48°38′00″ şm. e. 23°41′02″ ş. u.HGYO

Sınevir

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sınevir gölü
ukr. Синевир
Ümumi məlumatlar
Mütləq hündürlüyü 989 m
Eni 4,1 km
Uzunluğu 14,3 km
Sahəsi 0,07 km²
Dərin yeri 22 m
Orta dərinliyi 10 m
Yerləşməsi
48°38′00″ şm. e. 23°41′02″ ş. u.HGYO
Ölkə  Ukrayna
Sınevir gölü xəritədə
Sınevir gölü
Sınevir gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sınevir (ukr. Синевир) — Ukrayna Karpatı ərazisinin ən məşhur və iri gölüdür[1]. Göl Tereblya çayının yuxarı ararında yerləşir. Su səthinin sahəsi 4-5 hektardır. Gökü əsasən bulaqlar qidalandırır. Dağlardan gələn axarlar gölə tökülür. Göldən isə axan axar Tereblya çayına tökülür.

Sinevir gölündə çoxlu sayda forel gölü yaşayır. Ancaq onların ovlanması qadağandır[2]

Göl 989 metr dəniz səviyyəsindən yüksəkdə yerləşir. Orta dərinliyi 10-12 metr təşkil edir. Maksimal dərinlik isə 22 metrdir[1]. Göz buzlaşma dönəmindən sonra yaranmışdır. 1989 ildə gölün yerləşdiyi ərazi Sınevir Milli Parkı elan edilmişdir.

Xalq arasında gölün yaranması haqqında əfsanə vardır. Gölün sahibi bir qraf olmuşdur. İnsanlar ona xidmət edirdilər. Göl ətrafında heyvanları ovlayır və meşə qırırdılar. Qrafın Sinya adında bir qızı vardı. Qısı bu adla onun gözlərinə görə adlandırırdılar. Qızın gözləri səma kimi mavi idi.

Bir dəfə qraf qızı ilə dağa çıxır. Qraf meşə qıranların işi ilə maraqlanarkən, qız çəmən çiçəkləri toplayırdı. Birdən bir oğlanın oturaraq tütək çaldığını görür. Vir adı olan oğlan coban idi. Bununlada onlar tanış olurlar.
Bundan sonra qız tez-tez dağa, oğlanın yanına gəlir. Onlar bir-birini sevirlər. Qraf bundan xəbər tutduqdan sonra onlarınngörüşməsini qadağan edir. Ancaq olar bir-birindən ayrı yaşaya bilmədiklərini deyirlər. O zaman qraf Virin öldürülməsini əmr edir. Qrafın işçiləri qayadan ona daşlar atırlar.
Bundan xəbər tutan Sin ora gəlir və ağlayır. Nəticədə göl əmələ gəlir.

Bundan sonr gölün adı Sınevir adlanır. Hazırda gölün kənarında ağacdan Sin və Virin heykəli vardır. Bura Karpatın müxtəlif hissələrindən evlənənlər gəlirlər. Deyirlər ki, əgər kimsə burada kimisə sevirsə onunların dərin məhəbbəti olur.