bir qrupla jurnalist kimi Berlinə göndərildi. Nasist liderlərinin mühakimə olunduğu Nürnberq Məhkəmələrini izləyən jurnalistlər arasında idi.

1953-cü ildə 30 yaşında Təhlükəsizlik Nazirliyinin Xarici Kəşfiyyat Xidmətinin qurucuları arasında idi. Kəşfiyyat rəisi olaraq, Wolf, Qərbi Alman hökumətinə, siyasi və işgüzar dairələrə casuslar vasitəsi ilə nüfuz etməkdə böyük bir uğur əldə etmişdi. Bunun ən vacib nümunəsi kansler Willy Brandtın vəzifədən getməsi ilə nəticələnən Günter Guillaumenin deşifrə edilməsidir. Heç vaxt ələ keçmədiyinə görə üzü olmayan bir insan kimi məşhurlaşmışdı. Şərqi Almaniya Kəşfiyyat İdarəsinin rəhbərinin görünüşünün 1978-ci ildə İsveç səfəri zamanı foto çəkilməyincəyə qədər Qərb xüsusi xidmət orqanlarına məlum olmadığı deyilir. Bu ziyarətdən sonra Şərqi Almanialı mühacir Werner Stiller, Qərbi Almaniyanın əks-kəşfiyyatına şəkildəki adamın axtarılan Markus Wolf olduğunu bildirir. Ancaq bu iddia tamamilə doğru deyildir, çünki 1959-cu ildə CIA Nürnberq Məhkəmələri iştirakçılarının fotoşəkillərindən Wolfu müəyyən etmişdir.

1986-cı ildə təqaüdə çıxdı və mərhum qardaşı Konradla 1930-cu illərdə Moskvaya gəlmələri haqqında bir xatirələrini yazdı. Troyka kitabı eyni gündə Şərqi və Qərbi Almaniyada çıxdı. Wolf Şərqdəki insanlar üçün dəyişiklik simvolu idi, çünki Mixail Qorbaçovun GlasnostPrestroika siyasətlərini dəstəkləyirdi. Kəşfiyyat idarəsindəki xələfi isə Werner Grossmann olmuşdur.

Almaniyanın birləşməsindən qısa müddət əvvəl ölkədən qaçdı. RusiyaAvstriyadan siyasi sığınacaq istədi, lakin rədd edildi. Almaniyaya qayıdarkən Alman polisi tərəfindən tutuldu. Wolf, ABŞ-a siyasi mühacirət etmək haqqında CIA-nın təklifindən imtina etdiyini iddia etmişdi. 1993-cü ildə Düsseldorf Ali Dövlət Məhkəməsi tərəfindən vətən xaini olduğuna görə mühakimə olundu və 6 il həbs cəzasına məhkum edildi. Daha sonra bu hökm Federal Cinayət Məhkəməsi tərəfindən ləğv edildi, çünki Wolf o zaman müstəqil Almaniya Demokratik Respublikasının ərazisində işləyirdi. 1997-ci ildə qanunsuz həbs etmək, məcbur etmək, fiziki işgəncə verməkdə günahkar bilinir və 2 il azadlıqdan məhrum edilir. O, atom casusu olmaqda ittiham olunan keçmiş Qərbi Almaniya (SPD) siyasətçisi Pol Gerhard Flämig əleyhinə ifadə verməkdən imtina etdiyinə görə əlavə olaraq üç günlük həbs cəzasına məhkum edilmişdi. Wolf, xatirələrində haqqında danışdığı casusun Flämig olmadığını iddia etmişdir.

1950-1980-ci illər arasında Qərb ölkələrində 4000-ə yaxın agent yerləşdirən Wolf, xüsusilə yaraşıqlı kişilər arasından agentlərini seçmişdi və dövlət idarələrində işləyən katibələrin zəif cəhətlərindən istifadə edərək onlardan istifadə etmişdir. Bu agentlərə Romeo agentləri də deyilir. Xatirələrində “Casusluq tarixinə keçsəm, bu, cinsi əlaqənin casusluqda istifadəsini təkmilləşdirməkdən ola bilər” demişdir.

