Riza Fazıl

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Riza Fazıl
Doğum tarixi 30 may 1929(1929-05-30)
Vəfat tarixi 26 noyabr 2016(2016-11-26) (87 yaşında)
Vəfat yeri
Vətəndaşlığı  SSRİ
 Ukrayna
 Rusiya
Fəaliyyəti yazıçı, jurnalist
Fəaliyyət illəri 1964–2016
Əsərlərinin dili Krımtatar dili
Mükafatları State Prize of the Autonomous Republic of Crimea

Riza Emir oğlu Fazıl (30 may 192926 noyabr 2016, Simferopol) — krım tatar yazıçısı və jurnalisti. Krım Tatar Yazıçılar Birliyinin sədri (2008—2016). Özbək SSR-nin əməkdar mədəniyyət işçisi (1973). Krım Muxtar Respublikasının Əməkdar İncəsənət İşçisi (2010).

1944-cü ildə Krımdan deportasiya edilən Krım tatarlarının bir hissəsi ilə birlikdə Kostroma vilayətinin Makarevski rayonuna köçürüldü. 1955-ci ildə Kostroma Sovet Ticarət Texnikumunu bitirmişdir. 1959-cu ildə Səmərqənd Sovet Ticarət İnstitutunun İqtisadiyyat şöbəsini bitirdi.[1] Təhsilini bitirdikdən sonra bir müddət Qırğızıstanın şəhərində[1] müfəttiş və baş mühasib kimi işlədi.

1965-1980-ci illərdə Daşkənddə mərkəzləşən "Lenin bayrağı" adlı krım tatar qəzetinin[1] tərcüməçi və şöbə müdiri vəzifələrində çalışmışdır. Krıma qayıtdıqdan sorna 1980-1994-cü illərdə "Yıldız" (Ulduz) jurnalının nəşriyyatında poeziya şöbəsinə rəhbərlik etmiş və məsul katibi olmuşdur.

2008-ci ildə Krım Tatar Yazıçılar Birliyinə rəhbərlik etmişdir.[2] Krım tatar ədəbiyyatının populyarlaşdırılması ilə məşğul idi.[3]

Kamenka mikrorayonunun müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İlk şeirlərini 1964-cü ildə "Lenin bayrağı" qəzetində çap etdirdi.[1] 1970-ci ildə onun "Navrez" (Novruz) adlı ilk şeir toplusu nəşr olundu. Şifahi xalq yaradıcılığının tədqiqi ilə məşğul olurdu, 1971-ci ildə krım tatar dilində "Kayda birlik — anda tirilik" ("Birlik olduğu yerdə güc olar") adlı zərbi-məsəl toplusnu nəşr etdi. 1976-cı ildə qadın cəbhəçi əsgərlər haqqında "Analar yaş ekende" ("Analar gənc olanda") xülasələr toplusunu nəşr etdi.[1] "Tuvgan edebiyat" ("Doğma ədəbiyyat) adlı krım-tatar ədəbiyyatı üzrə dərslik və Aşik Umerin "Saylama Yeserler" seçilmiş əsərlərindən ibarət iki cildlik kitab hazırlamışdır. Safter Nagaev ilə birlikdə "Kırımtatar ədəbiyyatı tarixinə bir nəzər" kitabını nəşr etdirdi.[3]

Krımda İmam Abdulvait Saxtara ilə birlikdə Krım tatar dilinə "Buyurynız duaga!" ("Müsəlman ayinlərinin qaydalar və üsulları") və "Quran"ı" tərcümə etmişdir.[4]

  • Özbəkistan SSR-nin əməkdar mədəniyyət işçisi (1973)
  • Krım Muxtar Respublikasının Əməkdar İncəsənət İşçisi (2010)
  • Əşrəf Şemizadə adına krım tatar dilində ən yaxşı əsərə görə mükafat (2009)
  • Ədəbiyyat sahəsində Krım Muxtar Respublikasının mükafatı (2011), şair Mustafa Cevherinin əsərlərinin nəşrinə görə
  1. 1 2 3 4 5 Риза Фазыл // Писатели Советского Узбекистана. Библиографический справочник, Ташкент, 1977
  2. "Помер письменник, який пережив депортацію". 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
  3. 1 2 Gülnarə Bəkirova. "Памяти Ризы Фазыла". ru.krymr.com. 2016-11-27. 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-22.
  4. "У Криму помер кримськотатарський письменник Різа Фазил". 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-22.
  • Къырымтатар эдиплери. Симферополь. Таврия. 2000 г.
  • Писатели Советского Узбекистана. Библиографический справочник, Ташкент, 1977