Türkiyə–Suriya sərhədi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Türkiyə–Suriya sərhədi
Xüsusiyyətləri
Dövlətlər
Uzunluğu
  • 911 km
Tarixi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türkiyə-Suriya sərhədi — Suriya Ərəb Respublikası ilə Türk Respublikası arasında müasir dövlət sərhədi. Sərhəd 1939-cu ildə Hatay dövlətinin Türkiyə tərəfindən birləşdirilməsindən sonra müasir formasını alır[1]. Hazırda sərhədin uzunluğu 822 kilometrdir[2]. Sərhəd Mesopotamiyanın şimal hissəsi boyunca uzanır, Fəratı keçib şərqdə Dəclədə dayanır. Təxminən 37-ci paralel boyunca, 37 və 42-ci şərq meridianları arasından keçir. Qərbdə Türkiyənin Hatay ilinin Orontes çayı boyunca bükülür və Suriyanın Əl-Laziqiyyə mühafəzəsindəki Cebel əl-Akra dağı yaxınlığında Aralıq dənizi sahillərinə gedir.

Sərhədin meydana gəlməsi Birinci Dünya müharibəsindən sonra 1916-cı ildə Fransa, İngiltərə və Rusiya arasında imzalanmış Says-Piko sazişinə əsasən Osmanlı İmperiyasının bölünməsi nəticəsində meydana gəlir. Sərhəd xətti ilk olaraq Hələb dövlətinin sərhəddi, daha sonra 1930-cu ilə qədər Fransa mandatı altında Suriya Respublikasının sərhəddi, 1946-cı ilə qədər Fransanın təsiri altında olan yeni Suriya Respublikasının sərhəddi, 1958-ci ildən Birləşmiş Ərəb Respublikasının sərhəddi və 1961-ci ildən bəri müasir Suriyanın sərhədi olur.

1916-cı ildə meydana gələn sərhəd xəttindəki yeganə dəyişiklik 1939-cu ildə Hatay vilayətinin Türkiyə tərəfindən ilhaq edilməsi olur[3]. Fransa-Türkiyə müqaviləsinə uyğun olaraq, 20 oktyabr 1921-ci ildə Alexandretta Sanjak, Fransız mandatı daxilində xüsusi bir muxtar inzibati vahid olaraq ayrıldı, çünki ərəblər və ermənilərlə yanaşı, orada da xeyli sayda türk yaşayırdı. 1925-ci ilə qədər fransızların nəzarətində olan ərazilər beş “dövlətə” bölündüyündə, Aleksandretta sancağı “Hələb dövlətinin” bir hissəsi idi. 1925-ci ildə Fransanın nəzarətində olan Suriya Respublikası qurulduqdan sonra Aleksandretta Sancağı onun tərkibinə daxil olur. 1936-cı ildə Türkiyə Prezidenti Atatürk Alexandretta sancağı üçün “Hatay” adını bildirir və Millətlər Birliyində “Hatay sorununu” qaldırır. Tezliklə vilayət Suriya Respublikası daxilində muxtar bir status alır və 1938-ci ildə Hatay dövlətinin qurulması ilə müstəqillik qazanır. 1939-cu ilin fevralında Hatay Qanunvericilik Məclisi bütün Türk qanunlarını qəbul edir və mart ayında Türk lirəsini rəsmi pul vahidi edir. 29 iyun 1939-cu ildə Hatay dövləti Türkiyə tərəfindən birləşdirilir. Bu zaman Avropada İkinci Dünya müharibəsi başlayır. Bu səbəbdən Türkiyənin yeni Prezidenti İsmət İnönü tərəfindən həyata keçirilən birləşdirmə Fransa iddiaları olmadan reallaşır.

1952-ci ildən bəri, Türkiyə NATO-ya üzv olduğu andan etibarən dövlət sərhədi də blokun sərhədidir. Suriyada vətəndaş müharibəsinin başlandığı 2011-ci ildən bəri sərhəd dövlətlər arasında gərginlik məkanına çevrilmiş, bir neçə silahlı toqquşma baş vermişdir[4][5]. Sərhəd suriyalı qaçqınların köç etdiyi bir yerə çevrilmişdir.

Qərbdən şərqə qədər, dövlətlər arasında sərhəd Cebel əl-Akra dağının cənubunda Aralıq dənizi sahillərində başlayırr. Bundan əlavə şimal-şərq istiqamətində, sərhəd Orontes çayı boyunca uzanır. Sonra Hələbİskəndərun şəhərləri yaxınlığında Bab-əl-Xava sərhəd-keçid məntəqəsi ərazisində şərqə dönür. Xətt şimala dönərək Türkiyənin Hatay və [[Qaziantep ili|]Qaziantep] illərinin qovşağına gedir və burada Suriyanın Meydan Ekbes şəhəri yaxınlığında kəskin şəkildə şərqə dönür.

Daha sonrakı sərhəd xətti Bağdad dəmir yolu qoluna paralel olaraq nisbətən düz bir xətti izləyir. Türk tərəfdən hər zaman Cənub-Şərqi Anadolu bölgəsinin kənarından, Suriya tərəfdən Hələb, Ər-Rakka və Əl-Həsəkə vilayətləri dəyişir. Sərhəd Dəclə çayı üzərində yerləşən üç dövlətin (Suriya, Türkiyəİraq) sərhəd qovşağında dayanır.

  1. Syria-Turkey Boundary Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (1978). «L’Accordo franco-turco del 23 giugno 1939 per la cessione del Sangiaccato di Alessandretta», Oriente Moderno Anno 19, Nr. 8 (Agosto 1939), pp. 438—443.
  2. Геополитика Турецкая Республика Arxiv surəti 8 dekabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine
  3. Республика Хатай (1938—1939) — государство, просуществовавшее 1 год Arxiv surəti 8 dekabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine
  4. "Взрыв сирийского снаряда в Турции: пятеро погибших, 13 раненых" (rus). Вести.Ru. 2012-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04.
  5. "Турция начала обстрел Сирии в ответ на выпущенный снаряд" (rus). РБК. 2012-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04.