Marcus Wolf 9 noyabr 2006-cı ildə 83 yaşında olarkən Berlindəki evində yuxuda olarkən ölmüşdür.

Qərbi Almaniyada Gehlen ORG-u qurduqdan sonra balansı qorumaq istəyən SSRİ tərəfindən təməlləri atılan STASI Şərq blokunda KQB-dən sonra ən çox qorxulan kəşfiyyat orqanı kimi tanındı.

STASI-yə məşhurluq qazandıran şəxs isə, tarixin ən bacarıqlı casus ustalarından general Markus Johanns Volf oldu. Kəşfiyyat dünyasında Michael Storm və ya Qurd Verner ləqəbilə də tanınan Volf 1923-cü ildə kommunist və yəhudi yazar Friedrich Volfun ailəsində, Almaniyada dünyaya gəlir. Ailənin Almaniyadakı nasist rejimdən canını qurtarmaq üçün Moskvaya qaçması nəticəsində kommunist mühitində böyüyür. Moskvadakı komintern məktəblərində təhsil alır, diplomat olmaq istəyir və 1945-ci ildə Moskvadakı Şərqi Alman Səfirliyinə birinci konsul olaraq göndərilir. Zəkası, topluma uyğunlaşması, detallar arasında bağlantı qura bilməsi və bir çox xüsusiyyətləri ilə diqqət çəkməyə başlayır.

Kəşfiyyatın Maradonası – Markus Volf. Onun bacarıqlarının fərqinə varanlar arasında Sovet diplomatiyasının öncüllərindən Aleksandr Paynuşkin və 30 il sonra KQB rəhbəri, hətta dövlət başçısı olacaq Yuri Andropov da vardı. Onlar Volfun qabiliyyətinin əsl casusda axtarılan keyfiyyət olduğunu anlamışdılar. Andropov Volfu 1945-ci ildəki məşhur Nürnberq məhkəməsini müşahidə etməyi tapşırır. Michael Storm adlı müxbir adıyla prosesləri izləyən Volfun müttəfiqlər haqqındakı bilgiləri KQB-nin o qədər xoşuna gəlir ki, tez-tez dünyanın müxtəlif bölgələrindəki Sovet səfirliklərində mədəniyyət və ya hərbi ataşşe kimi təyin edilirdi. Volfun o dövrdə Şərqi Alman kommunistlərinin nəzarətində olan Cənubi Yəməndəki fəaliyyətləri ilə, Səudiyyə Ərəbistanındakı monarxiyanı laxlatdığını deyənlər də var.

Qərbi Alman casus ustası Gehlen isə, Şərq blokunu hədəf alan əməliyyatları ilə, fırtına kimi əsirdi. Onun qarşısına ən az özü qədər bacarıqlı və anadan casus doğulmuş başqa bir alman çıxarılmalı idi. Beləliklə Markus Volf, KQB nəzarətində olan STASI-nin IX bölməsində – Qərbi Almaniya əməliyyat qrupunda vəzifəyə gətirilir. Qərbə sızma əməliyyatları ilə əldə etdiyi nailiyyətlərdən sonra Şərqi Alman Xəbəralma Təşkilatına (Hauptvervaltung für Aufklaerung) təyin olunur. Volfu əfsanəyə çevirən xüsusiyyəti, adamlarını istədiyi yerə hiss etdirmədən sızdırması idi. Bunun üçün digər ölkələrə yerləşən almanların sənədlərini ələ keçirir, daha sonra bu insanlara hər cəhətdən bənzəyən Şərqi Alman vətəndaşlarını taparaq casus kimi Qərbi Almaniyaya göndərirdi. Bu cür insanlar isə divarın o tərəfində diqqət çəkmirdi. Volf Qərbə agent yerləşdirmək istədikdə adətən bunu 3-cü ölkədən edirdi. Bəzən də olurdu ki, birbaşa Şərqi Almaniyadan Qərbə keçmək lazım gəlirdi. Belə olduqda isə SSD tərkibindəki Arbeitsgruppe Grenze (Sərhəd Əməliyyat Qrupu) adlandırılan istehkam qrupu sərhəd maneələrini aşaraq və tikanlı məftillərin altından tunel qazaraq, agentləri o tərəfə keçirir və beləcə izlər də silinirdi.

