Qanunsuz immiqrasiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Miqrasiya prosesi qanunvericiliyin tələblərinə uyğun olmasına görə qanuni ve qanunsuz olur. Qanunsuz miqrasiya miqrasiya prosesində və iqtisadiyyatda xüsusi aktuallıq kəsb edir.[1]Qeyri-qanuni miqrasiya beynəlxalq cinayətkarlar üçün yüksək gəlir mənbəyinə çevrilmişdir. Qanunsuz miqrasiyanın 2 növü fərqləndirilir: qeyri-qanuni immiqrasiya və qeyri-qanuni emiqrasiya. Qanunsuz immiqrasiya bir nəfərin və ya bir qrup şəxsin dövlətin sərhədlərindən miqrasiya qanunvericiliyinin normalarını pozaraq daxil olması və qalmasıdır, həmçinin ölkədə qalmaq hüququ olmasa da qalmağa davam etməsidir. Qanunsuz emiqrasiya isə emiqrasiya qanunlarına zidd şəkildə milli sərhədlərin kecilməsidir və həmçinin qanuni şəkildə xaricə getməsinə baxmayaraq mənşə ölkəsi tərəfindən çağırılanda geri qayıtmamasıdır.

Çox vaxt qanunsuz immiqrasiya edən şəxslərə qanunsuz immiqrantlar deyilir. Lakin bu bir çox ölkələrdə etiraz çıxışlarına səbəb olmuşdur. Çünki şəxsin qanunsuz immiqrasiya etməsi həmin insanı qanunsuz etmir.

Əhali artımı ərazidə mümkün ola biləcək əhali sayını keçdikdə həddindən artıq məskunlaşma probleminə səbəb olur. Və bu da öz növbəsində kasıblıq, işsizlik və digər problemlərin yaranmasına yol açır. Əhali daha yaxşı həyat şəraiti axtarışında başqa ölkələrə köç edir.[2]

  1. "Müasir şəraitdə qeyri-qanuni beynəlxalq miqrasiya və onunla mübarizə" (PDF). STRATEJİ TƏHLİL. 2021-12-04 tarixində arxivləşdirilib (PDF).
  2. "The Causes of Illegal Immigration—Part II". https://thoughtdigest.wordpress.com. 15 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2022./

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]