55°18′14″ şm. e. 21°00′19″ ş. u.HGYO

Nida (Nerinqa)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nida
Nida
Gerb
Gerb
55°18′14″ şm. e. 21°00′19″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1385
Mərkəzin hündürlüyü 5 m
Əhalisi
Əhalisi
  • 2.385 nəf. (2012)
Rəqəmsal identifikatorlar
Poçt indeksi LT-93012
Xəritəni göstər/gizlə
Nida xəritədə
Nida
Nida
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nida (lit. Nida, alm. Nidden‎) — Litvada Nerinqa şəhəri tabeliyində qəsəbə.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Kazimir Buqa qəsəbənin adını XV əsrdə Nyda (Neyde) kimi adı çəkilən Prussiya çayının adına oxşadırdı. Çünki Kelt dillərinin arealında su hovuzlarının oxşar adları (Mayna Nidda axını, Saara Niyed axını və s.) qalmışdı. K. Buqa güman edirdi ki, ola bilsin, Nida adı sanskrit mənşəlidir, burada nedati “axır, keçir” deməkdir. XIV-cü əsrin əhl-səliblərin hərbi yollarının təsvirində adı çəkilən qədim Nida, müasirindən 2 km cənubda, Baltik dənizinə yaxın yerləşirdi. XVII-ci əsrin sonunda küləklər onu qumla örtmüşdü. Bugünkü Nida üç kiçik kənd: Nida, Skruzdine və Purvinenin birləşməsi nəticəsində əmələ gəlib. XIX-cu əsrin sonunda Nidanı burada yayı keçirən alman ekspressionistləri şöhrətləndirməyə başladı və Nida rəssamlar koloniyasını (Makc Pexşteyn, Lovis Korinf, Karl Şmidt-Rotluf, Ernst Molenxauer və s.) yaratdı. Onların iqamətgahı 1867-ci ildə Qerman Blode tərəfindən inşa edilmiş Nidada ən qədim mehmanxanalarından biri oldu. Yarım əsr ərzində rəssamların birliyinin yüksəlişi dövründə Q.Blodenin mehmanxanasına təkcə bir çox rəssam deyil, həm də ədiblər Herman Sudermann, Ernst Viexert, Aqnes Miqel, Frits Kudniq, psixoterapevt Ziqmund Freyd və s. gəlib. Bu mehmanxananın fəxri qonaqları arasında Nobel mükafatı laureatı, yazıçı Tomas Mann da olub. O Nidaya ilk dəfə 24 avqust 1929-cu il tarixində gəlmiş və Kurşsk dar meşə zolağının mənzərəsi və balıqçı kəndi Nidanın abu-havası onu valeh etdiyindən burada villa tikmişdir. O bu villada üç yay (1930-1932) keçirmiş və “İosif və onun qardaşları” trilogiyasının bir hissəsini yazmışdır. Nidaya gələn hər bir kəs hələ XX-ci əsrdə əsası qoyulmuş Nerinqanın tarix muzeyini ziyarət etməlidir. Burada yerli sakinlərin məişəti və mədəniyyəti, ənənəvi sənətləri: balıqçılıq, alaqarğa ovu və s. ilə tanış olmaq olar. Həmçinin Balıqçının etnoqrafik mülkünü, Tomas Mannın memorial muzeyini və müasir rəssamların kəhrəbadan olan işləri və arxeoloji tapıntıların surətləri sərgiyə qoyulmuş V. və K. Mizqirislərin kəhrəba qalereyasını görməyə dəyər. Nidanın mərkəzi küçəsinə onlarla ikinci dərəcəli (tez-tez dalan tipli) küçələr çıxır. XIX-XX əsrlərin kəsiyində tikilmiş evciklər və villalar, XIX-cu əsrin sonunda tikilmiş yevangelistlərin lüteran kilsəsi yanında isə taxta cənazə heykəllər-xaçlar olan etnoqrafik qəbiristanlıq qalıb. Həmçinin şəhərdə Nida ətrafında qum təpələrini birinci yaşıllaşdıran Q.D. Kuvertasa heykəl qoyulub, Müq. Məryəmin Xristian Yardımı Nida kostyolu maraqlıdır. Nidada istirahət evləri və gecələmə yerləri, mehmanxanalar, çox gözəl istirahət düşərgələri yerləşir. Nidadan Klaypedaya qədər (Smiltine yeni keçidi) yeni velosiped yolu (50 km) çəkilib, velosipedlər icarəyə verilir. 1965-ci ildə Nobel Ədəbiyyat Mükafatı laureatı, fransız filosofu və yazıçısı Jan-Pol Sartrın da heyran olduğu böyük təsirlidir. Ən böyük qum təpələrindən biri – 1999-ci ilin sonunda baş vermiş qasırğadan sonra bərpa olunan günəş saatı olan Parnidis qum təpəsidir. Urbo qum təpəsinin zirvəsində – Nida mayakı yerləşir. Böyük qum təpəsi, həmçinin planerlərin qum təpəsi adlanır, çünki 1932-ci ildə Litva aeroklubunun Planlaşdırma məktəbinin planerləri məhz onun üzərindən göyə qalxırdı. Məhz elə bunun və istirahət edənlərin qum təpəsindən uzun müddət məhdudiyyətsiz enməsi və onun üzərində gəzintiləri nəticəsində, qum təpəsinin hündürlüyü 70 m-dən 50 m-ə qədər azalmışdır.