Gehlenin karyerasını sona çatdıran və kansler Konrad Adenauerin istefası ilə nəticələnən köstəbək Heinze Felfe bombasının memarı olan Volfu əfsanəyə çevirən digər bacarığı, başqa bir kansler, Villy Brandt-ın bürosuna qədər sızması idi. Yaxın tarixin ən böyük kəşfiyyat nailiyyətlərindən olan bu hadisənin arxasında Volfun zəkası qədər analitik qabiliyyəti də dururdu.

Bu hadisə həqiqətən də olduqca maraqlıdır. Belə ki, Brandt II Dünya müharibəsinin əvvəllərində nasistlərə qarşı yer altında mübarizə apararkən yaralanmış, kommunist həkim Max Guillaume tərəfindən müalicə olunmuşdu. Volf Guillaumenin Şərqi Almaniyada olduğunu və oğlu Guenterlə birlikdə yaşadığını öyrənir. Brandtın vicdani olaraq Guillaumeyə vəfa borcu vardı və Volf da bundan istifadə etmək istəyirdi. Beləcə, dahiyanə və bir o qədər də uzun vədəli plan hazırlanır.

Plana görə Guenter guya Şərqi Almaniyadakı təqibedici rejimdən qaçacaq, Guillaume də Brandta məktub yazaraq oğluna kömək etməsini, ona sahib çıxmasını istəyəcəkdi. Eynən hər şey gözlənilən kimi olur. Brandt həkimin oğluna təmsilçisi olduğu Sosial Demokrat Partiyasında hansısa bir idari vəzifə verir. Bu hadisənin üzərindən 13 il keçir və çalışqanlığı ilə diqqət çəkən Guillaume, 1969-cu ildə baş nazir olan Brandtın şəxsi katibi olur. 13 ildən sonra şəxsi katib. Həqiqətən də kəşfiyyat əfsanəsidir. Sonunda Volfun hörümçək toru kimi hördüyü plan, hədəfinə tam çatmışdı.

İngilislər tərəfindən deşifrə edildiyi 1974-cü ilə qədər kanslerin masasından keçən hər sənədi, Guillaume Şərqi Almaniyaya çatdırırdı. Skandalın partlaması ilə Qərbi Almaniya və Sovet bloku arasındakı əlaqələri inkişaf etdirmək cəhdlərinə görə, 1970-ci ildə Nobel mükafatı alan Brandt, istefa edir. Həqiqətən, demək olar ki, ABŞ və bütün Avropanın arxasında dayandığı, yardım etdiyi Qərbi Almaniyanın həm siyasi liderinin, həm də ölkənin onurğası olan kəşfiyyat xidmətinin rəhbərlərinin karyerasını bitirən Volf, bir əfsanə idi.

Qərbi Almaniyanı, bu ölkəyə yerləşdirdiyi 3000 agentlə iflic edən, iki baş nazir və bir kəşfiyyat rəhbərini kreslosundan salan casus Volf, 1986-cı ildə vəzifəsindən gedir. Şərqi Alman rejiminin çökməsiylə SSRİ-yə qaçır. SSRİ dağılınca da, 1991-ci ildə yenidən Almaniyaya qayıdır. Casusluqda günahlanlırılan Volf tək adamlıq hücrəyə salınır və 10 gün sonra, 150 min dollar girov müqabilində həbsdən çıxır. 1995-1997-ci illərdə mühakimə olunur, ancaq hadisələrin üstündən uzun zaman keçdiyindən, haqqındakı məhkəmə qərarı ləğv edilir. Almaniyada yaşadığı müddətdə, dost məclislərində köhnə macəralarından zövqlə danışır. 9 noyabr 2006-cı ildə Berlində vəfat edir, Fridrixsfelddə qardaşının yanında dəfn olunur.

“Üzü olmayan adam”

[redaktə | mənbəni redaktə et]

Markus Volf haqqında yazılan ən məşhur kitab isə «Üzü olmayan adam»-dır. Kitabın adının bu cür qoyulmasına səbəb, onun vəzifədə olduğu 1958-1987-ci illər ərzində, bir dəfə olsun şəklini heç kimin çəkə bilməməsi idi. Qeyd edim ki, o dövrdə Volf NATO rəhbərliyinə qədər sıza bilmişdi. Bunu isə o, öz xatirələrində, hədəflərini həmişə doğru seçə bilməsi və doğru yönləndirməsi ilə izah edirdi. Volf xatirələrində, kəşfiyyat dünyasında məşhur termin olan «Bal tələsi»ndən məharətlə istifadə etdiklərini yazır. Bunun üçün isə seçilmiş agentlər nazirlikdə çalışan katibələrdən birinə «vurulur» və bu «eşq» sonradan casus oyununa çevrilirdi. Bundan başqa o, uğurlarının sirrini daim insanların ehtiyaclarını öyrənməyə çalışmasında görürdü. Qumarı sevənlər, borcu olanlar, homoseksual olanlar, pis vərdişə malik şəxslər bu oyunun rahatlıqla qurbanına çevrilirdilər – Volf deyir. O həm də bildirir ki, Qərb dünyasında kəşfiyyat aparmağın ən böyük üstünlüyü, kapitalist dünyasının insanlarının pulu çox sevməsidir. «Qərbdə yaxşı pula vətənini satmağa hazır olan çox insan var» – deyir Volf. Volfa görə tarixin heç bir dönəmində casusluqla əxlaqın əlaqəsi olmayıb. Bu haqda onun bənzətməsi də çox maraqlıdır. O deyir ki, siz öz əsgərlərinin öləcəyini bilən komandiri necə qınayarsınızsa, gərək casusu da belə qınayasınız. Çünki heç bir komandir əsgərlərinin ölməsini istəmir, amma lazım olduqda ölümə göndərir. Bu, onun vəzifə borcudur. Casus rəhbəri olmaq da belədir». «Klassik əxlaq ölçüləri ilə casusluq dünyasını analiz edə bilməzsiniz» – deyir «üzü olmayan adam» Volf.[5]

Mədəni təsiri

[redaktə | mənbəni redaktə et]

Bəzi oxucular inanırlar ki, John le Carrénin Tinker, Tailor (Dərzi), Soldier (Əsgər), Spy (Casus), The Honourable Schoolboy (Fəxri məktəbli) və Smiley's People (Gülümsəyən insanlar) əsərlərinin baş qəhrəmanı Karla əfsanəvi casus Markus Volfdan ilhamlanaraq yaradılmışdır.[6] Lakin müəllif bunu dəfələrlə rədd etmiş və bu Volfun ölümü münasibətilə bağlı verdiyi müsahibədə də bunu qəbul etməmişdir.[7]

  1. 1 2 3 4 Markus Wolf // Babelio (fr.). 2007.
  2. 1 2 Markus Wolf // filmportal.de. 2005.
  3. 1 2 http://news.bbc.co.uk/1/hi/world/europe/6131584.stm.
  4. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118854925 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. "Arxivlənmiş surət". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.
  6. "Arxivlənmiş surət". 2015-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.
  7. "Arxivlənmiş surət". 2006-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.